Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

6 OKTYABR 2017
YENİLİKLƏR

«Müqəddəs Kitab təlimləri» bölməsi yeniləndi

«Müqəddəs Kitab təlimləri» bölməsi yeniləndi

Jw.org veb saytında yerləşən «Müqəddəs Kitab təlimləri» bölməsinin yenilənməsi sayəsində mövzu üzrə axtarış aparmaq daha da asan oldu. Bəzi yeniliklərlə tanış olun:

  • «Müqəddəs Kitab və tarix» adlı yeni altbölmədə Müqəddəs Kitabın qorunması, tərcüməsi və yayılmasından, həmçinin yeni tapıntıların onun tarixi cəhətdən dəqiqliyini sübut etməsindən bəhs edilir.

  • «Xoşbəxtlik və qəlb rahatlığı» adlı yeni altbölmədə gündəlik çətinliklərin öhdəsindən gəlməkdə və ardı-arası kəsilməyən problemlərə baxmayaraq, xoşbəxtlik və qəlb rahatlığı tapmaqda Müqəddəs Kitabın necə kömək etməsini görmək olar.

  • «Müqəddəs Kitab və elm» adlı yeni altbölmədə təbiətin Müqəddəs Kitabın elmi cəhətdən dəqiqliyini necə aşkara çıxardığından bəhs olunur.

  • «Müqəddəs Kitaba aid suallara cavab» adlı altbölmənin yenilənməsi sayəsində sualları mövzu üzrə tapmaq asanlaşdı.

  • «Ər-arvad və valideynlər» bölməsini əvəzləyən «Nikah və ailə» adlı altbölmədə ailə münasibətlərini yaxşılaşdırmaq və uşaqlara gözəl tərbiyə verməklə bağlı Müqəddəs Kitabdakı məsləhətlərdən faydalana bilərsiniz.