Kontentə keç

MÜQƏDDƏS KİTAB AYƏLƏRİNİN İZAHI

«Yehovaya bel bağlayanların gücü təzələnər» (Əşiya 40:31)

«Yehovaya bel bağlayanların gücü təzələnər» (Əşiya 40:31)

 «Amma Yehovaya bel bağlayanların gücü təzələnər. Qartaltək qanad açıb süzər, qaçanda taqətdən düşməz, yeriyəndə yorulmazlar» (Əşiya 40:31, «Yeni Dünya Tərcüməsi»).

 «Rəbbə ümid bağlayanlarsa yeni qüvvət alar, qanad açıb qartal kimi yüksəklərə uçar, qaçanda taqətdən düşməzlər, yol gedib yorulmazlar» (Əşiya 40:31, «Müqəddəs Kitab Şirkəti—2009»).

Əşiya 40:31 ayəsinin mənası

 Yehova a Allah öz xidmətçilərini əmin edir ki, üzləşdikləri istənilən problemin öhdəsindən gəlməyə və ya dözməyə lazımi güc verəcək.

 «Yehovaya bel bağlayanların gücü təzələnər». Yehovanın gücünə və xidmətçilərinə kömək etmək istədiyinə inanan və Ona etibar edənlər əmin ola bilərlər ki, O onlara dəstək olacaq (Məsəllər 3:5, 6). Xidmətçilərinə güc vermək üçün O, müqəddəs ruhundan, yəni fəal qüvvəsindən istifadə edə bilər (Luka 11:13).

 «Qartaltək qanad açıb süzər». Bu əyani nümunə ilə Allahın gücünün insana təsiri təsvir olunur. Qartal havada süzmək üçün yüksələn isti hava axınından istifadə edir. Bu cür hava axını tapan kimi qartal qanadlarını açır və onun ətrafında dövr edə-edə yüksəlməyə başlayır. Bir hava axınından digərinə keçərək qartal saatlarla havada qala bilir. Beləcə, minimum enerji sərf edərək o uçmaq istədiyi yerə gəlib çatır.

 «Qaçanda taqətdən düşməz». Problemlər fiziki və emosional cəhətdən bizi zəiflədə bilər, amma Allahın verdiyi güc sayəsində biz onlara dözə və ağır çətinliklərə baxmayaraq, düzgün davrana bilərik. Ciddi sınaqlara sinə gərən həvari Bulus yazmışdı: «Mənə qüvvət verənin sayəsində hər şeyə gücüm çatır» (Filippililərə 4:13).

Əşiya 40:31 ayəsinin konteksti

 Allah bu sözləri Əşiya peyğəmbərə eramızdan əvvəl səkkizinci əsrdə yazdırmışdı. Bu ayədə deyilənlər Allahın bütün sadiq xidmətçilərinə aiddir. Amma çox yəqin ki, ilk dəfə Yehova bu sözləri Babilə yetmişillik sürgünə aparılacaq yəhudiləri ruhlandırmaq üçün demişdi. Yəhudilər sürgündən vətənlərinə qayıdanda Allahın sözlərinin necə yerinə yetdiyini gördülər (Əşiya 40:1—3). Eramızdan əvvəl 537-ci ildə Babildən Yerusəlimə qədər olan uzun və çətin yolu b qət etmək üçün Allah onlara güc verdi (Əşiya 40:29).

a «Yehova» Allahın şəxsi adıdır (Zəbur 83:18).

b Sürgündən qayıdanların qət etdiyi yolun uzunluğu, çox ehtimal ki, 1600 kilometr idi.