Kontentə keç

Mündəricatı göstər

Allah dualarınızı eşidir?

Allah dualarınızı eşidir?

Sizcə, Allah etdiyiniz duaları eşidir?

MÜQƏDDƏS KİTABDA NƏ DEYİLİR?

  • Allah duanızı eşidir. Müqəddəs Kitabda deyilir: «Yehova Onu çağıranlara, Onu səmimi-qəlbdən çağıranlara yaxındır... Fəryadlarını eşidər» (Zəbur 145:18, 19).

  • Allah Ona dua etməyinizi istəyir. Müqəddəs Kitabda məsləhət verilir: «Hər məsələ barədə diləyinizi dua və yalvarışla, şükr edə-edə Allaha bildirin» (Filippililərə 4:6).

  • Allah qayğınıza qalır. Allah bizim dərdlərimizdən agahdır, nə çəkdiyimizi görür. O bizə kömək etmək istəyir. Müqəddəs Kitabda deyilir: «Bütün qayğılarınızı Onun üzərinə qoyun, çünki O, qayğınızı çəkir» (1 Butrus 5:7).