Kontentə keç

Uorvik şəkil sərgisi 6 (mart — avqust 2016)

Uorvik şəkil sərgisi 6 (mart — avqust 2016)

Bu şəkil sərgisində Yehovanın Şahidlərinin yeni baş idarəsində gedən tikinti işlərinin 2016-cı il mart — avqust ayları ərzində necə irəlilədiyini və könüllülərin bu işə necə can qoyduğunu görə bilərsiniz.

Tamamlanmış Uorvik kompleksinin şəkli. Saat əqrəbi istiqamətində:

  1. Avtomobil təmir sexi

  2. Qonaqlar üçün avtomobil dayanacağı

  3. Təmir sexi və sakinlər üçün avtomobil dayanacağı

  4. B yaşayış binası

  5. D yaşayış binası

  6. C yaşayış binası

  7. A yaşayış binası

  8. Ofislər və xidmət binası

16 mart 2016-cı il. Uorvik

Bağbanlar palıd və ağcaqayın ağaclarını ayrılmış xüsusi əraziyə boşaldır. Uorvik ərazisində 1400-dən çox yeni ağacın əkilməsi nəzərdə tutulub.

23 mart 2016-cı il. Avtomobil təmir sexi

Uorvik heyəti İsa Məsihin ölümünü anma mərasimini qeyd edir. Tədbirdə iştirak edənlərin ümumi sayı 384 nəfərdir. Bu mərasim Yehovanın Şahidləri tərəfindən bütün dünyada hər il keçirilir.

15 aprel 2016-cı il. Uorvik

Montajçılar girişdəki köşkün pəncərələrini quraşdırır. Burada işləyəcək gözətçilər ziyarətçiləri qarşılayacaq, binaların təhlükəsizliyini təmin edəcək və əraziyə daxil olan nəqliyyat vasitələrinin giriş-çıxışını tənzimləyəcək.

19 aprel 2016-cı il. Ofislər və xidmət binası

Ata və oğul ikinci mərtəbənin dəhlizinə plitə kovralit döşəyir. Korlanan hissələrin dəyişdirilməsi asan olduğu üçün plitə kovralitlərdən ictimai yerlərdə geniş istifadə olunur.

27 aprel 2016-cı il. Ofislər və xidmət binası

Montajçılar ofislərə yeri dəyişdirilə bilən arakəsmələr quraşdırır. Bu arakəsmələr sayəsində ofislərin dizaynını ehtiyaca görə dəyişdirmək mümkün olacaq.

10 may 2016-cı il. Ofislər və xidmət binası

İşçi əsas giriş foyesindəki ayaqyolunu unitazların və arakəsmələrin quraşdırılması üçün hazırlayır.

26 may 2016-cı il. Uorvik

Fövqəladə hallar heyəti təlim məşqi keçirir. Yanğının qarşısını tez almağı öyrənməyin sayəsində onlar Uorvik işçilərini və binaları yanğından mühafizə edə biləcəklər. Bu həmçinin yerli ərazidəki yanğınsöndürənlərin işini azaldacaq.

30 may 2016-cı il. Ofislər və xidmət binası

İlk səhər ibadəti proqramının yayımlandığı gün. Ofisiant əsas yeməkxanada Uorvik işçilərini yerbəyer edir.

31 may 2016-cı il. Təmir sexi və sakinlər üçün avtomobil dayanacağı

Montajçı lazerli səviyyə ölçənin köməyi ilə 2500-dən çox məlumat lövhəsindən birini asır. Bu lövhələr sakinləri və ziyarətçiləri yönləndirmək üçün nəzərdə tutulub.

1 iyun 2016-cı il. Ofislər və xidmət binası

Qaynaqçı foyedən akt zalına aparan əsas pilləkənin sürahisini quraşdırır. Şəkildə görünən yanğınadavamlı ədyal artıq hazır olan hissələri zədələnmədən qoruyur.

9 iyun 2016-cı il. Ofislər və xidmət binası

Divar və tavan işləri ilə məşğul olan briqada işçisi «Əməldə görünən iman» adlı sərgiyə aparan dəhlizin gipskarton divarında tamamlama işləri aparır. Bələdçinin müşayiəti olmadan ziyarət ediləcək bu sərginin hər bölməsinin mövzusu memarlıq elementlərində əks olunub.

16 iyun 2016-cı il. Avtomobil təmir sexi

İşçilər beton döşəməni cilallanmaya hazırlayır. Cilallanma sayəsində beton daha dayanıqlı olur, həmçinin toz və şin izləri saxlamır, təmizlənməsi daha asan olur.

29 iyun 2016-cı il. Ofislər və xidmət binası

Montajçılar əsas giriş talvarını günəş şüaları keçirən şüşə-lif örtüklə örtür.

29 iyun 2016-cı il. Ofislər və xidmət binası

Ər-arvad «Müqəddəs Kitab və Allahın adı» adlı sərginin girişinə qranit plitə döşəyir.

6 iyul 2016-cı il. Ofislər və xidmət binası

Montajçı 1018 ədəd oturacaqdan ibarət əsas akt zalına oturacaq quraşdırır. Burada Beytel ailəsinin «Gözətçi qülləsi» müzakirəsi və digər ruhani tədbirlərin keçirilməsi nəzərdə tutulub.

9 iyul 2016-cı il. Ofislər və xidmət binası

Montajçılar, elektriklər və digər işçilər əsas foyedə ziyarətçilər üçün işıqlı məlumat lövhəsi quraşdırır.

13 iyul 2016-cı il. Ofislər və xidmət binası

İki qadın əsas foyedə çalışan işçilər üçün su daşıyır. İşçi heyətinə xüsusilə də isti havalarda çoxlu su qəbul etmək məsləhət görülür.

19 iyul 2016-cı il. Ofislər və xidmət binası

Montajçı «Müqəddəs Kitab və Allahın adı» adlı sərgidə nümayiş olunacaq nadir Müqəddəs Kitablar üçün vitrinlər quraşdırır. Burada nümayiş olunacaq nadir Müqəddəs Kitab nüsxələri və Müqəddəs Kitabla bağlı eksponatlar vaxtaşırı yenilənəcək.

22 iyul 2016-cı il. Ofislər və xidmət binası

Usta projektor vasitəsilə əks olunan Avstraliyanın və Cənub-Şərqi Asiya adalarının xəritəsini divara həkk edir. Həmin divarda «Yehovanın Şahidləri» ifadəsi təxminən 700 dildə yazılıb.

23 iyul 2016-cı il. Ofislər və xidmət binası

Beytel ailəsinin üzvləri ərazi ilə tanışlıq üçün keçirilən iclasda iştirak edir. İclas burada xidmət edəcək beytelliləri qarşılamaq, həmçinin onları Uorvik ərazisi və inşaat ərazisindəki təhlükəsizlik tədbirləri ilə tanış etmək üçün təşkil olunub.

17 avqust 2016-cı il. JW televiziyasının studiyası

Montajçılar JW televiziyasının studiyasında aparıcının masasını işıqlandıracaq halqavarı işığı və onu saxlayan qurğunu quraşdırır. Studiyanın dizaynı üçün əksər qurğular Bruklindəki studiyadan gətirilib.

24 avqust 2016-cı il. Uorvik

Elektrik əsas girişdə LED işıqları ilə təchiz olunan lövhəni quraşdırır. Sentyabrın 1-indən baş idarənin bir çox şöbələri artıq Uorvik ərazisində fəaliyyətə başlamışdı.