Kontentə keç

Mündəricatı göstər

İNDONEZİYA

Təbii fəlakət zamanı məsihi məhəbbətinin izharı

Təbii fəlakət zamanı məsihi məhəbbətinin izharı

ZƏLZƏLƏLƏR, sunamilər və vulkan püskürmələri İndoneziyada həyatı tez-tez iflic edir. Təbii fəlakət zamanı Yehova Allahın xalqı zərərçəkənlərə, xüsusilə də dindaşlarına dərhal öz kömək əllərini uzadırlar. Məsələn, 2005-ci ildə olan güclü zəlzələ Şimali Sumatrada Nias adasının ən böyük şəhərini, Qununqsitolini yerlə bir etdi. Qonşu Sumatra adasının yığıncaqları və filial dərhal zərərçəkmiş əraziyə humanitar yardım göndərdi. Bacı-qardaşlarımızı ruhlandırmaq, onlara təsəlli vermək üçün filial nümayəndəsi və rayon nəzarətçisi dərhal təyyarəyə minib adaya gəldi. Nias adasında ağsaqqal kimi xidmət edən Yuniman Harifa adlı qardaş deyir: «Ətrafımızdakı insanlar vahimə içində idilər. Amma Yehovanın təşkilatının dərhal hərəkətə keçməsi bizi bir daha əmin etdi ki, biz tək deyilik».