Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Nəyə görə Yehovanın Şahidləri onlara qarşı irəli sürülən hər ittihama cavab vermirlər?

Nəyə görə Yehovanın Şahidləri onlara qarşı irəli sürülən hər ittihama cavab vermirlər?

Yehovanın Şahidləri Müqəddəs Kitabdakı məsləhətə əsasən ittihamlara və rişxəndlərə cavab vermirlər. Misal üçün, Müqəddəs Kitabdakı bir məsəldə deyilir: «Rişxəndçiyə öyüd-nəsihət verən hörmətdən düşər» (Məsəllər 9:7, 8; 26:4). Biz yalan ittihamlara görə narahat olub mübahisəyə girişməkdənsə, fikrimizi Allaha ibadət etməyə cəmləyirik.

Əlbəttə, «susmağın öz vaxtı, danışmağın öz vaxtı» var (Vaiz 3:7). Biz həqiqəti axtaran insanlara cavab veririk, ancaq mənasız mübahisələrdən qaçırıq. Biz İsa Məsihin və birinci əsrdəki məsihilərin məsləhətlərinə əməl edir və nümunələrini izləyirik.

  • İsa Məsih Pilatın qarşısında ona qarşı irəli sürülən yalan ittihamlara cavab vermirdi (Mətta 27:11—14; 1 Butrus 2:21—23). Bundan başqa, İsa Məsih ona sərxoş və qarınqulu deyənlərin də ittihamlarına cavab vermirdi. Əksinə, o, Müqəddəs Kitabdakı «hikmət əməlləri sayəsində haqlı çıxır» prinsipinə əsasən, həmin insanlara əməlləri ilə cavab verdi (Mətta 11:19). Vəziyyət cavab verməyi tələb edəndə İsa Məsih ona böhtan atanlara cəsarətlə cavab verirdi (Mətta 15:1—3; Mark 3:22—30).

    İsa Məsih şagirdlərini yalan ittihamlara görə ruhdan düşməməyə təşviq edirdi. O demişdi: «Mənə görə insanlar sizi təhqir və təqib edəndə, sizin haqqınızda hər cür yalan və pis söz danışanda siz necə də xoşbəxtsiniz!» (Mətta 5:11, 12). İsa Məsih həmçinin demişdi ki, ittihamlar şagirdləri üçün şahidlik etməyə imkan yaradanda o, öz vədini yerinə yetirəcək. O, bu vədi vermişdi: «Mən sizin dilinizə elə sözlər qoyacağam, sizə elə hikmət verəcəyəm ki, düşmənləriniz sizə bata bilməyəcək, sözünüzün qabağında söz deyə bilməyəcək» (Luka 21:12—15).

  • Həvari Bulus ittihamların «boş və mənasız» olduğunu demiş və məsihilərə düşmənləri ilə mənasız mübahisələrə girişməməyi məsləhət görmüşdü (Titusa 3:9; Romalılara 16:17, 18).

  • Həvari Butrus məsihiləri imkan düşəndə etiqadlarını müdafiə etməyə təşviq etmişdi (1 Butrus 3:15). Həmçinin Butrus başa düşürdü ki, bunu sözdə yox, əməldə göstərmək daha yaxşı olar. O yazmışdı: «Siz yaxşı işlərinizlə nadanlıqla danışan ağılsızları susdurasınız» (1 Butrus 2:12—15).