Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Siz müalicə qəbul edirsiniz?

Siz müalicə qəbul edirsiniz?

Bəli, Yehovanın Şahidləri müalicə və dərman preparatları qəbul edirlər. Canımızın qeydinə qalmağa çalışsaq da, bəzən həkimlərə ehtiyac yaranır (Luka 5:31). Qədim zamanlarda olduğu kimi, müasir dövrdə də Allahın xidmətçiləri arasında həkimlər var (Koloslulara 4:14).

Ancaq bəzi müalicə üsulları Müqəddəs Kitaba zidd olduğuna görə biz onlardan imtina edirik. Misal üçün, biz qan köçürmürük, çünki Müqəddəs Kitab qanı daxilə qəbul etməyi qadağan edir (Həvarilərin işləri 15:20). Buna bənzər tərzdə, Müqəddəs Kitabda cadugərliklə əlaqəsi olan müalicə üsulları və prosedurlar da qadağan edilir (Qalatiyalılara 5:19—21).

Bununla belə, müalicə üsullarının çoxu Müqəddəs Kitab prinsiplərinə zidd deyil. Belə hallarda hansı müalicə üsulunu seçəcəyi insanın özündən asılıdır. Yehovanın Şahidlərindən kimsə müəyyən bir dərmanı və müalicəni qəbul etdiyi halda, digəri onu rədd edə bilər (Qalatiyalılara 6:5).

 

Əlavə məlumat

Allaha ibadət edən insanın tibbi müalicə alması düzgündür?

Bizim hansı müalicə üsulunu seçməyimiz Allah üçün əhəmiyyət kəsb edirmi?