Kontentə keç

21 NOYABR 2014-CÜ İL
UKRAYNA

Yehovanın Şahidləri minlərlə Ukrayna qaçqınına yardım təşkil edir

Yehovanın Şahidləri minlərlə Ukrayna qaçqınına yardım təşkil edir

LVOV, Ukrayna. Yehovanın Şahidləri Ukraynanın şərqində başlamış müharibə nəticəsində evlərindən didərgin düşmüş dindaşlarına yardım göstərməyə davam edirlər.

Təxminən 7500 Yehovanın Şahidi müharibə zonasını tərk etməli olmuşdur. Onlardan 4000-nə yaxın adama Yehovanın Şahidlərinin Lvovdakı filialı tərəfindən təşkil edilmiş yeddi yardım komitəsi yardım göstərir. Qalanlarına isə Ukraynada və Rusiyada yaşayan qohumları və həmimanlıları sığınacaq verib. Daha altı yardım komitəsi hələ də müharibə zonasında yaşayan 17500-dən çox Yehovanın Şahidinə kömək edir.

Semyonovka kəndində (Donetsk vilayəti) yerləşən bu ev də daxil olmaqla, bir neçə Yehovanın Şahidinin evi bomba partlayışı nəticəsində dağılmışdı.

Lvov filialının rəsmi məlumatına əsasən, müharibə başlayandan altı Yehovanın Şahidi həyatını itirmişdir. Onlardan biri 2014-cü il iyun ayının 17-si Kramatorskda, avtomobilinin yanında bomba partlaması nəticəsində vəfat etmişdir. Donetsk, Slavyansk, Roskoşnoe və Luqanskda yaşayan digər beş nəfər də bomba partlayışı nəticəsində həyatını itirmişdir.

Filial həmçinin Yehovanın Şahidlərinin ibadət yerlərini və evlərini bərpa etmək işinə də rəhbərlik edir.

Yehovanın Şahidləri Slavyansk şəhərindəki evin uçmuş damını təmir edirlər.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel.: +1 718 560 5000

Ukrayna: Vasil Kobel, tel.: +38 032 240 9323