1 İYUL 2021
BOLİVİYA
Aymara dilində «Yeni Dünya Tərcüməsi» işıq üzü gördü
Layihə ilə əlaqədar vacib faktlar
Aymara dilində 1,6 milyondan çox insan danışır. Onların əksəriyyəti And dağlarında yerləşən Titikaka gölünün ətraf ərazilərində yaşayır.
Boliviyada 36 rəsmi dil var. Aymara dili daşıyıcılarının sayına görə ikinci yerdədir.
Argentina, Boliviya, Braziliya, Çili və Peruda fəaliyyət göstərən 60-dan çox aymaradilli yığıncaqda təxminən 2000 təbliğçi xidmət edir.
Tərcümənin üzərində 6 tərcüməçi 4 il işləyib.
Tərcüməçilərdən biri deyib: «Müqəddəs Kitabın bu tərcüməsi aymara dilinin daşıyıcıları üçün Yehovadan böyük hədiyyədir. İndi onlar Allahın Kəlamını danışdıqları və başa düşdükləri dildə oxuya biləcək. Onlar hiss edəcəklər ki, sanki Yehova onlarla birbaşa danışır».
Boliviya filialının digər komitə üzvü Maurisio Handal deyib: «2017-ci ildə aymara dilində İncil dərc ediləndən oxuculardan çoxlu minnətdarlıq məktubları almışıq. Onlar tərcümənin ürəklərincə olduğunu yazıblar. İndi bizim dili aydın və təbii olan tam Müqəddəs Kitabımız var. Əminik ki, indi onlar Müqəddəs Kitabı daha yaxşı başa düşəcək, ən vacibi isə, onun Müəllifi olan Yehova Allaha daha yaxın olacaqlar».
Biz əminik ki, bu tərcümə aymara dilində danışan bacı-qardaşlarımızı məzmurçu kimi «xilasının həsrətindəyəm, axı Sənin sözünə ümid bağlamışam» deməyə təşviq edəcək (Zəbur 119:81).