Kontentə keç

Mündəricatı göstər

2. Müqəssir özümüzük?

2. Müqəssir özümüzük?

Bunu bilmək nəyə görə vacibdir?

Əgər özümüzüksə, deməli, əzabları azaltmaq bizim gücümüz daxilində olmalıdır.

Düşünün

Əzablara səbəb olan aşağıdakı hallara görə məgər insanlar məsuliyyət daşımır?

  • Zorakılıq.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən, hər dörd nəfərdən biri uşaq vaxtı fiziki zorakılığa, hər üç qadından biri isə fiziki və ya cinsi zorakılığa (yaxud hər ikisinə) məruz qalır.

  • Doğma insanın ölümü.

    Ümumdünya Səhiyyə Təşkilatının dərc etdiyi «Ümumdünya Səhiyyə Statistikası 2018»də deyilir ki, «hesablamalara görə, 2016-cı ildə bütün dünyada 477 000 qətl hadisəsi baş verib». Bundan əlavə, həmin il müharibələrdə və iğtişaşlarda 180 000 insan həyatını itirdiyi təxmin edilir.

  • Sağlamlıq problemləri.

    Yazıçı Fran Smisin «Neşnl Ceoqrafik» jurnalında dərc edilmiş məqaləsində qeyd olunur: «Bir milyarddan çox insan siqaret çəkir. Tütün isə ölümə səbəb olan beş əsas xəstəliyin — ürək xəstəliyinin, insultun, tənəffüs yolları infeksiyalarının, ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin və ağ ciyər xərçənginin yaranması üçün başlıca risk faktorudur».

  • Sosial bərabərsizlik.

    Psixoloq Cey Vatsın sözlərinə görə «yoxsulluq, qeyri-bərabərlik, irqi və cinsi ayrı-seçkilik, məcburi köçkünlük və rəqabət əqli iztirabların artmasına səbəb olur».

    ƏLAVƏ MƏLUMAT

    jw.org saytında «Allah Yer kürəsini nəyə görə yaradıb?» adlı videoya baxın.

Müqəddəs Kitabda deyilir

Bir çox əzabların günahkarı insanlar özləridir.

Əzabların çoxunun səbəbkarı xalqa xidmət etdiyini iddia edən hökumətlərin əhalinin həyatını ağırlaşdırmasıdır.

«Bütün dövrlərdə insanın insana ağalıq etməsi insanın zərərinə olub» (VAİZ 8:9).

Əzabları azaltmaq mümkündür.

Müqəddəs Kitabdakı məsləhətlərə əməl etmək həm insanın sağlamlığına, həm də başqaları ilə münasibətinə müsbət təsir göstərir.

«Sakit ürək canı sağlam edər, qısqanclıq sümükləri çürüdər» (MƏSƏLLƏR 14:30 ).

«Hər cür kini, hirsi, qəzəbi, qışqırığı, təhqiri, habelə zərər gətirən hər şeyi kənara qoyun» (EFESLİLƏRƏ 4:31).