Mühüm hadisələr. İsrail
1 MAY 2015—Ali Məhkəmə Raanana şəhərindəki Yehovanın Şahidlərinin dinc toplaşmaq hüququnu tanıyır
5 FEVRAL 2007—Baş prokurorun dəstəyi ilə məhkəmə qət edir ki, Hayfa Beynəlxalq Konqres Mərkəzi toplantının keçirilməsi üçün zalı Yehovanın Şahidlərinə icarəyə verməkdən imtina etməklə onlara qarşı ayrı-seçkilik edib
1990-cı illərin sonu—Yəhudi dini fəalların Yehovanın Şahidlərinə qarşı zorakı hücumları artır
7 SENTYABR 1992—Baş prokurorun qərarından sonra Rayon Apelyasiya Komissiyası Yehovanın Şahidlərinə Təl-Əviv şəhərindəki ibadət evindən istifadə etməyə mane olan qərarını ləğv edir
15 NOYABR 1963—Hökumət Yehovanın Şahidləri təşkilatını «Watch Tower Bible & Tract Society» adı altında qeydiyyatdan keçirir
1 YANVAR 1963—Yehovanın Şahidləri Hayfa şəhərində ofis açır. Sonradan həmin ofis Təl-Əviv şəhərinə köçürülür
1920-ci il—Britaniyanın Yaxın Şərqdəki mandatı dövründə Yehovanın Şahidlərinin ilk yığıncağı və fəaliyyətlərinə nəzarət etmək üçün ofisi təşkil olunur

