Kontentə keç

«Müqəddəs Kitab hekayələri» məktəblərdə tədris edilir

«Müqəddəs Kitab hekayələri» məktəblərdə tədris edilir

Panqasinan dilinə tərcümə edilən və 2012-ci ildə işıq üzü görən «Müqəddəs Kitab hekayələri» kitabı Filippin məktəblərində bu dildə təhsil alan uşaqlara tədris edilir. Filippinin təhsil şöbəsinin qərarı ilə indi ibtidai sinif şagirdləri ana dillərində təhsil alırlar.

Filippinin əhalisi 100-dən çox dildə danışır və uzun illər ərzində uşaqların hansı dildə təhsil almaları məsələsi müzakirə olunurdu. 2012-ci ildə Təhsil şöbəsinin verdiyi əmrdə qeyd olunurdu ki, uşaqların evdə danışdıqları dildə təhsil almaları onların proqramı daha yaxşı və daha tez mənimsəmələrinə kömək edir. Nəticədə, «Ana dilində çoxdilli təhsil» proqramı qüvvəyə mindi.

Seçilən dillərin arasında Panqasinan dili də var idi. Amma ortaya problem çıxdı. Bir məktəb direktoru gileylənirdi ki, bu dildə uşaqlar üçün kitab çox azdır. Buna görə də Yehovanın Şahidlərinin Panqasinan dilinə tərcümə etdikləri «Müqəddəs Kitab hekayələri» kitabı düz vaxtında çıxdı. Bu kitabın buraxılışı haqda 2012-ci ilin noyabr ayında keçirilən vilayət konqreslərində elan edildi.

Həmin konqreslərdə bu kitabın 10000-dən çox nüsxəsi paylandı. Balaca uşaqlar və onların valideynləri doğma dillərində belə bir kitab aldıqlarına görə çox sevindilər. Bir ər-arvad demişdi: «Uşaqlarımız bu kitabı sevirlər, çünki dilini tam başa düşürlər».

Konqresdən dərhal sonra bir neçə Şahid öz kitablarını Daqupan şəhərindəki məktəbə apardılar. Panqasinan dilində oxumaq üçün material tapmayan müəllimlər bu kitabı görəndə çox sevindilər. 340-dan çox kitab paylandı. Uşaqlara oxumağı öyrətmək üçün onlar dərhal bu kitabdan istifadə etməyə başladılar.

Bu kitabdan təhsildə istifadə olunması Yehovanın Şahidlərini çox sevindirir. «Müqəddəs Kitab hekayələri»nin tərcüməsində iştirak edən bir tərcüməçi demişdi: «Ürəklərə yol tapan insanların doğma dillərindəki nəşrlərin nə qədər dəyərli olduğunu yaxşı bilirik. Buna görə də Yehovanın Şahidləri Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri yüzlərlə dillərə tərcümə etmək üçün böyük səy göstərirlər».