«JW Library» tətbiqi AndroidTM cihazları üçün
«JW Library» tətbiqinin funksiyaları ilə bağlı ətraflı təlimat və faydalı məsləhətlər haqqında öyrənin. Tətbiq haqqında tez-tez verilən suallara cavab tapın.
Yeniliklər
Mart 2026 (versiya 15.7)
Müqəddəs Kitabdakı mütaliə bölməsində «İsa Məsihin xidməti» filmindən bəzi səhnələrin şəkilləri yerləşir.
Tətbiqdəki nasazlığa səbəb olan bəzi problemlər də daxil olmaqla bir neçə problem aradan qaldırılıb.
Dekabr 2025 (versiya 15.6)
Nəşrləri, videoları və audioları adlarına uyğun olaraq tapmaq üçün «Kitabxana» bölməsində «Axtar» düyməsindən istifadə edin.
Tətbiqdəki nasazlığa səbəb olan bəzi problemlər də daxil olmaqla bir neçə problem aradan qaldırılıb.
Dəstəklənən minimum əməliyyat sistemləri bunlardır: Android 8.0, iOS 15, M1 və ya daha yeni çipə sahib macOS, Windows 10 versiya 2004 və ya daha yenisi.
Oktyabr 2025 (versiya 15.5)
Tətbiq yenidən başladıldıqdan sonra video və audio üçün oxutma sürəti əvvəlki kimi qalır.
Videolar açıldıqda məlumat göstəricisi gizlədilir. Onu göstərmək üçün videoya toxunun.
Tətbiqdəki nasazlığa səbəb olan bəzi problemlər də daxil olmaqla bir neçə problem aradan qaldırılıb.
Dəstəklənən minimum əməliyyat sistemləri bunlardır: Android 7.0, iOS 15, M1 və ya daha yeni çipə sahib macOS, Windows 10 versiya 2004 və ya daha yenisi.

