Kontentə keç

Mündəricatı göstər

GÜRCÜSTAN

Düşünürdüm bəxtəvər insanam

Madona Kankiya

Düşünürdüm bəxtəvər insanam
  • DOĞUM TARİXİ: 1962

  • VƏFTİZ TARİXİ: 1990

  • QISA MƏLUMAT: Gürcüstanda Kommunist partiyasının keçmiş üzvü olub. Çox adama Yehova Allahı tanımağa kömək edib. 2015-ci ildə Tbilisidə keçirilən Padşahlıq Müjdəçiləri Məktəbinin birinci sinfinin məzunudur.

MƏN həqiqəti 1989-cu ildə eşitmişəm. O vaxt Senaki şəhərində Kommunist partiyasının tanınmış üzvü idim və indiki parlamentə bərabər olan Gürcüstanın Ali Sovetində otururdum. Həmin vaxt nişanlı idim. Düşünürdüm bəxtəvər insanam.

Anamla atam mənə uşaqlıqdan Allaha məhəbbət aşılamışdılar. Buna görə də kommunist olmağıma baxmayaraq, Allaha inanırdım. Müqəddəs Kitabı öyrənməyə başlayanda öz suallarıma cavab tapdım. Bu səbəbdən həyatımı Yehova Allaha həsr etmək qərarına gəldim. Amma ailəm, dost-tanışım, iş yoldaşlarım və nişanlım verdiyim qərara qarşı çıxdılar.

Yeni əqidəmə görə qohumlarım məndən üz döndərdi. Bundan əlavə, işim də əqidəmə uyğun gəlmirdi. Buna görə də tək çıxış yolum evdən çıxmaq, nişanlımdan ayrılmaq, Kommunist partiyasından və Ali Sovetdən istefa etmək idi. Vəftiz olandan sonra yaxınlarım və ailə üzvlərim mənə daha çox təzyiq göstərməyə başladı. Yaşadığım şəhərdə hamı məni tanıdığı üçün Kutaisiyə köçdüm. Ora gedən kimi öncül xidmətinə başladım.

Bəzən məndən soruşurlar: «Əqidənə görə bu qədər əziyyətə dözməyə dəyərdimi?» Mən tərəddüd etmədən deyirəm ki, verdiyim qərara görə qətiyyən peşman deyiləm. Valideynlərim məni başa düşməsələr də, onlara minnətdaram ki, mənə Allahı və insanları sevməyi öyrədiblər. Bunun mənə çox köməyi dəydi.