Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Növbədənkənar yanğınsöndürən həyatları xilas edir

Növbədənkənar yanğınsöndürən həyatları xilas edir

15 yanvar 2014-cü il Serj Jerard dəhşətli hadisə ilə qarşılaşanda avtobusla Yehovanın Şahidlərinin Paris (Fransa) yaxınlığında keçirilən konqresinə gedirdi. O gördüklərini bölüşür: «Maşın körpünün kənarında olan beton bəndə zərbə ilə dəydi, havada fırlanaraq başıüstə yerə çırpıldı və alışıb-yanmağa başladı».

Serj 40 ildən çox yanğınsöndürən işləyib. Yanğınsöndürən briqadasının komandiri kimi o, hadisəyə dərhal müdaxilə edir. Serj xatırlayır: «Yolun əks tərəfi ilə getməyimizə baxmayaraq, tez sürücüyə avtobusu saxlatdırıb, yanan maşına tərəf qaçdım. Serj kimlərinsə «Kömək edin, kömək edin!» — deyə qışqırdığını eşitdi. O deyir: «Mən qalstuk taxmış və kostyum geyinmişdim. Üstümdə təhlükəsizlik üçün olan əşyalardan heç biri yox idi. Lakin eşitdiyim qışqırıq səsləri mənə deyirdi ki, onların hələ də xilas olmaq şansları var!»

Serj maşının ətrafına boylananda qorxu bürümüş sərnişini gördü və onu təhlükəsiz yerə çıxartdı. Serj deyir: «O, mənə dedi ki, maşında daha iki nəfər var. Bu vaxt yolla gedən başqa maşınlar da dayandı. Alov daha da güclənməyə başladığından insanlar ora yaxınlaşa bilmirdilər».

Bir neçə yük maşınının sürücüləri yanğınsöndürən balonlarla gəldilər. Onlar Serjin göstərişi ilə yanğını söndürməyə başladılar və yanğın bir az səngidi. Sürücü maşının altında qalmışdı. Serj və digərləri maşını qaldırıb sürücünü dartıb çıxardılar.

Serj davam edir: «Bu məqamda yanğın yenidən alovlandı. Ancaq içəridə adam qalmışdı. Üstəlik, təhlükəsizlik kəməri də bağlı idi. Sonra başqa bir növbədənkənar yanğınsöndürən gəlib çatdı. O, motosikletçilər kimi geyinmişdi. Serj deyir: «Mən izah etdim ki, maşın partlamaq üzrədir. Beləliklə, qərara aldıq ki, kişini qollarından sürüyüb çıxardaq. Belə də etdik». Bir dəqiqə keçmədi ki, maşın partladı.

Yanğınsöndürmə briqadası və həkimlər gələndə onlar alovu söndürmüş və zərərçəkənlərə isə lazımi yardım göstərmişdilər. Serjin kəsilən və yanan əlinə ilk yardım göstərildi. O, konqresə getmək üçün avtobusa minəndə bir neçə kişi qaça-qaça gəlib ona təşəkkür etdi.

Serj orada olub kömək edə bildiyi üçün çox sevinir. «Mən onların həyatları üçün Yehova qarşısında məsuliyyət hiss etdim. Onlara sağ qalmaqda kömək edə bildiyim üçün çox xoşbəxtəm».