GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ) Oktyabr 2017

Bu sayda 2017-ci il noyabrın 27-dən dekabrın 24-dək olan təlim məqalələri yerləşir.

BİOQRAFİYA

Allaha itaət edənin neməti bol olar

Oliv Metyu və onun həyat yoldaşı 1952-ci ildə Şimali İrlandiyada öncül kimi xidmət etmək dəvətini qəbul etdilər. Bu məqalədə Yehovanın onlara hansı nemətləri verdiyini oxuya bilərsiniz.

«Bir-birimizi... əməldə, həqiqətən sevək»

Məhəbbətimizin tamamilə saf, riyasız olduğu nədən görünəcək?

«Sülh yox, qılınc gətirməyə gəlmişəm»

İsa Məsih «qılınc gətirməyə gəlmişəm» deyəndə nəyi nəzərdə tuturdu və bunun bizə hansı aidiyyəti var?

Mərd addım atan arimataylı Yusif

O kim idi? İsa Məsihlə onu nə bağlayırdı? Bu hekayə bizim üçün hansı maraq kəsb edir?

Zəkəriyyəyə nazil olan vəhylər və biz

Uçan tumar, ölçü qabının içərisində bir qadın, leylək qanadına bənzər qanadları olan iki qadının göydə süzməsi. Nə üçün Allah Zəkəriyyə peyğəmbərə belə qeyri-adi vəhylər nazil etmişdi?

Allahın xalqını qoruyan cəng arabaları və tac

Misdən olan iki dağ, cəng arabaları, baş kahinin padşah olması. Zəkəriyyəyə nazil olan son vəhy Allahın xalqına hansı əminliyi verir?

Bir xeyirxah əməl

Bir xeyirxah əməl həqiqətə qarşı çıxan birinin Müqəddəs Kitabla maraqlanmasına necə yol açdı?

Bilirsiniz?

Nəyə görə İsa Məsih and içməyi pisləmişdi?