Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti nədir?
Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti, Pensilvaniya 1884-cü ildə Pensilvaniya (ABŞ) Birliyinin qanunlarına əsasən yaradılmış qeyri-kommersiya cəmiyyətidir. Yehovanın Şahidləri bu cəmiyyətdən Müqəddəs Kitab və ona əsaslanan nəşrləri dərc etmək işi daxil olan ümumdünya işini görmək üçün istifadə edirlər.
Cəmiyyətin nizamnaməsinə əsasən, məqsəd «din, təhsil və xeyriyyə» ilə məşğul olmaq, xüsusilə də «İsa Məsihin idarə etdiyi Padşahlıq haqda müjdəni təbliğ və tədris etməkdir». İnsanlar cəmiyyətin üzvü olmağa dəvət olunur, üzvlük onların nə qədər ianə etmələrindən asılı deyil. Cəmiyyətin üzvləri və məsul şəxsləri Yehovanın Şahidlərinin Rəhbərlik Şurası ilə əməkdaşlıq edirlər.
Cəmiyyətin hüquqi şəxsi
Yehovanın Şahidləri Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti, Pensilvaniya adı ilə yanaşı, müxtəlif ölkələrdə bir çox hüquqi şəxslərdən istifadə edirlər. Bunlardan biri «Gözətçi Qülləsi» terminidir.
Bu hüquqi şəxslər təsis olunandan bəri onların sayəsində çox işlər görmüşük. Məsələn:
Yazı və nəşriyyat. Biz Müqəddəs Kitabın təxminən 253 milyon nüsxəsini nəşr etmişik. Nəşrlərimiz 1050-dən çox dilə tərcümə olunub. jw.org saytı vasitəsilə insanlar Müqəddəs Kitabı 300-dən çox dildə onlayn formatda pulsuz oxuya bilirlər və «Allahın Padşahlığı nədir?» kimi Müqəddəs Kitaba aid suallara cavab tapırlar.
Təhsil. Biz Müqəddəs Kitab təlimlərini tədris etmək üçün müxtəlif məktəblər keçiririk. Məsələn, 1943-cü ildən bu bəri təxminən 10 000 Yehovanın Şahidi Gözətçi Qülləsinin Müqəddəs Kitab məktəbi Giladda təhsil alıb. Onlar xüsusi tammüddətli müjdəçilər kimi ümumdünya işini dəstəkləyir və möhkəmləndirirlər. Hər həftə keçirilən yığıncaqlarımızda Yehovanın Şahidi olmayanlar da daxil olmaqla, milyonlarla insan təlim alır. Biz həmçinin insanların oxuyub-yazmağı öyrənməsi üçün kurslar təşkil edir və 136 dildə dərsliklər dərc edirik.
Xeyriyyə. İnsanların törətdiyi fəlakətlər və ya təbii fəlakətlər zamanı biz əziyyət çəkən insanlara humanitar yardım göstəririk. Məsələn, 1994-cü ildə Ruandada baş vermiş soyqırım kimi faciələr, eləcə də 2010-cu ildə Haitidə baş vermiş zəlzələ kimi təbii fəlakətlər zamanı insanlara yardım etmişik.
Hüquqi şəxs kimi qeydiyyatdan keçmiş təşkilat və kooperasiyalar vasitəsilə bir çox işləri həyata keçirsək də, gördüyümüz işlər bu hüquqi şəxslərdən asılı deyil. Hər bir məsihi Allahın buyurduğu xoş xəbəri bəyan etmək və öyrətmək tapşırığını yerinə yetirmək üçün şəxsən özü məsuliyyət daşıyır (Mətta 24:14; 28:19, 20). Biz inanırıq ki, gördüyümüz işin arxasında Allah durur və O, işimizə bərəkət verməyə davam edəcək (1 Korinflilərə 3:6, 7).

