Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA | HƏYAT SİZİN ƏLİNİZDƏDİR, YOXSA SİZ HƏYATIN?

Problem: vəziyyət çıxılmaz olanda...

Problem: vəziyyət çıxılmaz olanda...

OLA BİLSİN, boşanmısınız, əzizlərinizi itirmisiniz və ya xroniki xəstəlikdən əziyyət çəkirsiniz. Yəqin, siz vəziyyətin dəyişməsini istəyərdiniz, amma bu, sizin əlinizdə deyil. Bəs həyatınızı yenidən öz əlinizə almaq üçün nə edə bilərsiniz?

HƏVARİ BULUSUN NÜMUNƏSİ

Birinci əsrdə həvari Bulus bir çox ərazilərə səyahət edərək şövqlə təbliğ edirdi. Lakin bir gün o, haqsız yerə həbs edildi və əsgərin nəzarəti altında iki il ev dustağı oldu. Buna görə o, bu səyahətlərini davam etdirə bilmədi. Ümidsizliyə qapılmaq əvəzinə, həvari Bulus diqqətini edə biləcəyi şeylərə cəmlədi. O, Müqəddəs Kitab ayələrindən istifadə edərək yanına gələnlərə kömək edir və ruhlandırırdı. O hətta bir neçə məktub da yazmışdı və həmin məktubları biz bu gün Müqəddəs Kitabdan oxuya bilərik (Həvarilərin işləri 28:30, 31).

ANYA ÖHDƏSİNDƏN NECƏ GƏLDİ?

Əvvəlki məqalədə deyildiyi kimi, Anya evdən çölə çıxa bilmir. O deyir: «Xərçəng xəstəliyi həyatımı iflic etdi. Hal-hazırda infeksiyaya tutulmamaq üçün mən işdən çıxmışam və cəmiyyətlə əlaqəmi kəsmək məcburiyyətində qalmışam». Anya düşdüyü bu çıxılmaz vəziyyətdən necə baş çıxarır? O bölüşür: «Həyat tərzimi dəyişməyimin mənə böyük köməyi dəydi. Mənim üçün nəyin daha vacib olduğunu qərarlaşdırdım və məhdudiyyətlərimi nəzərə alaraq cədvəl qurdum. Bunun sayəsində həyatımın öz əlimdə olduğunu hiss edirəm».

Həvari Bulusun Filippililərə 4:11 ayəsindəki sözləri: «Mən hər bir şəraitdə nəyim varsa, ona qane olmağı öyrənmişəm».

SİZ NƏ EDƏ BİLƏRSİNİZ?

Əgər siz də çıxılmaz vəziyyətdəsinizsə və əlacsızsınızsa, növbəti addımları atın:

  • Diqqətinizi sizdən asılı olan şeylərə cəmləyin. Məsələn, səhhətinizə tam nəzarət edə bilməsəniz də, idmanla məşğul olmaq, sağlam qidalanmaq və yetərincə istirahət etmək sizin əlinizdədir.

  • Həyatda nəyə nail olmaq istədiyinizi müəyyənləşdirin. Sonra məqsədinizə doğru addımlayın. Bunun üçün çalışın hər gün, az da olsa, vaxt ayırasınız.

  • Xırda işlər görün. Stolun üstünü silin, qabları yuyun. Səliqəli geyinin. Ən vacib işləri səhərlər görün.

  • Vəziyyətinizə müsbət tərəfdən baxın. Məsələn, indi siz çətinliklərin öhdəsindən gəlməyin üsullarını daha yaxşı bilirsiniz. Bu təcrübənizdən istifadə edib başqalarına kömək edə bilərsiniz.

Xülasə. Vəziyyət sizin əlinizdə olmasa da, vəziyyətə münasibət sizin əlinizdədir.