Mühüm hadisələr. Fransa
2014—Yehovanın Şahidi olan məsul qardaşlara həbsxana din xadimi statusu verilir. Bununla, 1995-ci ildən parlamentin hesabatı ilə başlanan ayrı-seçkiliyə son qoyulur
30 İYUN 2011—Avropa İnsan Hüquqları Məhkəməsi Fransa hökumətini Yehovanın Şahidlərinin din azadlığı hüququnu pozduğu üçün mühakimə edir («ATJ Fransaya qarşı»)
2000—Hökumət şurası təsdiq edir ki, hüquqi şəxs olan yerli dini icmalar vergidən azad olmalıdırlar
1995—Parlament komissiyası «Fransadakı sektalar» hesabatında Yehovanın Şahidləri haqqında mənfi rəy verir
1993—Hökumət şurası təsdiq edir ki, hüquqi şəxs olan yerli icmalara məxsus ibadət evlərindən sırf ibadət məqsədi ilə istifadə olunur və bu səbəbdən, onlar vergidən azad olmalıdırlar
SENTYABR 1947—«Association Les Témoins de Jéhovah» rəsmi qeydiyyatdan keçir
OKTYABR 1939—Fransada Yehovanın Şahidləri təşkilatının fəaliyyətinə qadağa qoyulur
1930—«Watch Tower Society» Parisdə filial açır
27 AVQUST 1919—Beynəlxalq Fransız Müqəddəs Kitab Tətqiqatçıları Cəmiyyəti təsis olunur. Baş idarəsi Parisdə yerləşir
1906—Fransa Müqəddəs Kitab tətqiqatçılarının ilk cəmiyyətini rəsmi qeydiyyata alır

