Kontentə keç

BluePlanetArchive/Whale Watch Azores

Dərinliyə baş vuran Küvye dimdikburun balinası

Dərinliyə baş vuran Küvye dimdikburun balinası

 Küvye dimdikburun balinaları 2992 metr dərinlikdə üzə bilirlər. Orada təzyiq təxminən 30 300 kilopaskaldır. Bu balinalar ağciyərlərdəki hava ehtiyatını təzələmədən uzun müddət suyun altında qalırlar. Məsələn, qeydə alınan rekord 3 saat 42 dəqiqə olub. Oksigenlə nəfəs alan bu məməli heyvanlar suyun dərinliyində yüksək təzyiq altında necə bu qədər uzun müddət qala bilirlər?

 Digər məməli dəniz heyvanlarında olduğu kimi balinaların da döş qəfəsi yığılır və ağciyərləri sıxılır. Alimlər müəyyən ediblər ki, dəniz məməliləri suya baş vuran zaman onların ürək döyüntülərinin sayı kəskin azalır, qan axını isə ətraflardan beyin, ürək və əzələlərə yönəlir.

 Bundan əlavə, dəniz məməliləri mioqlobin adlanan zülal sayəsində oksigeni əzələlərində saxlaya bilir. Suyun altında olanda mioqlobin lazım olduğu qədər oksigen buraxır. Dəniz məməlilərində mioqlobinin miqdarı insanlarda və quruda yaşayan heyvanlarda olduğundan qat-qat çoxdur.

 Küvye dimdikburun balinaları haqqında bir alim deyir: «Onlar suyun çox dərin qatlarına baş vururlar və uzun müddət suyun altında qalırlar. Heyvanların fiziologiyasına dair bildiklərimizə əsasən deyə bilərik ki, bu, qeyri-adi bir haldır». Alimlər çalışırlar ki, balinaların suyun altında uzun müddət qalması haqqında daha çox öyrənsinlər, çünki bu, həkimlərə ağciyərdə hava toplanması kimi xəstəliklərin müalicəsində kömək edə bilər.

 Necə düşünürsünüz? Küvye dimdikburun balinaların dərinə baş vurması, suyun altında uzun müddət qalması təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?