Kontentə keç

Mündəricatı göstər

Valideynlərin nəzərinə

Valideynlərin nəzərinə

Valideynlərin nəzərinə

Övladlarınıza verə biləcəyiniz ən yaxşı hədiyyə nə ola bilər? Onlar sizin məhəbbətinizə, öyüd-nəsihətinizə, müdafiənizə və bu kimi bir çox şeylərə möhtacdırlar. Amma sizin onlara verə biləcəyiniz ən qiymətli hədiyyə Yehova Allah və Onun Kəlamındakı həqiqətlər haqqında biliklərdir (Yəhya 17:3). Bu biliklər onların balaca ürəklərində Yehovaya məhəbbət yetişdirə və hətta körpə yaşlarından Ona ibadət etmək həvəsi oyada bilər (Matta 21:16).

Bir çox valideynlər fikir vermişdilər ki, qısa dərslər və tapşırıqlar balaca uşaqların daha çox xoşuna gəlir. Buna görə də böyük məmnuniyyətlə «Mən də Allah haqda öyrənirəm» kitabçasını təqdim edirik. Hər bir dərs elə tərtib edilib ki, uşaqlarınıza Müqəddəs Kitab prinsiplərini sadə dildə başa sala biləsiniz. Şəkillər və yanlarındakı yazılar xüsusi olaraq üç yaşadək uşaqlar üçün hazırlanıb. Kitabçaya əlavə tapşırıqlar da daxil edilib. «Mən də Allah haqda öyrənirəm» kitabçası uşaqlarınızın başını qatmaq üçün oyuncaq deyil. Əslində, bu nəşr sizin üçündür ki, körpələrinizlə birgə oxuyasınız və onlarla ünsiyyət qurasınız.

Əminik ki, bu kitabça sizə övladlarınıza Müqəddəs Kitab həqiqətlərini «körpəlikdən» aşılamağa kömək edən əvəzsiz alət olacaq (2 Timoteyə 3:14, 15).

Sizin qardaşlarınız,

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası

[Şəkil: səhifə 3]