İsa peyğəmbər. Yol, həqiqət, həyat
İsa peyğəmbərin həyatında baş verənlərlə bağlı Allahın Kəlamında yazılan hər bir məlumat bu kitabda yer alıb.
MÜQƏDDİMƏ
Yol, həqiqət, həyat
İncildə yer alan İsa peyğəmbərin təlimləri və etdiyi işlər həyatınızı dəyişə bilər.
FƏSİL 3
Yolu hazırlayan doğulur
Möcüzəvi şəkildə Zəkəriyyənin dili açılır və vacib bir peyğəmbərlik edir.
FƏSİL 4
Ərdə olmayan qız hamilədir
Məryəm Yusifə başqa bir kişidən yox, müqəddəs ruh vasitəsilə hamilə olduğunu deyəndə Yusif Məryəmə inanırmı?
FƏSİL 5
İsa peyğəmbər harada və nə vaxt doğulub?
Nəyə əsasən demək olar ki, İsa dekabrın 25-də anadan olmayıb?
FƏSİL 6
Vəd edilmiş uşaq
Yusif və Məryəm körpə İsanı məbədə gətirirlər. İxtiyar yaşında olan iki israilli İsanın gələcəyi barədə peyğəmbərlik edirlər.
FƏSİL 7
Münəccimlər körpəni görməyə gəlir
Nəyə görə Şərqdə gördükləri ulduz onları bəri başdan qatil padşah Hirodun yanına gətirdi, İsanın yox?
FƏSİL 8
Onlar zalım padşahdan qaçırlar
İsanın həyatının erkən illərində Məsihə aid üç peyğəmbərlik yerinə yetir.
FƏSİL 10
Yerusəlimə səyahət
Yusiflə Məryəm təşviş içində İsanı axtarırlar. İsa valideynlərinin onun harada olduğunu bilmədiklərinə təəccüblənir.
FƏSİL 11
Vəftizçi Yəhya yol hazırlayır
Yəhudi din xadimləri olan fərisi və saddukilərdən də bəziləri Yəhyanın yanına gəlir və o, onları mühakimə edir. Nəyə görə?
FƏSİL 14
Peyğəmbər özünə şagird toplayır
İsanın ilk altı şagirdini Məsihi tapdıqlarını nə əmin edir?
FƏSİL 15
Peyğəmbərin ilk möcüzəsi
İsa anasına bildirir ki, anası yox, Allah ona göstəriş verməlidir.
FƏSİL 16
İbadət uğrunda qeyrət
Qanunun Yerusəlimdə qurban gətirmək üçün insanlara heyvan almağa yol verdiyi halda, nəyə görə İsa Məsih məbəddəki alverçilərə hirslənir?
FƏSİL 18
Yəhya kiçilir, Məsih böyüyür
Vəftizçi Yəhya paxıllıq etməsə də, onun şagirdləri paxıllıq edirlər.
III BÖLMƏ
İsa peyğəmbərin Cəlilədəki xidməti
FƏSİL 21
İsa peyğəmbər Nasirədəki sinaqoqda
İsa Məsihin dediyi sözlərdən sonra camaatın beyni qızır və onu öldürmək istədilər
FƏSİL 23
Kəfərnahumdakı möcüzələr
İsa nəyə görə cini qovandan sonra ona insanlara İsanın Allahın Oğlu olduğunu deməsini qadağan edir?
FƏSİL 24
Müjdə Cəlilədə vüsət alır
İnsanlar İsanın yanına gəlirlər ki, şəfa tapsınlar, ancaq İsa onlara xidmətinin daha böyük məqsədi olduğunu başa salır.
FƏSİL 25
Cüzamlı şəfa tapır
Sadə, eyni zamanda güclü sözlərlə İsa sübut etdi ki, şəfa verdiyi insanları, həqiqətən də, sevir.
FƏSİL 27
Mətta şagird olmağa dəvət olunur
Nəyə görə İsa Məsih qatı günahkarlarla bir süfrə arxasında oturur?
FƏSİL 28
Nəyə görə İsa peyğəmbərin şagirdləri oruc tutmurlar?
İsa peyğəmbər cavab olaraq tuluq barədə məsəl çəkir.
FƏSİL 29
Şənbə günündə görülən savab iş
Nəyə görə yəhudilər İsanın 38 il xəstə olan adamı sağaltdığına tənqidi yanaşırlar?
FƏSİL 30
İsa peyğəmbərin Allahla münasibəti
Yəhudilərin fikrincə, İsa özünü Allaha bərabər tutur, lakin İsa aydın şəkildə izah edir ki, Allah ondan qat-qat üstündür.
FƏSİL 32
Şənbə günü hansı işləri görmək olar?
Bir-birinə düşmən olan saddukilər və fərisilər bu məsələdə əlbir olur.
FƏSİL 33
Əşiya peyğəmbərin sözləri yerinə yetir
Nəyə görə İsa sağaltdığı kəslərə onun kimliyi və nə etdiyi barədə heç kimə heç nə deməməyi tapşırırdı?
FƏSİL 37
Peyğəmbər dul qadının oğlunu dirildir
İsa peyğəmbərin möcüzəsini görənlər bu möcüzələrin nə məna kəsb etdiyini anlayırlar
FƏSİL 38
Yəhya hər şeyi Məsihin dilindən eşitmək istəyir
Nəyə görə Yəhya İsanın Məsih olub-olmadığını soruşur? Yəhya şübhə edir?
FƏSİL 39
Ürəyi küt nəslin vay halına
İsa Məsih deyir ki, Hökm günü Sidon şəhərinin cəzası onun xidmətinin mərkəzi olan Kəfərnahum şəhərindən yüngül olacaq.
FƏSİL 40
Mərhəmət dərsi
Ehtimal ki, fahişə olan qadına günahlarının bağışlandığını deməklə İsa peyğəmbər Allahın qanununu pozmağın qəbahət olmadığınımı demək istəyir.
FƏSİL 43
Allahın Padşahlığı barədə məsəllər
İsa Məsih Allahın Padşahlığını hər tərəfli izah etmək üçün səkkiz məsəl çəkir.
FƏSİL 44
İsa peyğəmbər fırtınanı ram edir
İsa peyğəmbər küləyi və dalğaları sakitləşdirməklə gələcəkdə padşahlıq edəcəyi vaxt həyatın necə olacağını göstərir.
FƏSİLƏ 46
Kimsə İsa peyğəmbərin əbasına toxunur
Bu təsirli hadisədə İsa peyğəmbərin gücünün və mərhəmətinin bariz sübutudur.
FƏSİL 47
Yairin qızı dirilir
İsa peyğəmbər ölən uşağın yatdığını deyəndə hamı gülür. İsa peyğəmbər onların bilmədiyi nəyi bilir?
FƏSİL 48
Qüdrətli peyğəmbəri Nasirədə də qəbul etmirlər
Nəsranilər İsanı təlim və möcüzələrinə görə yox, başqa səbəbə görə qəbul etmirlər
FƏSİL 49
Cəlilədə təlim və təbliğ işi
«Səmavi Padşahlıq yaxınlaşıb» sözləri əslində nə məna daşıyır?
FƏSİL 50
Təbliğdəki təqiblərə hazırlıq
Nəyə görə İsa peyğəmbər şagirdlərə təqiblərlə üzləşəndə qaçmağı buyurur? Axı onlar ölümdən qorxmamalı idilər.
FƏSİL 51
Ad günündə qətl
Hirod öz ad günündə Səlimənin rəqsini bəyənir və ondan nə istədiyini soruşur. Qızın arzusu gözlənilməz olur.
FƏSİL 52
Peyğəmbər minlərlə insanı doyurur
İsa peyğəmbərin bu möcüzəsi o qədər əhəmiyyətlidir ki, müjdələrin dördündə də qələmə alınıb.
FƏSİL 53
Təbiət qüvvələri üzərində ixtiyar sahibi
İsa Məsihin suyun üzü ilə getməsindən və küləyi sakitləşdirməsindən şagirdlər nə öyrənirlər?
FƏSİL 54
İsa Məsih həyat çörəyidir
Camaatın uzun yol qət edib onun yanına gəlməsinə baxmayaraq, nəyə görə İsa peyğəmbər onları danlayır?
FƏSİL 55
Məsihin sözləri camaatı çaş-baş qoyur
İsa peyğəmbərin öyrətdiyi bəzi təlimlər şagirdlərini çaş-baş qoyur və onlar daha onun ardınca getmirlər.
FƏSİL 57
Peyğəmbər qıza və kar bir adama şəfa verir
Nəyə görə İsa peyğəmbər qadının xalqını küçüyə bənzədəndə o incimədi?
FƏSİL 58
Bərəkətli çörək və fərisilərin mayası
Nəhayət, şagirdlər peyğəmbərin hansı mayadan danışdığını başa düşürlər.
FƏSİL 61
Peyğəmbər içinə cin girmiş oğlanı sağaldır
İsa peyğəmbər deyir ki, oğlanı sağalda bilməmələrinin səbəbi imanlarının zəif olması ilə əlaqədardır. Bəs kimin imanı ilə əlaqədardır? Oğlanın, atanın, yoxsa şagirdlərin?
FƏSİL 63
Peyğəmbərin daha vacib məsləhəti
İki nəfər arasında yaranan münaqişəni həll etmək üçün üç addım.
FƏSİL 64
Bağışlamağın vacibliyi
İsa peyğəmbər rəhmsiz nökər barədə məsəlin əsasında göstərir ki, bizim başqalarını bağışlayıb-bağışlamamağımız məsələsinə Allah ciddi yanaşır.
FƏSİL 65
Peyğəmbərin yol boyu verdiyi təlimlər
Peyğəmbər üç nəfərlə etdiyi söhbətdə onun ardınca getməyə nəyin mane ola biləcəyini açıqlayır.
FƏSİL 66
Yerusəlimdə Çardaqlar bayramında
Nəyə görə İsa peyğəmbəri dinləyənlər onda cin olduğunu düşünürlər?
FƏSİL 67
«Ömrümüzdə bu cür danışan adam görməmişik»
Demək olar ki, bütün yəhudi Ali məhkəməsi İsa Məsihə qarşıdır, lakin onlardan biri cürət edib onun tərəfini tutur.
FƏSİL 68
İsa Məsih dünyanın nurudur
İsa peyğəmbər demişdi ki, «həqiqət sizi azadlığa çıxaracaq». Bu, nə deməkdir?
FƏSİL 69
Ataları İbrahim peyğəmbərdir, yoxsa İblis?
İsa Məsih İbrahim peyğəmbərin övladlarını, həmçinin onun Atasının kim olduğunu müəyyən etməyin yolunu öyrədir.
FƏSİL 70
İsa peyğəmbər kor adamı sağaldır
Şagirdlər bu adamın nəyə görə kor olduğunu soruşurlar. Bu, onun, yoxsa valideynlərinin günahına görədir? İsa Məsih həmin kişini sağaldanda insanlar müxtəlif cür münasibət göstərirlər.
FƏSİL 71
Fərisilər kor olmuş adamla mübahisə edirlər
Kor olmuş adamın məntiqli söhbəti fərisiləri özlərindən çıxarır. Valideynlərinin qorxduqları başlarına gəlir: fərisilər kor olmuş adamı sinaqoqdan qovurlar.
FƏSİL 72
İsa Məsih yetmiş şagirdini təbliğə göndərir
İsa Məsih Yəhudiyyədə yetmiş şagirdini iki-iki göndərərək Allahın Padşahlığını bəyan etməyi tapşırır. Şagirdlər insanlara sinaqoqlarda, yoxsa evlərində təbliğ etməlidirlər?
FƏSİL 73
Xeyirxah səməriyyəli
İsa peyğəmbər xeyirxah səməriyyəli məsəlini danışaraq necə təsirli nəsihət verir?
FƏSİL 74
Qonaqpərvərlik və dua haqda öyüdlər
İsa peyğəmbər Məryəmlə Martagilə gedir. O, orada onlara qonaqpərvərlik barədə nə öyrədir? Bundan sonra o, şagirdlərinə nə haqda dua etməli olduqları barədə nə öyrədir?
FƏSİL 75
Əsil xoşbəxtliyin mənbəyi
İsa peyğəmbər əleyhdarlarına Allahın gücü və Allahın Padşahlığın gəlməsi barədə danışır. O həmçinin insanlara əsil xoşbəxtliyin tapmağın üsulunu göstərir.
FƏSİL 76
İsa peyğəmbər bir fərisinin evində
İsa peyğəmbər fərisilərin və mirzələrini ikiüzlüyünü ifşa edir. Onlar insanların üzərinə hansı yükü qoyurlar?
FƏSİL 77
Məsihin var-dövlət barədə məsləhəti
İsa peyğəmbər özünə böyük anbarlar tikən varlı insan barədə məsəl çəkir. O, var-dövlət dalınca qaçmağın hansı təhlükələrini təkrarlayır?
FƏSİL 78
Ey sadiq nökərbaşı, həmişə hazır ol!
İsa peyğəmbəri şagirdlərinin rifahı maraqlandırır. Nökərbaşının rolu nədən ibarətdir? Nəyə görə «hazır olun» göstərişi bu qədər vacibdir?
FƏSİL 79
Tövbə etməyənləri nə gözləyir?
İsa Məsih deyir ki, onun kömək əlini uzatdığı insanlar tövbə etməsələr, ölümə məhkum olunacaqlar. Onlar İsa Məsihin Allahla möhkəm münasibət qurmalarına dair öyrətdiklərindən özləri üçün vacib dərs götürəcəklərmi?
FƏSİL 80
Yaxşı çoban və qoyun ağılları
Çobanın qoyunlara olan münasibəti İsa Məsihin şagirdlərinə necə yanaşdığını gözəl təsvir edir. Bəs görəsən onlar onun təlimlərini tanıyıb onun ardınca gedəcəklər?
FƏSİL 81
İsa Məsih Allah deyil
Bəziləri İsanı özünü Allaha tay tutmaqda ittiham edirlər. Bəs Məsih onların ittihamlarının yalan olduğunu necə üzə çıxarır?
FƏSİL 82
İsa Məsihin Pereyada xidməti
İsa peyğəmbər xilas olmaq üçün nə etməyin lazım olduğunu izah edir. Onun məsləhəti o vaxt olduqca vacib idi. Bəs bizim günlər barədə nə demək olar?
FƏSİL 83
Allahın süfrəsində kimlər əyləşəcək?
Fərisinin evində şam edərkən İsa Məsih böyük ziyafət barədə məsəl çəkir. O, Allahın xalqı üçün əhəmiyyət daşıyan vacib dərs verir. O, hansı dərsi verir?
FƏSİL 84
Şagirdlik məsuliyyəti
İsa Məsihin şagirdi olmaq böyük məsuliyyətdir. Şagird olmağın özünə nəyi daxil etdiyini Məsih açıq-aydın göstərir. Məsihin bəzi davamçıları onun sözlərindən çaş-baş qalırlar.
FƏSİL 85
Tövbə edənlərə görə sevinin
Fərisilərlə mirzələr İsa Məsihi adi insanlarla oturub-durduğuna görə onu tənqid edirlər. Onlara cavab olaraq Məsih bir məsəl çəkir və Allahın belə insanlara necə yanaşdığını göstərir.
FƏSİL 87
Gələcəyini hikmətlə qur
İsa peyğəmbər hiyləgər və nadürüst nökərbaşı haqda məsəl çəkərək maraqlı fikirlər söyləyir
FƏSİL 88
Varlı adamla İlazər yerlərini dəyişir
İsa peyğəmbərin çəkdiyi məsəli başa düşmək üçün baş qəhrəmanların kimi təmsil etdiyini müəyyən etmək lazımdır.
FƏSİL 89
Yəhudiyyəyə gedərkən Pereyada təbliğ
İsa peyğəmbər bir xüsusiyyətin vacibliyini vurğulayır. Bu xüsusiyyətin sayəsində bizə qarşı hətta dəfələrlə günah edənləri də bağışlaya biləcəyik.
FƏSİL 91
İlazər dirilir
İki amil sayəsində hətta İsa peyğəmbərin əleyhdarları möcüzəni dana bilməzlər.
FƏSİL 92
On cüzamlıdan yalnız biri qayıdır
Cüzamdan sağalan adam İsa peyğəmbərdən savayı başqa bir şəxsə də minnətdarlığını bildirir.
FƏSİL 94
Lazım olan iki şey — dua və təvazökarlıq
İsa peyğəmbər ədalətsiz hakim və dul qadın məsəlində vacib bir xüsusiyyəti vurğulayır.
FƏSİL 95
Boşanma məsələsi və uşaqlara məhəbbət
İsa peyğəmbərin uşaqlara münasibəti şagirdlərinkindən qat-qat fərqlənir. Nəyə görə?
FƏSİL 96
İsa peyğəmbər və varlı gənc
Nəyə görə İsa peyğəmbər deyir ki, dəvənin iynə deşiyindən keçməsi varlı adamın Allahın Padşahlığına girməsindən daha asandır?
FƏSİL 97
Üzüm bağındakı işçilər barədə məsəl
Hansı mənada birincilər axırıncı, axırıncılar isə birinci olacaq?
FƏSİL 98
Həvarilərin növbəti mübahisəsi
Yaqubla Yəhya Allahın Padşahlığında xüsusi mövqe tutmaq istəyirlər. Amma bunu İsa Məsihdən istəyən yalnız onlar deyil.
FƏSİL 99
Məsih koru sağaldır və Zəkkaya kömək edir
Adama elə gələ bilər ki, İsa peyğəmbərin Əriha yaxınlığında kor adamı sağaltması ilə bağlı hadisədə ziddiyyət var. Amma nəyə görə demək olar ki, Müqəddəs Kitabın bu hissəsi həmahəngdir?
FƏSİL 100
On mina barədə məsəl
İsa Məsihin: «Kimdə varsa, ona daha çox veriləcək, kimdə yoxdursa, əlindəki də alınacaq», — sözlərinin mənası nədir?
VI BÖLMƏ
İsa peyğəmbərin xidmətinin son anlar
FƏSİL 101
Beytaniyyədə Şimonun evində
İlazərin bacısı Məryəm mübahisəyə səbəb olan bir hərəkət edir. İsa Məsih ona qahmar çıxır.
FƏSİL 102
Padşah Yerusəlimə qoduğun belində daxil olur
Məsih ondan beş yüz il əvvəl deyilmiş peyğəmbərliyi yerinə yetirir.
FƏSİL 103
Məbədin yenidən təmizlənməsi
Yerusəlimdəki alverçilər, görünür, qanuni işlə məşğuldurlar, bəs onda nəyə görə peyğəmbər onları «quldur» adlandırır?
FƏSİL 104
Yəhudilər Allaha iman etdiklərini göstərəcəklər?
Məsihə iman etməklə imanı əməldə göstərmək arasında fərq varmı?
FƏSİL 105
Peyğəmbər əncir ağacı ilə iman dərsi verir
İsa Məsih imanın gücü haqda danışır və Allahın İsrail xalqını nəyə görə rədd etdiyini izah edir.
FƏSİL 106
Üzümlük barədə iki məsəl
Öz oğullarını üzümlükdə işləməyə göndərən ata barədə məsəlin və üzümlüyünü pis bağbanların əlinə verən adam haqda məsəlin mənasını öyrənin.
FƏSİL 107
Padşah toy ziyafətinə qonaq dəvət edir
İsa Məsihin danışdığı məsəl əslində peyğəmbərlikdir.
FƏSİL 108
Məsihi sözdə tutmağa cəhd edirlər
İsa Məsih əvvəlcə fərisiləri, sonra saddukiləri, axırda isə ona qarşı birləşən bütün düşmənlərini susdurur.
FƏSİL 109
İsa peyğəmbər əleyhdarlarını mühakimə edir
Nəyə görə İsa Məsih dini təlimlərin müxtəlifliyinə pis baxır?
FƏSİL 110
İsa peyğəmbərin məbəddəki son günü
İsa peyğəmbər dul qadının nümunəsini çəkərək güclü nəsihət verir.
FƏSİL 111
Həvarilər əlamət istəyir
İsa Məsihin söylədiyi peyğəmbərlik ilk öncə birinci əsrdə yerinə yetdi. Bəs ola bilərmi ki, bu peyğəmbərlik sonra daha böyük miqyasda da yerinə yetsin?
FƏSİL 112
Ağıllı qızlar haqda məsəl
Məgər İsa Məsih demək istəyirdi ki, onun həvarilərinin yarısı ağılı yarısı isə ağılsızdır?
FƏSİL 113
Çalışqan olmağa dair talant məsəli
İsa peyğəmbər məsəldə öz nöqteyi-nəzərini izah edir: «Kimdə varsa, ona daha çox veriləcək».
FƏSİL 114
Məsih «qoyunlara və keçilərə» hökm kəsir
İsa peyğəmbər məsəl çəkərək əbədi hökmün nəyin əsasında çıxarılacağını izah edir.
FƏSİL 115
Məsihin keçirəcəyi sonuncu Pasxa bayramı
Nəyə görə din xadimləri Yəhuda İskəryuta İsa peyğəmbəri satmaq üçün məhz otuz gümüş pul verirlər?
FƏSİL 116
Pasxa bayramında təvazökarlıq dərsi
İsa Məsih nökərlərin etdiyi işi görməklə həvarilərini təəccübləndirir.
FƏSİL 117
Ağanın şam yeməyi
İsa peyğəmbərin davamçıları hər il nisanın 14-ü onun təsis etdiyi mərasimi keçirməlidirlər.
FƏSİL 120
Bəhrə gətirən budaqlar və Məsihin dostları
Hansı yollarla Məsihin davamçıları bəhrə gətirə bilərlər?
FƏSİL 121
«Cəsarətli olun! Mən dünyaya qalib gəldim»
Dünya İsa Məsihi edam etdiyi halda, o, dünyaya qalib gəldiyini necə deyə bilər?
FƏSİL 122
İsa Məsihin yuxarı mərtəbədəki yekun duası
O, aydın şəkildə göstərir ki, bəşəriyyətin xilasa yetişməsindən daha vacib işi həyata keçirib.
FƏSİL 123
Peyğəmbər qəm-qüssə içində dua edir
Nəyə görə Məsih Allahdan camı ondan uzaq etməsini istəyir? O, canını fidyə olaraq qurban verməkdən boyun qaçırır?
FƏSİL 125
Hənnanın, sonra da Qayafanın yanına aparılır
Məsihin məhkəməsində haqq-ədalət təhrif olunur.
FƏSİL 126
Butrus İsa Məsihi danır
Necə ola bilər ki, Butrus kimi imanlı və sədaqətli insan belə asanlıqla İsa Məsihə arxa çevirsin?
FƏSİL 127
Əvvəl Sinedrionun, sonra Pilatın qarşısında
Yəhudi din xadimləri əsil niyyətlərini üzə çıxarırlar.
FƏSİL 128
Pilat və Hirod Məsihdə günah tapmır
Nəyə görə Pilat İsa Məsihə hökm çıxarması üçün onu Hirodun yanına göndərir? Məgər Pilatın İsa Məsihə hökm çıxarmağa ixtiyarı çatmırdı?
FƏSİL 129
Pilat bəyan edir: «Budur o adam!»
Peyğəmbərin sakit və vüqarlı duruşu hətta Pilatın da diqqətindən yayınmır.
FƏSİL 130
İsa Məsih edama aparılır
Nəyə görə İsa peyğəmbər kədərli qadınlara deyir ki, ondan ötrü yox, özlərindən, uşaqlarından ötrü ağlasınlar?
FƏSİL 131
Günahsız padşah işgəncə dirəyində
İsa Məsih yanında edam olunan cinayətkara böyük vəd verir.
FƏSİL 132
«Bu adam, doğrudan da, Allahın Oğlu imiş»
Günün günorta çağı qaranlığın çökməsi, güclü zəlzələnin olması, məbədin pərdəsinin tən ortadan cırılması yalnız bir şeyə işarə edir.
FƏSİL 133
İsa Məsihin cəsədi dəfnə hazırlanır
Nəyə görə İsa Məsihin cəsədini günəş batana qədər dəfn etməlidirlər?
FƏSİL 134
Sərdabə boşdur — Məsih dirilib!
Diriləndən sonra İsa Məsih ilk öncə həvarilərinə yox, qadın şagirdlərinə görünür.
FƏSİL 136
Сəlilə dənizinin sahilində
Butrus İsa Məsihi sevdiyini necə göstərə bilər? Ona üç dəfə bunu etməyin yolunu xatırladırlar.
FƏSİL 137
Məsihi yüzlərlə adam görür
İsa Məsih diriləndən sonra hələ göyə qalxmamış şagirdlərinə nə alacaqlarını və bunun onlara faydasını dəfələrlə demişdi.
FƏSİL 139
Məsih Cənnət yaradıb təyinatını bitirir
İsa Məsih Padşahlığı Atasına təhvil verməzdən öncə çox şeyi həyata keçirməlidir.
İsa peyğəmbər kimi...
İsa Məsih həyatı boyu səkkiz xüsusiyyəti daim təzahür etdirirdi.
Ayələr göstəricisi
Ayələr göstəricisi vasitəsilə Müjdələrdə yerləşən ayələrin bu kitabın hansı fəslində araşdırıldığını tapın.
Məsəllər göstəricisi
İsa peyğəmbərin məsəllərinin bu kitabın hansı fəsildə araşdırıldığını tapa bilərsən.
Məsih barədə bəzi peyğəmbərliklər
Məsihin həyatında baş verən hadisələri onun Məsih olduğunu sübut edən peyğəmbərliklərlə tutuşdur və onların bu kitabın hansı fəslində araşdırıldığını tap.
İsa peyğəmbərin yaşadığı və təlim verdiyi ərazi
Bu xəritədə İsa peyğəmbərin xidmət etdiyi əraziləri göstərir.

