Kontentə keç

Dillərin sayına görə 300-ü aşan jw.org saytı

Dillərin sayına görə 300-ü aşan jw.org saytı

Əgər jw.org saytının «SAYTIN DİLİ» düyməsinə bassanız, sayı 300-dən çox olan dillərin siyahısını görəcəksiniz. Bu qədər dildə olan başqa bir sayt mövcud deyil!

Nümunə üçün bu saytı digər məşhur saytlarla müqayisə edək: 2013-cü il iyul ayının statistikasına görə, BMT-nin saytı 6, Avropa Birliyinin rəsmi veb-saytı olan «Europa» saytı 24, «Google» 71, Vikipediya isə 287 dildə idi.

300-dən çox dildə təlim materialı təqdim edən saytın işini təmin etmək üçün çoxlu vaxt lazımdır! Bu işin böyük qismi Yehovanın adını ucaltmaq istəyən dünyanın hər yerində yaşayan yüzlərlə Yehovanın Şahidləri tərəfindən görülür. Hər dil qrupu ingilis dilində aldığı materialı doğma dilinə tərcümə edir.

Təkcə ingilis dilini götürsək, jw.org saytının səhifələri kifayət qədər çoxdur. Bu səhifələr 300 dilə tərcümə olunur. Beləliklə, veb-saytın səhifələrinin ümumi sayı 200000-i aşır!

JW.ORG saytı nəinki bir çox dillərdə əlçatandır, həm də populyardır. Bu, ümumdünya İnternet traffikini təhlil edən «Alexa» şirkətinin tərtib etdiyi veb-saytlar reytinqinin nəticəsindən bəllidir. 87000-ə yaxın saytın siyahısı olan «Din və ruhanilik» bölməsində dünyanın əsas dinlərin, eləcə də dini naşirlərin və buna bənzər digər təşkilatların saytları sadalanır. 2013-cü il iyul ayının reytinqinə əsasən, həmin siyahıda jw.org ikinci yerdə durur! Birinci yerdə isə Müqəddəs Kitabın bir çox tərcümələrini təqdim edən özəl veb-sayt durur.

Hal-hazırda jw.org saytına hər gün, orta hesabla, 800000 adam daxil olur. Biz bundan sonra da bütün insanlara Müqəddəs Kitabdan faydalı məlumatlar təqdim etməyə davam edəcəyik.