Kontentə keç

Mündəricatı göstər

Adını ucaldan məkan

Adını ucaldan məkan
GÖRÜNÜŞÜ

Yüklə:

  1. 1. Uca Yaradan Rəbb Yehova,

    Sığmazsan əngin göylərə,

    Nə də yerdəki bu məskənə.

    Amma lütf et ruhun bura.

    Mömin bəndələr bəzəyidir,

    Bu pak ibadət evinin.

    Zövq verir bizə bir xalq kimi

    Ucaltmaq mübarək ismin.

    KEÇİD

    Bizdəki hər şeyi

    Lütf etdin Sən, Yehova.

    Biz sənə qaytarırıq,

    Bəxş etdiklərini.

    NƏQARƏT

    Yehova, Sənə minnətdarıq,

    Verdin bu gözəl məkanı.

    Arzumuz yetibdir yerinə,

    Vəsf edək nəğmədə Səni!

  2. 2. Yehova, bizə yetirmisən

    Bu pak ibadət ocağın.

    Elmini alsın cümlə-bəşər,

    Haqq yolda daim yerisin.

    Sənin Padşahlıq işini qoy,

    İcra eyləsin bu məkan.

    Qarşıda böyük işlər gözlər,

    Bərəkət ver, olsun avand.

    KEÇİD

    Ən yaxşı şeyləri

    Biz təqdim eyləyirik.

    Çünki tək Sən layiqsən,

    Ya Rəbb, ruzi Verən.

    NƏQARƏT

    Yehova, Sənə minnətdarıq,

    Verdin bu gözəl məkanı.

    Arzumuz yetibdir yerinə,

    Vəsf edək nəğmədə Səni!