Kontentə keç

Britaniya şəkil sərgisi 5 (sentyabr 2017 — fevral 2018)

Britaniya şəkil sərgisi 5 (sentyabr 2017 — fevral 2018)

Bu şəkil sərgisində sentyabr 2017 — fevral 2018-ci il tarixlərində Yehovanın Şahidlərinin Britaniyadakı yeni filialında gedən tikinti işlərinin necə irəlilədiyini görə bilərsiniz.

Britaniya filialının (Çelmsford) təsviri modeli.

  1. Şimal istehsalat binası

  2. Cənub istehsalat binası

  3. Ofis binası

  4. A yaşayış kompleksi

  5. B yaşayış kompleksi

  6. C yaşayış kompleksi

  7. D yaşayış kompleksi

  8. E yaşayış kompleksi

  9. F yaşayış kompleksi

6 sentyabr 2017-ci il. C yaşayış kompleksi

Fasad işləri qrupunun üzvləri kərpic fişlərini birləşdirir və təmizləyir. Bu kərpiclər polad divar dəstəklərini gizlətmək üçün metal çərçivəyə yapışdırılır.

20 sentyabr 2017-ci il. D yaşayış kompleksi

Memar qrupunun bir üzvü mənzilin bayır divarlarının yerini müəyyən edir. Bunun üçün o, lazer səviyyəsinə uyğunlaşdırılmış tripoddan istifadə edir və ərazini gözdən keçirir. Bununla yanaşı arxa fonda görünən F yaşayış kompleksinin içərisində dülgərlik işi davam edir.

27 sentyabr 2017-ci il. F yaşayış kompleksi

Bir suvaqçı suvaq çəkilmiş divarın üzərinə su səpir və mala ilə cilalayır. Tamamlama işlərini görən şöbə suya qənaət etmək üçün quruducudan suyu yığır, sonra onu kirəmit üçün suvaq və palçıq qarışdırmağa istifadə edir.

3 oktyabr 2017-ci il. Filial

E yaşayış kompleksinin bayır tərəfində podratçılar giriş yollarını birləşdirən yol üçün asfalt qatları çəkir.

10 oktyabr 2017-ci il. F yaşayış kompleksi

71 yaşlı bənna F yaşayış kompleksinin bayır divarlarını hörür. Bu tikinti layihəsi başlayandan bəri 70 yaşdan yuxarı olan təxminən 100 Yehovanın Şahidi öz bacarıqları və sahib olduqları təcrübələri ilə töhfə veriblər.

16 noyabr 2017-ci il. Yaşayış kompleksləri

Ərazinin qərb tərəfdən görünüşü. Bütün yaşayış binalarının dam örtükləri biomüxtəlifliyin qorunması xüsusiyyətinə sahib olacaq. Damlar izolyasiya edildikdən, sukeçirməz hala gətirildikdən və drenaj qat hazırlanandan sonra yerli bitki növlərinin toxumları səpilir. Biomüxtəlifliyə sahib damlar təbiətə fayda gətirir, enerji xərclərini azaldır və yağış suyu axınını nəzarətdə saxlamağa kömək edir. Ön tərəfdə A yaşayış kompleksinin və ofis kompleksinin bünövrələrinin əsası qoyulub.

21 noyabr 2017-ci il. F yaşayış kompleksi

Podratçılar bir mənzil girişində əvvəlcədən hazırlanan metal qapı çərçivəsini quraşdırır. Əraziyə gətirilən əvvəlcədən hazırlanan çərçivələrə və qapılara nə boya çəkməyə, nə də ki cəftə və kilid quraşdırmağa ehtiyac yoxdur.

28 noyabr 2017-ci il. Ofis binası

Alaqaranlıq düşən kimi podratçılar ofis kompleksləri üçün yığılmış təməlləri quraşdırırlar. Şəklin mərkəzindəki podratçılar təxminən 20 metr dərinlikdə olan və yalnız betonla örtülən oyuqların içinə polad borular yerləşdirirlər. Arxa fonda B yaşayış kompleksi görünür.

5 dekabr 2017-ci il. E yaşayış kompleksi

Könüllülərdən biri parkinq yerində tavanın istilik boruları üçün izolə edilmiş dəstək dirəklərini asır. Tavan yaşayış binalarının yuxarı mərtəbələrini soyuq temperaturdan qorumaq üçün döşənmə lövhələrlə izolə edilir.

8 dekabr 2017-ci il. F yaşayış kompleksi

Tamamlama işləri görən qrupun bir üzvü suvaqlanmış divarları vinil divar kağızlarının vurulması üçün hazırlayır. Zımpara diskindəki kiçik dəliklər vakuum boru vasitəsilə bütün tozların çıxarılmasına imkan yaradır.

21 dekabr 2017-ci il. Filial

İki könüllü kommunal xidmətlər binasına gedən əsas yolun səthini hazırlayır. Onlar qazlı brülördən istifadə edərək beton tökülən yerləri yandırırlar və bitkilərin bitəcəyi yerdə oyuqlar yaradırlar. Nəticədə, həmin yollar yağış sularının axınını azaldacaq.

26 dekabr 2017-ci il. F yaşayış kompleksi

Rəngsazlar bir mənzil mətbəxinin divarlarına son qatı vurmaq üçün havasız boya çiləyicidən istifadə edirlər.

28 dekabr 2017-ci il. F yaşayış kompleksi

Taxtabənd qrupu taxtabəndin hissələrini sökür və balkonları quraşdırmağa hazırlayır. Şəklin mərkəzindəki qırmızı borular beton döşəmələri, suvaqlanmış divarları və rənglənmiş yerləri qurutmağa kömək etmək üçün qışda qızdırılmış havanı yığır.

16 yanvar 2018-ci il. F yaşayış kompleksi

Tamamlama işlərini görən qrupun bir üzvü spatula istifadə edərək vinil divar kağızlarındakı hava boşluqlarını hamarlayır. Divarın belə səthi həm praktiki, həm də ki etibarlıdır. Arxa fonda qrupun digər üzvləri divarı rəngləyir və divar kağızını yapışdırır.

27 yanvar 2018-ci il. E yaşayış kompleksi

Könüllülər onlara təyin olunan işlərə başlamaq üçün heyət görüşməsində iştirak edirlər. Heyət rəhbəri təhlükəsizliyi prioritet elan edir və bütün potensial təhlükələri müəyyən edir. Müxtəlif şöbələrdən olan bacı-qardaşlar könüllü olaraq ilk sakinlər gəlmədən əvvəl F yaşayış kompleksinin mənzillərini və ətraf əraziləri təmizləmək üçün iş saatından daha artıq qalmağa razı olublar.

1 fevral 2018-ci il. F yaşayış kompleksi

Podratçılar tikinti liftindən istifadə edərək F yaşayış kompleksinin balkonlarının quraşdırılma işlərini tamamlayır. Balkonların rəngləri elə dizayn olunub ki, binaları ayırd etmək daha asandır və bu rənglər payız fəslində yarpaqların yaratdığı gözəl mənzərəni daha da gözəlləşdirir. Arxa fondakı taxtabənd sökülməmişdən öncə E yaşayış kompleksindən atmosfer təsirlərindən qoruyucu örtük çıxarılır.

3 fevral 2018-ci il. Yaşayış kompleksləri

Qeyri-iş saatında bir cütlük bir gün əvvəl tikintisi bitən F yaşayış kompleksində bir mənzilə öz şəxsi əşyalarını daşıyır. Tikinti işçiləri müvəqqəti olaraq yeni mənzillərdə yerləşdirilir, onların kirayə və yol pulları azaldılır, beləcə, könüllülər daha çox töhfə verə bilir.

12 fevral 2018-ci il. A yaşayış kompleksi

Podratçılar axşam saatlarında parkinq yerinin lövhəsinin üzərinə beton tökür. B yaşayış kompleksi arxa fonda görünür.

15 fevral 2018-ci il. E yaşayış kompleksi

Dülgər qrupunda xidmət edən bir ər-arvad tozsoran sistemi olan dairəvi kəsici cihazla kvars mətbəx avadanlığını kəsir. Avadanlıqların mətbəxdə kəsilməsi daşınma zamanı onların qırılma riskini azaldır.