Kontentə keç

Mündəricatı göstər

Yeni dünya yaxındır

Yeni dünya yaxındır

Yüklə:

  1. 1. Quşların xoş avazıyla

    Açılır yeni səhər.

    Günəş öz isti əliylə

    Torpağa zərif sığal çəkər.

    Doğma, əziz dostlarla

    Bir ömür xoşbəxt keçər.

    Bu günlər astanada,

    Yeni dünya yaxındır.

  2. 2. Yamyaşıl bağlar salmısan

    Evinin ətrafında.

    Çayların suyu axdıqca

    Yayılır nəğmətək hər yanda.

    Biçin vaxtı çatıbdır,

    Zəmilər aşıb-daşır.

    Az qalıb, gəlib çatır.

    Yeni dünya yaxındır.

    KEÇİD

    Sonsuz həyat, gözəl cənnət!

    Rəbbin sözü gerçək oldu.

    Yeni dövran, yeni zaman,

    Ağrı-acı bax yox oldu.

  3. 3. Hər yanı ətri sarıbdır

    Biçilmiş göy çəmənin.

    Sevdiyin əziz dostlarla

    Birlikdə keçir xoş günlərin.

    Bu, Yehovanın lütfüdür,

    Qəlblərə şükran dolur.

    Xəyallar gerçək olur.

    Yeni dünya yaxındır.

    KEÇİD

    Doğma üzlər, tanış səslər,

    Həmin saat gəlib çatdı.

    Vaxt var idi, xəyal idi,

    İndiysə o həsrət bitdi.

  4. 4. Bu vədlər gerçəkdir,

    Rəbb Yehova söz verib.

    Gözləyirik biz ümidlə,

    «Sözlərim boşa çıxmaz», — deyib.

    Heç zaman ruhdan düşmərik,

    Düşünsək bu vədləri.

    Açacağıq gözləri,

    Artıq yeni dünyadır.