İstifadə şərtləri
Yenilənib: 23 mart 2023-cü il
Bu məlumat tətbiqi (bundan sonra «tətbiq») sizə Allah, Müqəddəs Kitab və Yehovanın Şahidləri haqda daha çox öyrənməyə kömək etmək üçün istifadəyə verilib. Sizə maraqlı olan məlumatlara baxın, onları oxuyun və yükləyin. Biz istəyirik ki, başqaları da bu tətbiqdən faydalansın. Amma tətbiqdəki məlumatları digər vebsaytlarda və tətbiqlərdə yerləşdirmək olmaz. Öyrəndiklərinizi başqaları ilə bölüşmək üçün onları bu tətbiqi yükləməyə təşviq edə bilərsiniz.
Bu istifadə şərtləri (bu «müqavilə») qeyri-kommersiya şirkəti olan «Watchtower Bible and Tract Society of New York, Inc.» (bundan sonra «Gözətçi Qülləsi, Nyu-York», «biz», «bizə», «bizim») cəmiyyəti ilə bu tətbiqdən istifadə edən siz istifadəçilər («sən», «sənin») arasında bağlanan hüquqi müqavilədir.
Tətbiqə edilən hər hansı yenilənmələr, təkmilləşdirmələr və əlavə edilən yeni funksiyalar bu müqavilə ilə tənzimlənir. Bu müqaviləyə istənilən vaxt bizim tərəfimizdən yenidən baxıla, dəyişiklik edilə və xitam verilə bilər. Siz açıq şəkildə razılaşırsınız ki, müqaviləyə edilən bu cür dəyişikliklər, düzəlişlər, və ya ona xitam verilməsi sizin tətbiqdən istifadənizə əhəmiyyətli dərəcədə təsir edə bilər. Bu cür dəyişikliklərdən sonra tətbiqdən istifadəniz və ya ona daxil olmağınız həmin dəyişiklikləri qəbul etdiyinizi göstərəcək.
Bu müqaviləyə (öz istəyinizlə) tam və ya qismən əməl edilməməsi bu şərtlərin əhəmiyyətli dərəcədə pozulması deməkdir və sizin bu tətbiqdən istifadə etmək hüququnuzun və/və ya icazənizin dərhal dayandırılması ilə nəticələnə bilər. Siz açıq şəkildə razılaşırsınız ki, biz hər hansı səbəbdən, və ya heç bir səbəb olmadan sizin tətbiqə daxil olmaq və/və ya ondan istifadə etmək icazənizi ləğv edə bilərik.
SİZ BU MÜQAVİLƏ İLƏ ƏLAQƏDAR «QƏBUL ET» DÜYMƏSİNİ BASMAQLA, VƏ YA TƏTBİQİMİZİ YÜKLƏMƏKLƏ, QURAŞDIRMAQLA, KÖÇÜRMƏKLƏ VƏ HƏR HANSI BAŞQA ŞƏKİLDƏ ONU İSTİFADƏ ETMƏKLƏ BU MÜQAVİLƏNİN ŞƏRTLƏRİNİ QƏBUL ETMİŞ OLURSUNUZ. SİZƏ TƏTBİQDƏN İSTİFADƏYƏ İCAZƏ YALNIZ BU MÜQAVİLƏNİ QƏBUL ETDİKDƏN SONRA VERİLİR. ƏGƏR BU MÜQAVİLƏNİN ŞƏRTLƏRİ İLƏ RAZI DEYİLSİNİZSƏ, O ZAMAN BU TƏTBİQİ YÜKLƏMƏMƏLİ, KÖÇÜRMƏMƏLİ VƏ ONDAN İSTİFADƏ ETMƏMƏLİSİNİZ. HƏMÇİNİN TƏTBİQİN BÜTÜN NÜSXƏLƏRİNİ CİHAZINIZDAN POZMALISINIZ.
1. İCAZƏNİN VERİLMƏSİ. Bu tətbiq sizə satılmayıb. Sizə bu müqavilədəki şərtləri qəbul etdiyiniz təqdirdə tətbiqdən istifadəyə icazə verilir. Bu müqavilənin bütün şərtlərini qəbul etdiyiniz və onlara daim əməl etdiyiniz təqdirdə «Gözətçi qülləsi, Nyu-York» sizə bu müqavilədə, və ya «Gözətçi qülləsi, Nyu-York» tərəfindən yazılı şəkildə göstərilən məqsədlər üçün tətbiqi istifadə etdiyiniz cihazlarda ona daxil olmaq, istifadə etmək, quraşdırmaq, saxlamaq və işə salmaq üçün tam geri çağırıla bilən, məhdud, ötürülməyən, sublisenziyasız və qeyri-müstəsna hüquq verir. Bu müqavilənin şərtləri «Gözətçi qülləsi, Nyu-York» tərəfindən təqdim edilən və orijinal tətbiqi əvəz edən və/və ya tamamlayan istənilən yenilənmələri tənzimləyir. Əgər bu cür yenilənmə ayrıca icazə ilə müşayiət olunursa, o zaman yenilənmə həmin icazənin şərtləri ilə tənzimlənir. Tətbiqin bəzi komponentləri həmçinin açıq mənbə və ya üçüncü şəxs lisenziyaları ilə tənzimlənir. Bu müqavilədə göstərilən şərtlərlə hər hansı bu cür lisenziyalar arasında ziddiyyət yaranarsa, həmin komponentlərə münasibətdə bu lisenziyalar əsas götürülür.
2. MÜLKİYYƏT HÜQUQU DA DAXİL OLMAQLA, BÜTÜN HÜQUQLARIN QORUNMASI. ÜÇÜNCÜ ŞƏXS KONTENTİ, TİCARƏT NİŞANLARI. «Gözətçi qülləsi, Nyu-York» bu müqavilədə tətbiqlə bağlı sizə birbaşa verilməyən bütün hüquqları özündə saxlayır. Tətbiq müəllif hüquqları və əqli mülkiyyətə dair digər qanunlar və müqavilələr ilə qorunur. Sizinlə «Gözətçi qülləsi, Nyu-York» arasındakı münasibətlərə gəldikdə, «Gözətçi qülləsi, Nyu-York» tətbiqlə bağlı bütün hüquqlara, adlara və əmlak hüququna sahibdir. Başqa bir hal göstərilməyibsə, (i) tətbiqin bütün məzmunu və (ii) tətbiqlə əlaqəli bütün ticarət nişanları Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya) («Gözətçi qülləsi») mülkiyyətidir. Şübhə olmasın deyə, üçüncü şəxs tərəfindən lisenziya verilmiş və «Gözətçi qülləsi, Nyu-York» və ya «Gözətçi qülləsi» tərəfindən tətbiqə daxil edilmiş bütün əqli mülkiyyət həmin üçüncü şəxsin mülkiyyəti olaraq qalacaq. Siz Tətbiqdə olan və ya onunla əlaqəli olan hər hansı müəllif hüququ, ticarət nişanı və ya digər mülkiyyət bildirişlərini və mənbə identifikatorlarını (o cümlədən, lakin bununla məhdudlaşmayaraq, Açıq Mənbə Lisenziya Atributlarında sadalananları) (bundan sonra «Atributlar») silməməyə, gizlətməməyə və ya başqa şəkildə dəyişdirməməyə razılaşırsınız. Tətbiq vasitəsilə sizin üçün mövcud olan hər hansı üçüncü şəxsə məxsus məlumat və ya digər məzmuna girişə (əgər varsa) zəmanət verə bilmərik və bunu təmin etmirik.
«Adobe», «Adobe loqo», «Acrobat» və «Acrobat loqo» «Adobe Systems Incorporated» şirkətinin ticarət nişanlarıdır. «iTunes» və «iPod» «Apple Inc.» şirkətinin ticarət nişanlarıdır. «Microsoft», «Microsoft loqo», eləcə də «Microsoft Office» və «Microsoft Office 365» də daxil olmaqla «Microsoft» proqramları «Microsoft Inc.» şirkətinin ticarət nişanlarıdır. «Android» «Google LLC» şirkətinin ticarət nişanıdır. «Android robot» «Google» şirkəti tərəfindən yaradılmış və yayılmış məhsulun yenidən baxılmış və ya dəyişdirilmiş və «Creative Commons 3.0 Attribution License»da (https://creativecommons.org/licenses/by/3.0/us/) göstərilən istifadə şərtlərinə uyğun istifadə olunan məhsuldur. Bütün digər ticarət nişanları və qeydiyyata alınmış ticarət nişanları müvafiq sahiblərin mülkiyyətidir.
3. İSTİFADƏ MƏHDUDİYYƏTLƏRİ. Bu tətbiq müqavilədə göstərildiyi və ya «Gözətçi qülləsi, Nyu-York» tərəfindən yazılı şəkildə qeyd olunduğu və göstərildiyi kimi yalnız sizin şəxsi istifadəniz üçündür. Siz razılaşırsınız ki, növbəti şeyləri nə özünüz edəcəksiniz, nə də başqa şəxsin birbaşa və ya dolayısı ilə etməsinə yol verəcəksiniz: a) icarəyə götürmək, lizinqə vermək, icarəyə vermək, satmaq, alıb-satmaq, ötürmək, təyin etmək, kopyasını yaratmaq, kopyalamaq, dərc etmək, köçürmək, sublisenziyasını yaratmaq, tətbiqin və ya onun hansısa hissəsinin bənzərini yaratmaq və ya yaymaq, satışa çıxarmaq və ya istifadəyə vermək; b) tətbiqi və ya onun hansısa bir hissəsini, o cümlədən onun əsasında duran fikirləri, alqoritmləri, konstruksiyasını başqa cür yaratmaq, dekompilyasiya etmək, dəyişdirmək, uyğunlaşdırmaq, tərcümə etmək, disasemblerləmək və ya bu tətbiq vasitəsilə yeni tətbiqlər, proqramlar, məhsullar və xidmətlər yaratmaq (qanunla bu cür məhdudiyyətlərə icazə verilməyən və ya tətbiqə daxil olan mənbəyi gizli olmayan komponentlərin istifadəsinə lisenziyanın istifadə şərtləri ilə icazə verilən hallar istisnadır); c) tətbiqdə («JW» və «JW.ORG» ticarət nişanları da daxil olmaqla) və ya digər ticarət nişanlarında çıxan əmtəə nişanlarını, ticarət adlarını, xidmət adlarını, qrafikaları, dizaynları, loqoları, səhifə başlıqlarını, düymələri, skriptləri, kommersiya nişanlarını və ticarət geyimini silmək və ya dəyişdirmək; ç) fiziki və ya hüquqi şəxsin adını, loqosunu, ticarət nişanını və ya digər identifikatorunu elə şəkildə göstərmək ki, izləyicidə həmin fiziki və ya hüquqi şəxsin tətbiqi buraxdığı və ya onun distribüteri olduğu təəssüratı yaranmasın; d) tətbiqin hər hansı aspektinin işinə mane olan və ya müdaxilə edən istənilən cihazdan, proqram təminatından və ya prosedurdan istifadə etmək, buraxmaq və ötürmək; e) «Gözətçi qülləsi, Nyu-York», «Gözətçi qülləsi» və onların əməkdaşlıq etdiyi təşkilatların ticarət nişanlarını, loqolarını, domen adlarını və markaya xas olan digər fərqləndirici xüsusiyyətlərini, eləcə də müəllif hüquqlarını və digər mülkiyyət hüquqlarını qeydiyyatdan keçirmək, qeydiyyatdan keçirməyə cəhd etmək və ya başqasına bu məsələdə kömək etmək; ə) tətbiqdə və ya tətbiqə daxil olan hər hansı mənbədə çıxan müəllif hüquqları, ticarət nişanı və digər mülkiyyət hüquqları haqda bildirişləri silmək, gizlətmək və ya dəyişdirmək; f) ABŞ-ın HIPAA qaydalarına uyğun olaraq qorunan sağlamlıq haqda məlumatları ötürmək, saxlamaq və ya emal etmək; g) tətbiqdən bu müqaviləyə əsasən verilmiş lisenziya çərçivəsindən kənara çıxaraq istifadə etmək. Siz «Google API»nin xidmət şərtlərinə əməl etməlisiniz (və qəsdən pozmamalısınız).
Yuxarıdakı istifadə məhdudiyyətlərinə əməl etməyə razılaşsanız da, tətbiqi və ya onun hansısa bir hissəsini, o cümlədən onun əsasında duran fikirləri, alqoritmləri, konstruksiyasını başqa cür yaratmaq, dekompilyasiya etmək, dəyişdirmək, uyğunlaşdırmaq, tərcümə etmək, disasemblerləmək və ya bu tətbiq vasitəsi ilə yeni tətbiqlər, proqramlar, məhsullar və xidmətlər yaratmaq məqsədi ilə xüsusi icazə üçün müraciət edə bilərsiniz. «Gözətçi qülləsi, Nyu-York» buna icazə verməlidir. Bu cür xüsusi icazəni almaq üçün, zəhmət olmasa, DeveloperSupport@jw.org ünvanına yazın.
«Gözətçi qülləsi, Nyu-York»un və ya sizin bu müqavilənin hər hansı müddəasını ciddi şəkildə yerinə yetirməməyiniz, eləcə də «Gözətçi qülləsi, Nyu-York» və ya sizin bu müqaviləyə əsasən malik olduğunuz hüquq və ya hüquqi müdafiə vasitəsindən istifadə etməməyiniz bu müqavilədən imtina etmək sayılmayacaq və müqavilənin üzərinizə qoyduğu öhdəlikləri götürməyəcək. Hər hansı öhdəliyi yerinə yetirməkdən imtina bütün sonrakı öhdəliklərdən imtina etmək demək deyil. Bu müqavilənin hər hansı müddəasından imtina açıq şəkildə ifadə edilməyincə və «Gözətçi qülləsi, Nyu-York» və ya sizə digər tərəf yazılı şəkildə bu barədə məlumat verməyincə, qüvvəyə minmiş hesab olunmayacaq.
4. TƏTBİQDƏN VƏ ONUN MƏZMUNUNDAN İCAZƏ VERİLƏN VƏ İCAZƏ VERİLMƏYƏN ŞƏKİLDƏ İSTİFADƏ.
Aşağıda gətirilən məhdudiyyətlər nəzərə alınmaq şərtilə, sizə aşağıdakılara icazə verilir:
«Gözətçi qülləsi»nin intellektual mülkiyyəti hesab olunan şəkilləri, elektron nəşrləri, musiqini, mətnləri, video-faylları şəxsi və qeyri-kommersiya məqsədləri üçün tətbiqdə baxa, eləcə də oradan yükləyə və çap edə bilərsiniz.
Tətbiqdəki yüklənə bilən nəşrlərin, videoların və ya audio-faylların elektron surətlərini və linklərini (URL-ünvan) başqaları ilə paylaşa bilərsiniz.
Sizə və üçüncü şəxsə icazə verilmir:
Bu tətbiqdəki şəkilləri, elektron nəşrləri, ticarət nişanlarını, musiqini, fotoşəkilləri, videoları və ya məqalələri internetdə (istənilən saytda, fayl-paylaşma, video-paylaşma saytlarında və ya sosial şəbəkələrdə) yerləşdirmək.
Bu tətbiqdəki şəkilləri, elektron nəşrləri, ticarət nişanlarını, musiqini, fotoşəkilləri, mətnləri və ya videoları hər hansı proqram təminatı ilə birgə və ya onun tərkib hissəsi kimi dərc etmək (proqram təminatında istifadə üçün belə materialların serverdə yerləşdirilməsi də daxil olmaqla).
Kommersiya məqsədi ilə və ya pulun müqabilində (qazanc məqsədi güdülməsə də) tətbiqdəki şəkillərin, elektron nəşrlərin, ticarət nişanlarının, musiqinin, fotoşəkillərin, mətnlərin və ya videoların reprosurətini, surətini hazırlamaq, yaymaq və ya hər hansı üsulla istifadə etmək.
Kütləvi yayım məqsədi ilə istənilən proqram əlavəsini, vasitələrini, habelə texniki üsullarını yaradıb onların vasitəsilə bu tətbiqdəki məlumatları, HTML kodu, şəkilləri və ya mətnləri toplamaq, köçürmək, yükləmək, çıxarmaq və ya analiz etmək (bununla belə bu tətbiqin açıq bölməsindən EPUB, PDF, MP3 və MP4 kimi faylların yüklənməsi üçün nəzərdə tutulan pulsuz və qeyri-kommersiya proqram təminatlarının yayılması qadağan olunmur).
Tətbiqdən və ya onun funksiyalarından düzgün olmayan şəkildə istifadə etmək, məsələn, tətbiqin işinə müdaxilə etmək, yaxud da tətbiqə və ya funksiyalarına nəzərdə tutulmayan şəkildə daxil olmaq.
Daxilolmanın qarşısını alan və ya alacaq, işinə xələl gətirən və ya gətirəcək şəkildə tətbiqdən istifadə etmək; qeyri-qanuni, fırıldaq və zərər yetirmək məqsədi ilə və ya bu kimi fəaliyyət növü ilə əlaqədar tətbiqdən istifadə etmək.
Tətbiqdən və ya tətbiqdəki şəkillərdən, elektron nəşrlərdən, ticarət nişanlarından, musiqidən, fotoşəkillərdən, mətnlərdən və ya videolardan marketinq fəaliyyətinə aid məqsədlər üçün istifadə etmək.
Tətbiqdən və ya onun məzmunundan istifadə, eləcə də tətbiqdə kommersiya məhsullarının satışını təklif etmək və ya növbəti şeylərin satışını təklif etmək: nəzarət edilən maddələr, qanunsuz narkotik və narkotik qaçaqmalçılığı; silah, pirat materiallar; qanunsuz məhsulların və ya başqalarına hücum etmək üçün silahın hazırlanmasına, yığılmasına və əldə olunmasına dair göstərişlər; müəlliflik hüquqlarını, ticarət nişanlarını pozmaq, eləcə də başqasının əqli mülkiyyətini və ya məlumatlarını məhv etmək; hər hansı şəxsə və ya heyvana qanunsuz zərər vurmaq üçün istifadə olunan məlumat; pornoqrafiya, çılpaq şəkil və videolar, eskort xidmətləri və ya böyüklər üçün nəzərdə tutulmuş digər məzmunlu şeylər.
Tətbiqdən və ya tətbiqin məzmunundan başqalarının qanuni hüquqlarını pozmaq və ya pozulmasına təşviq etmək üçün istifadə etmək (məsələn, buna «Rəqəmsal minilliyin müəllif hüquqları» Qanunu ilə qorunan başqalarının əqli mülkiyyət hüququnun pozulması və ya mənimsənilməsi də daxildir).
Viruslar, soxulcan viruslar, Troyan atı virusları, zədələnmiş fayllar, saxta və ya dağıdıcı xarakterli digər məlumatlar göndərmək və ya yaymaq üçün tətbiqdən istifadə.
Tətbiqdən qanunsuz hesab etdiyimiz istənilən fəaliyyət üçün istifadə.
Ədəbsiz, küfrlü, təhqiredici, alçaldıcı və hədələyici sözlərdən istifadə olunan və böhtan xarakterli mətnləri tətbiqdə yerləşdirmək, onun vasitəsilə ötürmək, nümayiş etdirmək və ya başqa şəkildə yaymaq.
Tətbiqdən və onun məzmunundan qeyri-qanuni əməllər törətmək, eləcə də mülkiyyət hüququnu pozmaq, etibardan salmaq, yalan yaymaq və aqressiya yaratmaq məqsədi ilə istifadə (məsələn, buna fişinq, piramida, güzgü saytlar daxildir).
Tətbiqdə kütləvi şəkildə göndərilən elektron məktublar, promoşn, reklam və ya digər təkliflər («spam») yaratmaq, yaymaq, yerləşdirmək.
Bizim öz mülahizəmizə görə tətbiqə, onun fəaliyyətinə və başqalarının tətbiqdən səmərəli istifadəsinə əngəl yaradan, müdaxilə edən, yayındıran və ya ziyan vuran (və ya əngəl yaratmaq, müdaxilə etmək, yayındırmaq və ziyan vurmaq təhlükəsi yaradan) hər hansı fəaliyyətlə məşğul olmaq.
«Gözətçi qülləsi, Nyu-York» sizin tətbiqdən qadağan olunmuş şəkildən istifadənizə və ya tətbiqdən istifadə nəticəsində ala biləcəyiniz təhqiredici, hədələyici, böhtan xarakterli, alçaldıcı və qanunsuz mesajlara, eləcə də ötürmələrə görə məsuliyyət daşımır.
Tətbiqin istifadəçisi kimi siz (i) bütün federal, ştat və yerli qanunlara əməl etməlisiniz; (ii) bütün qüvvədə olan müəllif hüquqlarını qoruyan qanunlara əməl etməlisiniz. Bu qanunlar istər şəxsi istifadəniz, istərsə də elektron məlumatların istehsalı zamanı musiqi, videolar, oyunlar, şəkillər, mətnlər və digər media-fayllara şamil edilir.
5. XİTAM VERİLMƏSİ. Bu müqavilə siz və ya «Gözətçi qülləsi, Nyu-York» tərəfindən xitam verilənə qədər qüvvədədir. Əgər siz müqavilədə göstərilən hər hansı şərtləri və ya müddəaları pozsanız, bu müqaviləyə əsasən sizə verilən hüquqlarınıza avtomatik xitam veriləcək. «Gözətçi qülləsi, Nyu-York» sizinlə olan bu müqaviləni və/və ya tətbiqdən istifadə üçün verilən lisenziyanı istənilən vaxt, istənilən səbəbdən və ya səbəbsiz, sizin qarşınızda heç bir öhdəlik və ya məsuliyyət daşımadan dərhal ləğv edə bilər. Müqaviləyə xitam verildikdən sonra siz tətbiqdən istifadəni dayandırmalı və onu bütün cihazlarınızdan silməlisiniz. «Gözətçi qülləsi, Nyu-York» bu müqavilənin ləğvinə və ya tətbiqə daxil ola bilmədiyinizə görə heç bir halda məsuliyyət daşımayacaq.
6. TİBBİ BÖLMƏ
Bu tətbiqdə gətirilən tibbi məlumatlar (bundan sonra «Tibbi məlumat») yalnız informativ xarakter daşıyır; bölmədə heç bir tibbi konsultasiya verilmir, habelə peşəkar tibbi konsultasiyanı, diaqnostikanı və ya müalicəni əvəz etmir. Burada verilən məlumatlarda heç bir konkret laborator analiz üsulları, həkimlər, məhsullar, prosedurlar, nöqteyi-nəzər və ya hər hansı digər məlumat məsləhət kimi gətirilmir və ya təlqin edilmir.
Bu tibbi məlumatlar müalicə, həyatı qorumaq və ya həyatı xilas etmək, sistemlər, prosedurlar və digər buna bənzər məsələlərlə bağlı qərarlar vermək üçün nəzərdə tutulmayıb. Müalicə və ya hər hansı tibbi məsələ ilə bağlı həmişə həkimlə və ya tibb sahəsinin digər mütəxəssisləri ilə məsləhətləşməyiniz tövsiyə olunur. Tətbiqdəki materiallarda buraxılmış səhvlərə görə heç bir məsuliyyət və öhdəlik daşımırıq. Bu məlumatlara etibar edib-etməməyə görə özünüz məsuliyyət daşıyırsınız.
7. ZƏMANƏTDƏN İMTİNA. HƏM TƏTBİQDƏN, HƏM DƏ TƏTBİQDƏ YERLƏŞDİRİLMİŞ MATERİALLARDAN İSTİFADƏ ETMƏYƏ GÖRƏ ÖZÜNÜZ MƏSULİYYƏT DAŞIYIRSINIZ. TƏTBİQ OLDUĞU KİMİ VƏ BÜTÜN SƏHVLƏRİ İLƏ İSTİFADƏYƏ VERİLİB. QANUNUN İCAZƏ VERDİYİ MAKSİMUM DƏRƏCƏDƏ «GÖZƏTÇİ QÜLLƏSİ, NYU-YORK» AYDIN ŞƏKİLDƏ İFADƏ OLUNMUŞ, BİLDİRİLMİŞ VƏ QANUNLA MÜƏYYƏN EDİLMİŞ BÜTÜN ZƏMANƏTLƏRDƏN, BƏYANATLARDAN, ŞƏRTLƏRDƏN, O CÜMƏDƏN İSTƏNİLƏN NƏZƏRDƏ TUTULAN ZƏMANƏTLƏRDƏN, ÖHDƏLİKLƏRDƏN, KOMMERSİYA ŞƏRTLƏRİNDƏN, MÜƏYYƏN MƏQSƏDLƏR ÜÇÜN NƏZƏRDƏ TUTULMUŞ QANUNLARIN POZULMAMASINDAN, MÜƏYYƏN MƏQSƏDLƏRƏ UYĞUNLUQDAN, ERİBARLILIQDAN VƏ YA MÖVCUDLUQDAN, DƏQİQLİKDƏN VƏ YA TAMLIQDAN, KEYFİYYƏTDƏN, TƏHLÜKƏSİZLİKDƏN, UYĞUNLUQDAN, İŞLƏMƏ QABİLLİYƏTİNDƏN, VİRUSLARIN OLMAMASINDAN, LAQEYDLİK ŞƏRTLƏRİNDƏN, TƏTBİQİN SİZİN VƏ YA BAŞQA KİMSƏ TƏRƏFİNDƏN İSTİFADƏSİ ZAMANI MÜƏYYƏN ŞƏKİLDƏ İŞLƏYƏCƏYİNDƏN VƏ KONKRET NƏTİCƏLƏR VERƏCƏYİNDƏN İMTİNA EDİR. «GÖZƏTÇİ QÜLLƏSİ, NYU-YORK» TƏTBİQDƏN İSTİFADƏNİZƏ NƏYİNSƏ MANE OLMAYACAĞINA, TƏTBİQİN BÜTÜN FUNKSİYALARININ, GÖSTƏRDİYİ VƏ TƏQDİM OLUNAN XİDMƏTLƏRİNİN SİZİN TƏLƏBLƏRİNİZƏ CAVAB VERƏCƏYİNƏ, TƏTBİQİN FASİLƏSİZ VƏ XƏTASIZ İŞLƏYƏCƏYİNƏ, GECİKMƏNİN, İTKİNİN, HÜCUMUN, HEKLƏNMƏNİN VƏ YA HƏR HANSI TƏHLÜKƏSİZLİK PROBLEMİNİN OLMAYACAĞINA ZƏMANƏT VERMİR. «GÖZƏTÇİ QÜLLƏSİ, NYU-YORK» HƏMÇİNİN TƏTBİQLƏ BAĞLI HƏR HANSI XİDMƏT VƏ YA DƏSTƏYİN GÖSTƏRİLMƏSİNƏ VƏ YA GÖSTƏRİLMƏMƏSİNƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR. HƏR HANSI BİR PROQRAMI YÜKLƏYƏNDƏ VƏ YA İSTİFADƏ EDƏNDƏ MÜƏYYƏN RİSKLƏR QAÇINILMAZDIR. «GÖZƏTÇİ QÜLLƏSİ, NYU-YORK» SİZİ XƏBƏRDAR EDİR Kİ, TƏTBİQİ YÜKLƏMƏZDƏN, QURAŞDIRMAZDAN, İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL BU RİSKLƏRİ NƏZƏRƏ ALASINIZ. NƏ «GÖZƏTÇİ QÜLLƏSİ, NYU-YORK», NƏ «GÖZƏTÇİ QÜLLƏSİ, NYU-YORK»UN ƏMƏKDAŞLIQ ETDİYİ HƏR HANSI HÜQUQİ ŞƏXS, NƏ DƏ ONLARIN DİREKTORLARI, MƏSUL ŞƏXSLƏRİ, KÖNÜLLÜLƏRİ, ÜZVLƏRİ, LİSENZİYA VERƏNLƏRİ, TƏCHİZATÇILARI, PODRATÇILARI, AGENTLƏRİ VƏ NÜMAYƏNDƏLƏRİ (ÜMUMİLİKDƏ «GÖZƏTÇİ QÜLLƏSİ, NYU-YORKUN TƏRƏFDAŞLARI») TƏTBİQİN YÜKLƏNİLMƏSİ, QURAŞDIRILMASI, POZULMASI, DƏYİŞDİRİLMƏSİ, ELƏCƏ DƏ TƏTBİQDƏN VƏ YA ONUN MƏZMUNUNDAN İSTİFADƏSİ ZAMANI SİZİN VƏ YA ÜÇÜNCÜ ŞƏXSİN ÜZLƏŞƏ BİLƏCƏYİ HƏR HANSI ÇƏTİNLİYƏ GÖRƏ MƏSULİYYƏT DAŞIMIR.
8. MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASI. TƏTBİQ OLUNA BİLƏCƏK QANUNUN İCAZƏ VERDİYİ MAKSİMUM DƏRƏCƏDƏ NƏ «GÖZƏTÇİ QÜLLƏSİ, NYU-YORK», NƏ DƏ «GÖZƏTÇİ QÜLLƏSİ, NYU-YORKUN TƏRƏFDAŞLARI» XÜSUSİ, TƏSADÜFÜ, DOLAYI, NƏYİNSƏ NƏTİCƏSİ KİMİ YARANAN, CƏZALANDIRICI ZƏRƏRƏ GÖRƏ (DİGƏR ŞEYLƏRLƏ YANAŞI İTİRİLMİŞ MƏNFƏƏT, İTİRİLMİŞ MƏLUMAT, BİZNES VƏ NÜFUZUN, MƏXFİ VƏ YA DİGƏR MƏLUMATIN İTİRİLMƏSİ, BİZNESİN DAYANDIRILMASI, HƏR HANSI ÖHDƏLİYİN, O CÜMLƏDƏN YAXŞI NİYYƏT, MƏTİQƏ UYĞUN EHTİYYAT DƏRƏCƏSİ DƏ DAXİL OLMAQLA HƏR HANSI MƏSULİYYƏTİ YERİNƏ YETİRMƏDİYİ ÜÇÜN, SƏHLƏNKARLIQ VƏ YA HƏR HANSI MADDİ YAXUD DİGƏR ZƏRƏRLƏRƏ GÖRƏ) TƏTBİQİ İSTİFADƏ ETMƏNİYİNİZ VƏ YA TƏTBİQİN MƏZMUNU NƏTİCƏSİNDƏ (YAXUD TƏTBİQİ VƏ YA TƏTBİQDƏKİ HƏR HANSI MƏZMUNU İSTİFADƏ EDƏ BİLMƏMƏYİNİZ NƏTİCƏSİNDƏ) YARANAN, O CÜMLƏDƏN BU MÜQAVİLƏ İLƏ ƏLAQƏLİ DİGƏR ZƏRƏRLƏRƏ GÖRƏ HEÇ BİR HALDA MƏSULİYYƏT DAŞIMIR. BUNLAR, HƏTTA «GÖZƏTÇİ QÜLLƏSİ, NYU-YORK» VƏ «GÖZƏTÇİ QÜLLƏSİ, NYU-YORKUN TƏRƏFDAŞLARI» BU CÜR ZƏRƏR BARƏDƏ XƏBƏRDAR ETMİŞDİLƏRSƏ BELƏ, MÜQAVİLƏ, ZƏMANƏT, POZUNTU (SƏHLƏNKARLIQ DA DAXİL OLMAQLA), İSTEHSAL MƏSULİYYƏTİ, CİDDİ MƏSULİYYƏT, XƏTALAR, VERİLƏN ZƏMANƏTİN POZULMASI, MÜQAVİLƏNİN POZULMASI VƏ SAİRƏ NARAZILIQLARDAN İRƏLİ GƏLƏRƏK YARANAN MƏSULİYYƏTƏ TƏDBİQ OLUNUR. TƏTBİQLƏ BAĞLI HƏR HANSI SƏBƏBDƏN (O CÜMLƏDƏN BURADA GÖSTƏRİLƏN HƏR HANSI ZƏRƏR DAXİL OLMAQLA) ÇƏKƏ BİLƏCƏYİNİZ HƏR HANSI BİR ZƏRƏRƏ GÖRƏ «GÖZƏTÇİ QÜLLƏSİ, NYU-YORKUN TƏRƏFDAŞLARI»NIN ÖDƏMƏLİ OLDUĞU VƏ SİZİN DƏYMİŞ ZƏRƏRƏ GÖRƏ ALA BİLƏCƏYİNİZ MAKSİMUM MƏBLƏĞ ON (10) ABŞ DOLLARIDAN YUXARI OLA BİLMƏZ. MƏHDUD MƏSULİYYƏTƏ DAİR BU MÜDDƏALAR MÜQAVİLƏDƏ GÖSTƏRİLƏN DİGƏR MÜDDƏALAR QÜVVƏDƏN DÜŞSƏLƏR BELƏ, TƏDBİQ OLUNUR.
9. ZƏRƏRİN ÖDƏNİLMƏSİ. Siz, «Gözətçi Qülləsi, Nyu-York»u və «Gözətçi Qülləsi, Nyu-Yorkun tərəfdaşları»nı tətbiqdən və tətbiqdə yerləşdirilən materiallardan istifadəniz nəticəsində yaranmış hər hansı və bütün təhdid olunan və faktiki iddialardan, hərəkətlərdən, məhkəmə işlərindən, tələblərdən, eləcə də hər hansı və bütün itkilərdən, məsuliyyətlərdən, dəymiş zərərdən və xərclərdən (o cümlədən vəkilin xərcləri və məsrəfləri də daxil olmaqla) qorumalı və bu cür zərərləri ödəməlisiniz. Digər zərərin ödənilməsinə də məsuliyyət daşıyırsınız: a) bu müqaviləni pozmağınız, o cümlədən tətbiqdən müqavilədə icazə verilməyən şəkildə istifadə; b) səhlənkarlıq və ya səhv hərəkət; c) hər hansı qanunvericiliyi pozmağınız, ç) tətbiqin aspekti və ya onun məzmunu ilə bağlı verdiyiniz hər hansı təklif və zəmanətlər; d) tətbiq və ya tətbiqin məzmunu ilə əlaqədar hər hansı üçüncü şəxsin hərəkətləri və/və ya hərəkətsizliyi ilə bağlı iddialar; e) tətbiqdən və/və ya tətbiqin məzmundan istifadənizlə birbaşa və ya dolayısı ilə bağlı hər hansı üçüncü şəxs tərəfindən və ya onun adından qaldırılan hər hansı iddialar.
10. MƏZMUN ÜÇÜN LİSENZİYA VƏ KOMPENSASİYA. Siz tətbiq vasitəsilə yerləşdirdiyiniz hər hansı və bütün məzmuna (aşağıda göstərilən) hüququnuzun və/və ya lisenziyanızın olduğunu açıq şəkildə ifadə edir və buna zəmanət verirsiniz. «Məzmun» dedikdə tətbiqdən istifadənizlə bağlı təqdim etdiyiniz hər hansı və bütün məlumatlar, o cümlədən məhdudiyyətsiz məlumatlar, kontent, verilənlər, mesajlar, mətnlər, fayllar, şəkillər, videolar, səslər, digər materiallar və sizin tərəfinizdən təqdim olunan digər şeylər nəzərdə tutulur. Siz tərəfinizdən təqdim olunan məzmunun və həmin məzmundan bizim istifadəmizin üçüncü şəxsin hər hansı patent, müəlliflik hüququ, ticarət nişanı, ticarət sirri və ya digər əqli mülkiyyət hüquqlarını pozmayacağına və mənimsəməyəcəyinə zəmanət verirsiniz.
Bununla siz bizə bu cür məzmundan istifadə etməyə, yerləşdirməyə, saxlamağa, dəyişdirməyə, kopyalamağa, yaymağa, məlumat verməyə, dərc etməyə, ötürməyə, açıq nümayiş etdirməyə, açıq şəkildə istifadə etməyə, sürətini yaratmağa, dəyişməyə, tərcümə etməyə və məzmunun formatını dəyişməyə və onun törəmə əsərini yaratmağa, müddətsiz, geri alınmaz, dünya miqyasında, qeyri-müstəsna və təmənnasız hüquq və lisenziya üçün icazə verirsiniz. Siz bizi və «Gözətçi Qülləsi, Nyu-Yorkun tərəfdaşları»nı patent, müəlliflik hüququ, ticarət nişanı, ticarət sirri və digər lisenziya və əqli mülkiyyət hüquqlarının pozulmasına dair hər hansı iddialardan, bununla bağlı hərəkətlərdən və digər proseslərdən öz hesabınıza müdafiə etməyə razılaşırsınız. Həmçinin siz «Gözətçi Qülləsi, Nyu-Yorkun tərəfdaşları»nı bu cür pozuntuların səbəb olduğu məhkəmə qərarlarından, itkilərdən, məsuliyyətlərdən, zərərlərdən, məsrəflərdən və xərclərdən (ağlabatan məbləğdə vəkil məsrəfləri və xərcləri də daxil olmaqla) qorumağa və onları ödəməyə razılaşırsınız. Siz başa düşürsünüz ki, tətbiq vasitəsilə yerləşdirilən, ötürülən və link vasitəsilə ona bağlı olan istənilən məzmuna görə məsuliyyət daşıyırsınız. Siz qəbul edirsiniz ki, biz məzmunu əvvəlcədən yoxlamırıq və ya təsdiq etmirik, amma bizim bu müqaviləni pozan və ya digər hər hansı səbəbdən məzmunu rədd etmək, silmək və ya köçürmək hüququmuz (amma bu, öhdəlik deyil) var.
11. ÖTÜRÜLMƏ. Siz Amerika Birləşmiş Ştatlarının və tətbiqin əldə olunduğu yurisdiksiyanın qanunları ilə icazə verilən hallar istisna olmaqla, tətbiqdən və ya onun hər hansı məzmunundan istifadə edə və ya başqa şəkildə ötürə bilməzsiniz. Xüsusi ilə tətbiq ötürülə bilməz: a) ABŞ-ın embarqo qoyduğu ölkələrə; b) ABŞ-ın Maliyyə Nazirliyinin xüsusi ilə hazırlanmış vətəndaşlar siyahısında və ya ABŞ-ın Ticarət Departamentinin rədd edilən fərdi və ya hüquqi şəxslər siyahısında olanlara. Siz həmçinin tətbiqdən qanunsuz şəkildə istifadə etməyəcəyinizə razılaşırsınız.
12. MƏXFİLİK. Tətbiqlə əlaqədar təqdim etdiyiniz şəxsi məlumatların və digər məlumatların işlənməsini tənzimləyən şərtlər bu Tətbiqin məxfilik siyasətində göstərilib.
13. TƏTBİQ OLUNAN QANUNLAR; İDDİALARIN VAXTINDA TƏQDİM OLUNMASI. Bu müqavilə Nyu-York ştatının qanunları ilə (qanun seçimi prinsipləri istisna olmaqla) tənzimlənir və təfsir olunur. Bu müqavilədən irəli gələn və ya onunla əlaqədar bütün iddialar, eləcə də istər müqavilə, istər mülki hüquq, istərsə də digər şeylərlə əlaqəli pozuntular da Nyu-York ştatının qanunları ilə (qanun seçimi prinsipləri istisna olmaqla) tənzimlənir. Xüsusilə, Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alqı-satqısına dair müqavilələr haqqında Konvensiyası kimi tanınan qanun bu Sazişin əhatə dairəsindən çıxarılıb. SİZ RAZILAŞIRSINIZ Kİ, HƏR HANSI QANUNDAN VƏ YA ZİDDİYYƏT TƏŞKİL EDƏN QANUNDAN ASILI OLMAYARAQ, BU MÜQAVİLƏDƏN İRƏLİ GƏLƏN VƏ YA ONUNLA ƏLAQƏDAR «GÖZƏTÇİ QÜLLƏSİ, NYU-YORKUN TƏRƏFDAŞLARI»NA QARŞI İSTƏNİLƏN İDDİA, ŞİKAYƏT VƏ YA TƏDBİR BUNA SƏBƏB OLAN VƏ YA SƏBƏB OLMASI İDDİA OLUNAN HƏRƏKƏT BAŞ VERƏNDƏN ALTI (6) AY ƏRZİNDƏ GÖRÜLMƏLİDİR.
14. MÜXTƏLİF. Bu müqavilə, tətbiqin məxfilik siyasəti, atributları və «Gözətçi Qülləsi, Nyu-York» tərəfindən təqdim olunan tətbiqlə bağlı digər yazılı göstərişlər sizinlə «Gözətçi Qülləsi, Nyu-York» arasında tətbiqlə əlaqəli tam müqaviləni təşkil edir və tətbiqlə bağlı bütün əvvəlki və indiyədək olan şifahi və yazılı danışıqları, təklifləri və ya tətbiqlə bağlı istənilən digər predmeti əvəz edir. «Gözətçi Qülləsi, Nyu-York» ağlabatan nəzarətindən kənar səbəblərə görə icranın qarşısı alındıqda, gecikdirildikdə və ya ona maneə törədildikdə bu müqavilənin icrasından azad ediləcək. Müqavilənin hər hansı müddəası etibarsız, icra oluna bilməyən və ya qeyri-qanuni hesab edilərsə, bu cür müddəalar «Gözətçi Qülləsi, Nyu-York»un məqsədlərinə uyğun şəkildə məhkəmə tərəfindən dəyişdiriləcək, müqavilənin digər müddəaları isə qüvvədə qalacaq. «Gözətçi Qülləsi, Nyu-York» bu müqaviləni əməkdaşlıq etdiyi hər hansı təşkilata təyin edə və ya başqa yolla ötürə bilər. «Gözətçi Qülləsi, Nyu-York»un sizdən bu müqavilənin hər hansı müddəasına əməl etməyinizi tələb edə bilməməsi heç bir halda «Gözətçi Qülləsi, Nyu-York»un bu cür müddəaları tətbiq etmək hüququna təsir etməyəcək və «Gözətçi Qülləsi, Nyu-York»un bu müqavilənin hər hansı müddəasının pozuntusu hüququndan imtina etməsi onun eyni müddəaların gələcəkdə pozuntusu zamanı da hüququndan imtina edəcəyi kimi qəbul edilməməlidir.

