Kontentə keç

Britaniya. Fotoqalereya 7 (sentyabr 2018 — fevral 2019)

Britaniya. Fotoqalereya 7 (sentyabr 2018 — fevral 2019)

Bu fotoqalereyada sentyabr 2018 — fevral 2019-cu il tarixlərində Yehovanın Şahidlərinin Britaniyadakı yeni filialında gedən tikinti işlərinin necə irəlilədiyini görə bilərsiniz.

  1. Şimal istehsalat binası

  2. Cənub istehsalat binası

  3. Ofis binası

  4. A yaşayış binası

  5. B yaşayış binası

  6. C yaşayış binası

  7. D yaşayış binası

  8. E yaşayış binası

  9. F yaşayış binası

25 sentyabr 2018-ci il. A yaşayış binası

Tikinti və texniki heyət iki ekskavatordan istifadə edərək su borusu çəkir. Arxada ofis binası görünür.

26 sentyabr 2018-ci il. Cənub istehsalat binası

Podratçılar binaya fasad vururlar. Panellərin rəngi və quruluşu elə seçilib ki, bina ətraf mühitlə harmoniya təşkil etsin.

27 sentyabr 2018-ci il. Cənub istehsalat binası

Yerə beton tökəndən sonra podratçılar döşəmənin hamar, parlaq və davamlı olması üçün maşınla üstündən gedirlər.

4 oktyabr 2018-ci il. Ofis binası

Şimal-şərq tərəfdən yuxarıdan görünüş. Arxa fonda tikinti işçiləri ərazini təmizləyir və əsas maşın dayanacağını düzəltmək üçün torpağı hamarlayır. Solda iki ofis binasını birləşdirən qəbul otağının polad karkası tamamlanıb. Arxa fonda şimal və cənub istehsalat binaları görünür.

10 oktyabr 2018-ci il. Filialın həyəti

A yaşayış binası yaxınlığında topoqraf landşaft dizaynerinin işini yoxlayır və qeydə alır. Landşaftın dizaynı layihənin əvvəlində edildiyindən binaların tikintisi başa çatanda ağaclar və bitkilər artıq böyüyəcək.

31 oktyabr 2018-ci il. F yaşayış binası

Bacı ilə qardaş qatran əsaslı boyanı maşın dayanacağının döşəməsinə çəkirlər. Bacı ayağına rənglənmiş səthdə iz buraxmayan dişli altlıq taxıb. Qatran əsaslı boya çəkilmiş səth yağ ləkələrinə qarşı davamlıdır. Bu, nəqliyyat dayanacağı üçün çox əlverişlidir.

6 noyabr 2018-ci il. Şimal istehsalat binası

İşçilər geniş iş məkanını isitmək üçün olan panellərin asılmasında istifadə edilən zəncirləri ölçüb kəsirlər.

6 noyabr 2018-ci il. Ofis binası

İşçilər ofis binasını içəridən astar boya ilə rəngləyir. Hər ofisin üstündə təhlükəsizlik məqsədilə qara plastik torba keçirilmiş istilik və hava ventilyasiyası borusu asılıb.

8 noyabr 2018-ci il. Ofis binası

İşçilər qəbul masasının olacağı yerin üstündə polad karkas quraşdırır.

7 dekabr 2018-ci il. Ofis binası

Podratçılar qaldırıcı kranın üstündə durub yeməkxanaya və zala bayır tərəfdən şüşə panellər vururlar.

10 dekabr 2018-ci il. Ofis binası

Elektrik heyətinin üzvləri kabellərin uclarına başlıq taxır. Ofis binasının dörd mərtəbəsinin hər birinin yüksəldilmiş döşəməsinin altından təxminən 50 kilometrlik kabel keçir. Yüksəldilmiş döşəmə sayəsində gələcəkdə ofis məkanını rekonstruksiya etmək lazım gələrsə, iş və dağıntı minimum olacaq.

26 dekabr 2018-ci il. A yaşayış binası

Fövqəladə Hallar Heyəti dəmirbənddən enib təhlükəsizlik kəmərindən asılı qalan adamı xilas etməyi məşq edir.

8 yanvar 2019-cu il. Ofis binası

Tikinti qrupunun üzvü səki döşənməmişdən qabaq yerin səthini düzləşdirir. Vələs ağacları əkmək üçün ekskavator yol boyunca çalalar qazır.

9 yanvar 2019-cu il. İstehsalat binaları

Yuxarıdan görünüş. Günəş işığını enerjiyə çevirmək üçün həm istehsalat binalarının, həm də ofis binasının damına günəş panelləri quraşdırılıb.

17 yanvar 2019-cu il. Ofis binası

Yekun işlər heyətinin üzvü üçüncü mərtəbənin dəhlizinə əhəngdaşından hazırlanan metlax vurur. Metlaxların altındakı narıncı örtük metlaxları alt qatdan ayırır və qoruyur ki, alt qat tərpənsə, metlax çatlamasın.

21 yanvar 2019-cu il. Tikintiyə hazırlıq üçün ayrılan əsas ərazi

İşçilər özlərinə yemək çəkib müvəqqəti olaraq yeməkxana kimi istifadə olunan ərazidə yeyir. Bu yeməkxanada hər gün üç növbədə min nəfərə yaxın adam yemək yeyir.

30 yanvar 2019-cu il. Ofis binası

Zibil maşınları materialları ofis binasının arxasına gətirir. Sağda aynabəndlərə jaluzi taxılıb ki, yeməkxananı və auditoriyanı qış günəşindən qorusun.

30 yanvar 2019-cu il. Ofis binası

Yekun işlər heyəti Birgünlük Könüllülər proqramının işçiləri ilə yerə kovrolit döşəyir. Bu proqram ondan ibarətdir ki, Yehovanın Şahidlərinin Britaniyadakı və İrlandiyadakı bütün yığıncaqlarından bir günlük kömək etmək üçün könüllülər göndərmək xahiş olunub. Fevralın sonuna kimi 5500 nəfərdən çox adam bu proqramda iştirak etmişdi.

12 fevral 2019-cu il. Cənub istehsalat binası

Podratçılar binanın ortasına kimi hündür arakəsmə tikib, ərazini iki yerə bölüblər. Yerdəki balaca narıncı sütunlar qayçı qaldırıcıların təhlükəsiz şəraitdə işləmələri üçün dəhliz yaradıb.

20 fevral 2019-cu il. Ofis binası

Qəbul şöbəsində qaldırılmış döşəmə quraşdırılarkən işçilər ərazini süpürürlər.