Kontentə keç

Mündəricatı göstər

Oxucuların sualları

Oxucuların sualları

Məsh olunmuş məsihinin Allahdan aldığı «zəmanət» və «möhür» nədir? (2 Kor. 1:21, 22).

Keçmişdə sənədi keçərli etmək üçün möhür üzüyü gilə, yaxud muma basıb sənədə möhür vururdular

Zəmanət. Bir kitaba əsasən, 2 Korinflilərə 1:22 ayəsində «zəmanət» kimi tərcümə olunan yunan sözü «hüquq və ticarət terminidir». Mənası «ilkin ödəniş, beh, girov» deməkdir. «Bununla qabaqcadan məbləğin bir hissəsi ödənilir, beləliklə də insanın hər hansı mala hüquqi cəhətdən sahib olduğuna zəmanət verilir və ya müqavilə qüvvəyə minir». Məsihi müqəddəs ruhla məsh olunanda zəmanət alır, lakin tam ödəniş, yaxud mükafat 2 Korinflilərə 5:1—5 ayələrində təsvir olunduğu kimi, çürüməz səmavi bədəni geyinməkdir. Bu mükafata həmçinin ölməzlik ənamı da daxildir (1 Kor. 15:48—54).

Müasir yunan dilində nişan üzüyü üçün oxşar söz işlənir. Bu, Məsihin simvolik arvadının üzvləri olacaq kəsləri təsvir etmək üçün çox gözəl nümunədir (2 Kor. 11:2; Vəhy 21:2, 9).

Möhür. Keçmişdə sahibliyi, mötəbərliyi və ya razılaşmanı sübut etmək üçün möhürdən imza kimi istifadə edirdilər. Məsh olunmuşlara gəldikdə, onlar Allahın əmlakı kimi müqəddəs ruhla simvolik mənada möhürləniblər (Efes. 1:13, 14). Ancaq bu möhürlənmə sonuncu möhürlənmə deyil. Məsihi sonuncu dəfə axıracan ya sadiq qaldığı təqdirdə ölümündən bir qədər əvvəl möhürlənir, ya da böyük müsibətin başlanmasından əvvəl möhürlənəcək (Efes. 4:30; Vəhy 7:2—4).