Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Böyük müsibət nədir?

Böyük müsibət nədir?

Müqəddəs Yazıların cavabı

Böyük müsibət bəşəriyyətdə indiyə qədər görünməmiş bir müsibət olacaq. Müqəddəs Kitab peyğəmbərliyinə əsasən, bu, «axırzamanda» baş verəcək (2 Timutiyə 3:1; Dənyal 12:4). Bu «elə bir müsibət olacaq ki, beləsi Allah dünyanı yaradandan həmin vaxtadək olmayıb və bir daha olmayacaq» (Mark 13:19; Dənyal 12:1; Mətta 24:21, 22).

Böyük müsibətdə baş verəcək hadisələr

  • Yalan dinin məhvi. Yalan din bir göz qırpımında məhv ediləcək (Vəhy 17:1, 5; 18:9, 10, 21). Birləşmiş Millətlər Təşkilatı adlanan siyasi qüvvələr bu qərarı verməklə Allahın istəyini həyata keçirmiş olacaqlar * (Vəhy 17:3, 15—18).

  • Həqiqi dinə hücum. Hizqiyalın görüntüsündə «Məcuc ölkəsindən olan Yəcuc» kimi təsvir olunan xalqlar birliyi həqiqi dinin üzvlərini məhv etməyə çalışacaq. Lakin Allah Öz xidmətçilərini bu məhvdən qoruyacaq (Hizqiyal 38:1, 2, 9—12, 18—23).

  • Bəşəriyyətə çıxarılan hökm. İsa Məsih bütün bəşəriyyətə hökm çıxaracaq və «insanları çoban qoyunları keçilərdən ayırdığı kimi, bir-birindən ayıracaq» (Mətta 25:31—33). O, insanları göydə onunla birgə hakimiyyət sürəcək qardaşlarını dəstəkləyib-dəstəkləməmələri əsasında ayıracaq (Mətta 25:34—46).

  • Padşahlıqda idarə edəcək kəslər toplanır. İsa Məsihlə birgə idarə etmək üçün seçilmiş sadiq insanlar yer üzündəki işlərini tamamlayıb göylər həyatı üçün dirildiləcəklər (Mətta 24:31; 1 Korinflilərə 15:50—53; 1 Salonikililərə 4:15—17).

  • Armageddon. «Qadir Allahın böyük günündə olacaq» bu müharibə həmçinin «Yehovanın günü» adlanır (Vəhy 16:14, 16; Əşiya 13:9; 2 Butrus 3:12). Məsihin haqlarında hökm çıxardığı kəslər məhv ediləcək (Səfənya 1:18; 2 Salonikililərə 1:6—10). Bura Müqəddəs Kitabda yeddibaşlı vəhşi heyvan kimi təsvir olunan bütün dünyadakı siyasi sistemin məhvi daxildir (Vəhy 19:19—21).

Böyük müsibətdən sonra

  • Şeytan və onun cinləri buxovlanır. Baş mələk Şeytanı və onun cinlərini «dibsiz quyuya» atacaq, yəni ölü vəziyyətdə, fəaliyyətsiz olacaqlar (Vəhy 20:1—3). Şeytanın dibsiz quyuda saxlanılması, sanki, həbsdə olması deməkdir; o, heç nəyə və heç kimə təsir edə bilməyəcək (Vəhy 20:7).

  • Minillik başlayır. Allahın Padşahlığının 1000 illik fəaliyyəti başlayacaq və bəşəriyyətə böyük xeyir-bərəkətlər gətirəcək (Vəhy 5:9, 10; 20:4, 6). Saysız-hesabsız «böyük bir izdiham» böyük müsibətdən sağ çıxıb yer üzündəki Minillik hakimiyyətin başlanğıcını görəcəklər (Vəhy 7:9, 14; Zəbur 37:9—11).

^ abz. 5 «Vəhy» kitabında yalan din Böyük Babil, «böyük fahişə» kimi təsvir olunur (Vəhy 17:1, 5). Böyük Babili məhv edəcək al-qırmızı rəngli heyvan dünyadakı xalqları birləşdirmək məqsədinə can atan təşkilatı təmsil edir. Bu təşkilatın ilk adı Millətlər Cəmiyyəti idi, indi isə Birləşmiş Millətlər Təşkilatı adlanır.