Kontentə keç

Mündəricatı göstər

Yaşına, milliyyətinə, dininə fərq qoymadan insanlara kömək edirsiniz?

Ehtiyacı olanlara əl tutmaq savabdır

Ehtiyacı olanlara əl tutmaq savabdır

Bu gün dünyada çoxlarının bir qarın yeməyi, başının üstündə damı yoxdur. Bəzilərinin isə gələcəyə ümidi qalmayıb. Bu cür insanlara kömək etmək savabdır və Allahın razılığını qazandırır.

MÜQƏDDƏS KİTABDA DEYİLİR

«Fağıra lütf eləyən Yehovaya borc verir, Allah da ona əvəzini verər» (MƏSƏLLƏR 19:17).

EHTİYACI OLANLARA KÖMƏK EDİN

İsa Məsih belə bir məsəl çəkmişdi. Bir kişiyə quldurlar hücum edir, onu ölümcül halda qoyub gedirlər (Luka 10:29—37). Yoldan keçən bir nəfər başqa millətdən olsa da, onu görəndə ayaq saxlayıb kömək edir.

Bu xeyirxah adam onun yaralarını sarıyır, maddi kömək göstərir.

Bu məsəldə hansı ibrət dərsi var? İsa Məsihin sözünün canı o idi ki, ehtiyacı olanlara əlimizdən gəldiyi qədər kömək etməliyik (Məsəllər 14:31). Müqəddəs Kitabda deyilir ki, Allah tezliklə yoxsulluğa, əzab-əziyyətə son qoyacaq. Ola bilsin, sizdə sual yaranır: Allah bunu nə zaman və necə edəcək? Növbəti məqalədə görəcəksiniz ki, Allah sizə hansı nemətləri vermək istəyir.