Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Deyirlər ki, siz İsa Məsihi qəbul etmirsiniz, bu doğrudur?

Deyirlər ki, siz İsa Məsihi qəbul etmirsiniz, bu doğrudur?

Xeyr, biz onu qəbul edirik, çünki o özü demişdir: «Yol, həqiqət və həyat mənəm. Mənsiz heç kəs Atanın [Allahın] yanına gələ bilməz» (İncil, Yəhya 14:6). Qəbul edirik ki, o, Allahın dərgahından yer üzünə gələrək öz kamil həyatını bizim uğrumuzda fəda etdi (İncil, Matta 20:28). Onun ölümü və dirilməsi iman edən insanlara yer üzündə qurulacaq Cənnətdə əbədi həyat almalarına imkan açdı (İncil, Yəhya 3:16). İnanırıq ki, o, bəşəriyyətdə sülhü bərqərar edəcək Allahın səmavi Padşahlığının padşahıdır (İncil, Vəhy 11:15). Lakin biz İsa Məsihi Allaha şərik qoşmuruq, çünki o özü demişdir ki, Allah ondan üstündür (İncil, Yəhya 14:28). Buna görə biz İsaya ibadət etmir və onun Allaha bərabər olduğunu qəbul etmirik.