Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidləri nəyə görə bəzi təlimlərinə dəyişiklik edirlər?

Yehovanın Şahidləri nəyə görə bəzi təlimlərinə dəyişiklik edirlər?

Biz həmişə Müqəddəs Kitabı əldə rəhbər tuturuq və Müqəddəs Kitab bizə daha da aydın olduqca təlimlərimizə düzəliş edirik *.

Təlimlərin bəziləri Məsəllər 4:18 ayəsində yazılmış sözlərə əsasən dəyişilir. Orada deyilir: «Salehlərinsə yolu sübh şəfəqi kimidir, gün günorta yerinə qalxdıqca daha da işıqlanır». Gün günorta yerinə qalxdığı kimi, Allahın ilahi həqiqətləri də öz vaxtında işıqlanıb aydınlaşır (1 Butrus 1:10—12). Müqəddəs Kitabda peyğəmbərlik edilib ki, Allah axırzamanda bu işi daha da sürətləndirəcək (Dənyal 12:4).

Təlimlərimizə edilən düzəlişlər bizi nə təəccübləndirir, nə də narahat edir. Allahın qədimdə yaşamış xidmətçilərinin də yanlış başa düşdükləri fikirlər, ehtimallar olmuşdur. Onlar da müəyyən məsələlərə baxışlarını düzəltməli olmuşdular.

  • Allahın təyin etdiyi vaxtdan 40 il öncə Musa özünü İsrail xalqının xilaskarı hesab edirdi (Həvarilərin işləri 7:23—25, 30, 35).

  • Həvarilər Məsihin ölüb, dirilməsi ilə bağlı peyğəmbərliyi səhv başa düşmüşdülər (Əşiya 53:8—12).

  • Birinci əsrdə yaşamış bəzi məsihilər Yehovanın gününün nə vaxt gələcəyi haqda yanlış təsəvvürlərə qapılmışdılar (2 Salonikililərə 2:1, 2).

Allah sonralar onların yanlış fikirlərinə düzəliş etdi. Dua edirik ki, lazım gələrsə, Allah indən sonra da bizim fikirlərimizə düzəliş etsin.

^ abz. 2 Biz Müqəddəs Kitaba əsaslanan təlimlərimizdə etdiyimiz dəyişiklikləri gizlətmirik. Əksinə, biz onları qeydə alır və çap edirik. Bununla bağlı «Yehovanın Şahidlərinin nəşrləri üzrə axtarış» vəsaitindəki bu başlığa baxa bilərsiniz: Yehovanın Şahidləri/Baxışlar və inanclar/Təlimlərimizə gətirilən aydınlıq