Kontentə keç

Mündəricatı göstər

İblis kimdir və ya nədir?

İblis kimdir və ya nədir?

İblis kimdir və ya nədir?

SİZCƏ...

  • Ruhani varlıqdır?

  • İnsanın daxilində olan pislikdir?

  • İnsanların uydurmasıdır?

MÜQƏDDƏS KİTABDA DEYİLİR:

İblis İsa Məsihlə danışıb və onu imtahana çəkib (Mətta 4:1—4). Beləcə, İblis nə insanların uydurmasıdır, nə də insanın daxilindəki pislikdir. O, şər ruhani varlıqdır.

MÜQƏDDƏS KİTABDA DAHA NƏ DEYİLİR?

  • İblis əvvəllər müqəddəs mələk olub, amma o, «həqiqətə bağlı qalmadı» (Yəhya 8:44). O, yalançı oldu və Allaha qarşı üsyan qaldırdı.

  • Başqa mələklər də Şeytanın üsyanına qoşuldular (Vəhy 12:9).

  • İblis öz varlığını insanlardan gizlətmək üçün onların zehnini kor edib (2 Korinflilərə 4:4).

Bəs İblis insanlara təsir edə bilər?

BƏZİ İNSANLAR İNANIR Kİ, İblis heç kimə təsir edə bilməz. Ancaq digərləri onların içinə cin girəcəyindən qorxurlar. Bəs siz necə fikirləşirsiniz?

MÜQƏDDƏS KİTABDA DEYİLİR:

«Bütün dünya... Şəririn əlindədir» (1 Yəhya 5:19). İblis bəşəriyyətə böyük təsir göstərir. Ancaq hamıya bir-bir nəzarət etmir.

MÜQƏDDƏS KİTABDA DAHA NƏ DEYİLİR?

  • İblis təsirini gücləndirmək üçün yalana əl atır (2 Korinflilərə 11:14).

  • Cinlər bəzən insanları nəzarətdə saxlayır (Mətta 12:22).

  • Allahın köməyi ilə, siz İblisə müqavimət göstərə bilərsiniz (Yaqub 4:7).

Ətraflı məlumat üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan əsas dərs vəsaitinin 10-cu fəslinə baxın

Həmçinin www.jw.org/az-latn saytında tapa bilərsiniz