Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Müxtəlif dillərdə musiqisi eyni olan mahnılar

Müxtəlif dillərdə musiqisi eyni olan mahnılar

Adi bir mahnını bir dildən digərinə çevirmək mürəkkəb işdir. 135 mahnıdan ibarət nəğmə kitabının tərcüməsi isə daha mürəkkəb məsələdir.

Lakin bu işə başlamış Yehovanın Şahidləri uğurla onun öhdəsindən gələ bilmişlər. Son üç il ərzində onlar ibadətdə istifadə etdikləri yeni mahnı kitablarını 116 dilə tərcümə etmişlər. Əlavə 55 dilə isə 55 nəğmədən ibarət versiya tərcümə edilmişdir. Bəzi dillərdə isə tərcümə işi hələ getməkdədir.

Tərcümə prosesi və mahnının sözlərinin yazılması

Yehovanın Şahidləri Müqəddəs Yazılara əsaslanan ədəbiyyatı təxminən 600 dilə tərcümə edir; 400 dildə bu nəşrləri jw.org saytından yükləmək olar. Lakin nəğmə kitabının tərcüməsinin özünəməxsus çətinlikləri var. Çünki müxtəlif dillərə tərcümə edilən bütün mahnıların sözlərini yeni mahnı kitabındakı («Yehovanı nəğmələrdə tərənnüm edin» adlanır) musiqiyə uyğunlaşdırmaq tələb olunur.

Mahnının sözlərinin tərcüməsi jurnal mətninin tərcüməsi kimi deyil. Məsələn, jurnalın məqaləsini bir dildən digərinə tərcümə edərkən tərcüməçilər adətən bir qayda olaraq orijinal mətnin tam mənasını verməklə kifayətlənirlər. Mahnıların tərcüməsində isə hər şey tamam başqa cürdür.

Mahnılar necə tərcümə edilir?

Sözlərinin mənalı, gözəl və yaddaqalan olması üçün tərcümə zamanı fərqli üsuldan istifadə edilib.

Mahnıların sözləri elə olmalı idi ki, onu ifa edən adam hər ifadənin mənasını tez tuta və duya bilsin. Mahnının sözləri və musiqisi bir-biri ilə ahəngdarlıq təşkil etməli, sanki həmin dildə bəstələnmiş kimi olmalı idi.

Tərcüməçilər bu məqsədə necə nail ola bildilər? Sözləri ingilis dilindən olduğu kimi tərcümə etmək əvəzinə, tərcümə qrupları, musiqiyə yeni sözlər qoşaraq orijinalın əsas fikirlərini, məğzini verməyə çalışırdılar. Hər mahnı Müqəddəs Yazılardan müəyyən ayələrdəki fikirlərə əsaslandığı üçün tərcümədə də bu, öz əksini tapmalı idi. Tərcüməçilər ana dillərində ümumi ifadələr işlətməklə mahnını başadüşülən və yaddaqalan etməyə çalışmışlar.

İlk mərhələdə sözlər ingilis dilindən olduğu kimi tərcümə edilir. Sonra isə musiqi sahəsində bacarığı olan bir nəfər mahnının sözlərini rəngarəng və mənalı etmək üçün onun üzərində iş aparır. Sonda isə dəqiqliyinə əmin olmaq üçün tərcümə qrupu və korrektorlar edilən dəyişiklikləri bir daha nəzərdən keçirirlər.

Bütün dünyada Yehovanın Şahidləri aldıqları yeni mahnı kitabına görə çox sevinirlər və kitabın digər dillərdə də səbirsizliklə çıxacağını gözləyirlər.