Kontentə keç

Ev sahiblərinin məktubları

Ev sahiblərinin məktubları

Bu yaxınlarda Gözətçi Qülləsi Cəmiyyətinin Uolkilldəki (Nyu-York) fermalarının altı ildir davam edən genişləndirmə layihəsi tamamlandı. Son iki il ərzində layihənin işləri sürətləndirildiyindən könüllülərin yerləşdirilməsi üçün əlavə evlərə ehtiyac yaranmışdı. Bu səbəbdən yaxınlıqdakı ərazidən 25 ev kirayələnmişdi.

Kirayəçilər barədə

Evlərini Yehovanın Şahidlərinə kirayə verən ev sahiblərinin təəssüratları.

  • Bir ev sahibi deyir: «Kirayəçilərimizdən çox razıyıq. Həyat yoldaşımla mən kirayə verdiyimiz evin düz yanında qalırıq. Onlarla dil tapmaq asan idi, həm də bu insanlar çox mehriban idilər».

  • Kirayə verdiyi evin yaxınlığında yaşayan başqa bir sahibkar isə deyir: «Onlarla bağlı yalnız xoş xatirələrimiz var. Tez-tez bu gəncləri evimizin arxasındakı hovuzda çimməyə çağırırdıq. Onların necə diqqətcil və hörmətcil olduqlarını görərdiniz... Birgə vaxt keçirmək olduqca xoş idi. Kirayəçilərimiz üçün darıxacağıq. Çətin ki belə yaxşı kirayəçi tapaq».

  • Başqa bir ev sahibi deyir: «Onlar təkcə yaxşı kirayəçi yox, həm də gözəl qonşu idilər».

Evlərin vəziyyəti barədə

Kirayəçilər gedəndən sonra ev sahibləri evlərin vəziyyəti barədə danışır.

  • «İcarə haqqı vaxtlı-vaxtında ödənilirdi. Evi çox yaxşı saxlamışdılar. Onlardan sonra hər şey yerli-yerində idi».

  • «Evimizi yaxşı saxladığınıza görə sizə və Gözətçi Qülləsi Cəmiyyətinə minnətdarlığımızı bildiririk», — deyə yuxarıda öz təəssüratlarını bölüşən ev sahibi deyir. O qeyd edir ki, Yehovanın Şahidlərinin evi bu qədər künc-bucaqdan təmizləyəcəklərini gözləmirdi.

  • Bir qadın deyir: «Təşkilatınızın nə qədər etibarlı olduğunu bildiyimiz üçün girov məbləğ tələb etmədik. Hər iki evimizi mükəmməl vəziyyətdə təhvil aldıq».

  • Bir ev sahibi evində bəzi təmir işlərini görən Şahidlərdən soruşur: «Mənimlə işləyərsiniz? Siz nəyəsə söz verəndə vaxtında yerinə yetirirsiniz. Ustalarım kimi deyilsiniz, nə etsəm də, işlərini söz verdikləri vaxtda qurtarmırlar».

Ümumi təəssüratlar

  • Bir ev sahibi kirayə müddəti bitməmiş Şahidlərə məktub yazaraq bildirdi ki, əgər müqaviləni uzatsalar, onlara xeyli endirim edəcək.

  • Bir başqa ev sahibi deyir: «Böyük məmnuniyyətlə Gözətçi Qülləsi Cəmiyyətinə yenidən öz evlərimizi kirayə verərik».