Gün batarkən silueti əks olunan hərbi tank və dron

Anton Petrus/Moment via Getty Images

OYAQ QALIN!

Dünya müharibəsi qaçılmazdır? Müqəddəs Kitabda bu barədə nə deyilir?

Dünya müharibəsi qaçılmazdır? Müqəddəs Kitabda bu barədə nə deyilir?

 Son 30 il ərzində insanların çoxu düşünürdü ki, dünyada vəziyyət stabildir və hətta yaxşılığa doğru dəyişir. Amma son hadisələr bunun tam əksini göstərir.

  •    «İsrail və “Hizbullah”ın Livan sərhədində atışmasından sonra həmsərhəd ölkələrdə yaşayan insanlar qorxurlar ki, Qəzzə zolağında baş verən müharibə onlara da təsir edəcək» («Reuters», 6 yanvar 2024-cü il).

  •    «İranın nəzarət etdiyi təşkilatlar müxtəlif mövqelərdən hücumlar edir. Eyni zamanda ölkədə nüvə proqramı yenidən canlanıb. Bu dəfə İranın Rusiya və Çin kimi müttəfiqləri var. Bütün bunlar qərb ölkələri üçün ciddi təhlükə yaradır» («Nyu-York Tayms», 7 yanvar 2024-cü il).

  •    «Rusiya hücumları ilə Ukraynanı darmadağın etməyə davam edir» («UN News», 11 yanvar 2024-cü il).

  •    «Çinin artan iqtisadi və hərbi gücü, Tayvanın artan suverenlik sevdası və Çin ilə ABŞ arasındakı münasibətlərin gərginləşməsi yeni böhran üçün zəmin yaradır» («The Japan Times», 9 yanvar 2024-cü il).

 Müqəddəs Kitabda bu gün dünyada hökm sürən gərgin vəziyyət barədə nə isə yazılıb? Dünya müharibəsi başlayacaq?

Müqəddəs Kitabda bu hadisələrin olacağı qabaqcadan deyilmişdi

 Müqəddəs Kitabda bu gün baş verən hansısa konkret müharibə haqda yazılmayıb. Amma orada yazılıb ki, dövrümüzdə çoxlu sayda müharibələr olacaq və «yer üzündən [sülh götürüləcək]» (Vəhy 6:4).

 «Dənyal» kitabında qabaqcadan yazılmışdı ki, «axırzamanda» dünyanın qüdrətli dövlətləri bir-biri ilə «çəkişəcək» və dünyada ağalıq üstündə mübarizə aparacaqlar. Bu mübarizəyə çoxlu hərbi qüvvələrin cəlb olunacağı və külli-miqdarda «sərvətin» və ya maddi vəsaitin sərf ediləcəyi də yazılıb (Dənyal 11:40, 42, 43).

Bəşəriyyəti gözləyən müharibə

 Müqəddəs Kitabda yazılıb ki, dünyadakı vəziyyət yaxşılaşmazdan əvvəl daha da pisləşəcək. İsa Məsih demişdi: «Elə böyük müsibət olacaq ki, beləsi dünya yaranandan bəri olmamışdır» (Mətta 24:21). «Böyük müsibət» «Qadir Allahın böyük günündə olacaq müharibə» kimi təsvir olunan Armageddon müharibəsinə səbəb olacaq (Vəhy 16:14, 16).

 Lakin Armageddon müharibəsində bəşər məhv olmayacaq, əksinə, xilas olacaq. Bununla da, Allah amansız müharibələrə səbəb olan insan hakimiyyətinə son qoyacaq. Armageddonun gətirəcəyi əbədi sülh barədə növbəti məqalələrdən oxuya bilərsiniz: