Kontentə keç

Mündəricatı göstər

Yadınızdadırmı?

Yadınızdadırmı?

«Gözətçi qülləsi»nin son saylarını diqqətlə oxumusunuzsa, aşağıdakı suallara cavab verməyə çalışın.

Yeniyetmə övladını Yehovanın yolunda tərbiyə etməyə valideynlərə nə kömək edə bilər?

Valideynlər yeniyetmə övladlarını sevməli və təvazökar olduqlarını əməllərində göstərməlidirlər. Onlar həmçinin anlayışlı olmalı və övladlarını başa düşməyə çalışmalıdırlar (w15 15/11 s. 9—11).

Danışmazdan öncə nələri nəzərə almalıyıq?

Əgər dilimizlə xeyir gətirmək istəyiriksə, üç amili nəzərə almalıyıq: 1) nə vaxt danışmağı (Vaiz 3:7); 2) nəyi danışmağı (Məs. 12:18); və 3) necə danışmağı (Məs. 25:15) (w15 15/12 s. 19—22).

Məsihi hansı nadürüst hərəkətlərə yol verməməlidir?

Məsihilər yalan danışmamalı və heç kimə böhtan atmamalıdırlar. Kiminsə adını ləkələyən məkrli sözlər söyləməməli, fırıldaqçılığa və oğurluğa əl atmamalıdırlar (wp16.1 s. 5).

Müqəddəs Kitabdakı «böyük kahinlər» ifadəsi kimlərə aid edilirdi?

Çox ehtimal ki, «böyük kahinlər» ifadəsi kahinliyin əsas üzvlərinə, həmçinin kahinlikdən kənar edilən keçmiş böyük kahinlərə şamil olunurdu (wp16.1 s. 10).

Simvollardan qəbul edənlərlə necə davranmaq lazımdır?

Məsihilər simvollardan qəbul edənləri ucaltmamalıdırlar. Əsl məsh olunmuş özünə qarşı xüsusi münasibət gözləmir və məsh olunmuş olduğunu car çəkmir (Mət. 23:8—12) (w16.01 s. 23, 24).

İbrahim peyğəmbər nəyin sayəsində Allahla dost oldu və biz bundan nə öyrənirik?

İbrahim peyğəmbər Allah haqda bilik almışdı və görünür, bildiklərini Samdan öyrənmişdi. Allahın onunla və ailəsilə necə davranması İbrahim peyğəmbərə təcrübə qazandırmışdı, yəni Allahı tanıtdırmışdı. Biz də ondan örnək götürməliyik (w16.02 s. 9, 10).

Müqəddəs Kitab fəsillərə və ayələrə necə bölünüb?

Eramızın XIII əsrində Stefan Lanqton adlı din xadimi Müqəddəs Kitabı fəsillərə bölmüşdü. Yəhudi çapçıları Tövratı ayələrə bölmüşdülər. Sonralar isə XVI əsrdə Robert Estyen adlı alim İncili ayələrə bölmüşdü (wp16.2 s. 14, 15).

Şeytan İsanı sınağa çəkəndə onu məbədə gətirmişdi?

Bunu dəqiq deyə bilmərik. Mətta 4:5 və Luka 4:9 ayələrində yazılanları belə başa düşmək olar: İsa ya görüntüdə məbədə aparılmışdı, ya da məbəd ərazisindəki hansısa hündür tikilinin başında durmuşdu (w16.03 s. 31, 32).

Necə edə bilərik ki, xidmətimiz şeh kimi olsun?

Şeh tədricən əmələ gəlir. O təravət gətirir və yaşadır. Şeh Allahdan nemətdir (Qan. 33:13). Yehovanın xidmətçilərinin ümumi əməyi də eyni bəhrəni gətirir (w16.04 s. 4).