VI BÖLMƏ
İsa peyğəmbərin xidmətinin son anlar
«Sənin padşahın gəlir» (Mətta 21:5).
BU BÖLMƏDƏ
FƏSİL 101
Beytaniyyədə Şimonun evində
İlazərin bacısı Məryəm mübahisəyə səbəb olan bir hərəkət edir. İsa Məsih ona qahmar çıxır.
FƏSİL 102
Padşah Yerusəlimə qoduğun belində daxil olur
Məsih ondan beş yüz il əvvəl deyilmiş peyğəmbərliyi yerinə yetirir.
FƏSİL 103
Məbədin yenidən təmizlənməsi
Yerusəlimdəki alverçilər, görünür, qanuni işlə məşğuldurlar, bəs onda nəyə görə peyğəmbər onları «quldur» adlandırır?
FƏSİL 104
Yəhudilər Allaha iman etdiklərini göstərəcəklər?
Məsihə iman etməklə imanı əməldə göstərmək arasında fərq varmı?
FƏSİL 105
Peyğəmbər əncir ağacı ilə iman dərsi verir
İsa Məsih imanın gücü haqda danışır və Allahın İsrail xalqını nəyə görə rədd etdiyini izah edir.
FƏSİL 106
Üzümlük barədə iki məsəl
Öz oğullarını üzümlükdə işləməyə göndərən ata barədə məsəlin və üzümlüyünü pis bağbanların əlinə verən adam haqda məsəlin mənasını öyrənin.
FƏSİL 107
Padşah toy ziyafətinə qonaq dəvət edir
İsa Məsihin danışdığı məsəl əslində peyğəmbərlikdir.
FƏSİL 108
Məsihi sözdə tutmağa cəhd edirlər
İsa Məsih əvvəlcə fərisiləri, sonra saddukiləri, axırda isə ona qarşı birləşən bütün düşmənlərini susdurur.
FƏSİL 109
İsa peyğəmbər əleyhdarlarını mühakimə edir
Nəyə görə İsa Məsih dini təlimlərin müxtəlifliyinə pis baxır?
FƏSİL 110
İsa peyğəmbərin məbəddəki son günü
İsa peyğəmbər dul qadının nümunəsini çəkərək güclü nəsihət verir.
FƏSİL 111
Həvarilər əlamət istəyir
İsa Məsihin söylədiyi peyğəmbərlik ilk öncə birinci əsrdə yerinə yetdi. Bəs ola bilərmi ki, bu peyğəmbərlik sonra daha böyük miqyasda da yerinə yetsin?
FƏSİL 112
Ağıllı qızlar haqda məsəl
Məgər İsa Məsih demək istəyirdi ki, onun həvarilərinin yarısı ağılı yarısı isə ağılsızdır?
FƏSİL 113
Çalışqan olmağa dair talant məsəli
İsa peyğəmbər məsəldə öz nöqteyi-nəzərini izah edir: «Kimdə varsa, ona daha çox veriləcək».
FƏSİL 114
Məsih «qoyunlara və keçilərə» hökm kəsir
İsa peyğəmbər məsəl çəkərək əbədi hökmün nəyin əsasında çıxarılacağını izah edir.
FƏSİL 115
Məsihin keçirəcəyi sonuncu Pasxa bayramı
Nəyə görə din xadimləri Yəhuda İskəryuta İsa peyğəmbəri satmaq üçün məhz otuz gümüş pul verirlər?
FƏSİL 116
Pasxa bayramında təvazökarlıq dərsi
İsa Məsih nökərlərin etdiyi işi görməklə həvarilərini təəccübləndirir.
FƏSİL 117
Ağanın şam yeməyi
İsa peyğəmbərin davamçıları hər il nisanın 14-ü onun təsis etdiyi mərasimi keçirməlidirlər.
FƏSİL 120
Bəhrə gətirən budaqlar və Məsihin dostları
Hansı yollarla Məsihin davamçıları bəhrə gətirə bilərlər?
FƏSİL 121
«Cəsarətli olun! Mən dünyaya qalib gəldim»
Dünya İsa Məsihi edam etdiyi halda, o, dünyaya qalib gəldiyini necə deyə bilər?
FƏSİL 122
İsa Məsihin yuxarı mərtəbədəki yekun duası
O, aydın şəkildə göstərir ki, bəşəriyyətin xilasa yetişməsindən daha vacib işi həyata keçirib.
FƏSİL 123
Peyğəmbər qəm-qüssə içində dua edir
Nəyə görə Məsih Allahdan camı ondan uzaq etməsini istəyir? O, canını fidyə olaraq qurban verməkdən boyun qaçırır?
FƏSİL 125
Hənnanın, sonra da Qayafanın yanına aparılır
Məsihin məhkəməsində haqq-ədalət təhrif olunur.
FƏSİL 126
Butrus İsa Məsihi danır
Necə ola bilər ki, Butrus kimi imanlı və sədaqətli insan belə asanlıqla İsa Məsihə arxa çevirsin?
FƏSİL 127
Əvvəl Sinedrionun, sonra Pilatın qarşısında
Yəhudi din xadimləri əsil niyyətlərini üzə çıxarırlar.
FƏSİL 128
Pilat və Hirod Məsihdə günah tapmır
Nəyə görə Pilat İsa Məsihə hökm çıxarması üçün onu Hirodun yanına göndərir? Məgər Pilatın İsa Məsihə hökm çıxarmağa ixtiyarı çatmırdı?
FƏSİL 129
Pilat bəyan edir: «Budur o adam!»
Peyğəmbərin sakit və vüqarlı duruşu hətta Pilatın da diqqətindən yayınmır.
FƏSİL 130
İsa Məsih edama aparılır
Nəyə görə İsa peyğəmbər kədərli qadınlara deyir ki, ondan ötrü yox, özlərindən, uşaqlarından ötrü ağlasınlar?
FƏSİL 131
Günahsız padşah işgəncə dirəyində
İsa Məsih yanında edam olunan cinayətkara böyük vəd verir.
FƏSİL 132
«Bu adam, doğrudan da, Allahın Oğlu imiş»
Günün günorta çağı qaranlığın çökməsi, güclü zəlzələnin olması, məbədin pərdəsinin tən ortadan cırılması yalnız bir şeyə işarə edir.
FƏSİL 133
İsa Məsihin cəsədi dəfnə hazırlanır
Nəyə görə İsa Məsihin cəsədini günəş batana qədər dəfn etməlidirlər?
FƏSİL 134
Sərdabə boşdur — Məsih dirilib!
Diriləndən sonra İsa Məsih ilk öncə həvarilərinə yox, qadın şagirdlərinə görünür.
FƏSİL 136
Сəlilə dənizinin sahilində
Butrus İsa Məsihi sevdiyini necə göstərə bilər? Ona üç dəfə bunu etməyin yolunu xatırladırlar.
FƏSİL 137
Məsihi yüzlərlə adam görür
İsa Məsih diriləndən sonra hələ göyə qalxmamış şagirdlərinə nə alacaqlarını və bunun onlara faydasını dəfələrlə demişdi.
FƏSİL 139
Məsih Cənnət yaradıb təyinatını bitirir
İsa Məsih Padşahlığı Atasına təhvil verməzdən öncə çox şeyi həyata keçirməlidir.

