Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin öz Müqəddəs Kitabı var?

Yehovanın Şahidlərinin öz Müqəddəs Kitabı var?

Yehovanın Şahidləri Müqəddəs Kitabın araşdırmalarında çoxlu tərcümələrdən istifadə ediblər. Lakin əgər hansısa dildə «Müqəddəs Yazıların Yeni Dünya tərcüməsi» varsa, biz ona üstünlük veririk, çünki orada Allahın adı istifadə olunur, o, dəqiq və aydındır.

  • Allahın adının istifadə edilməsi. Bəzi Müqəddəs Kitab naşirləri onun Müəllifinə lazımi izzəti vermirlər. Məsələn, bir tərcümədə onun ərsəyə gəlməsinə azdan-çoxdan töhfə verən 70-dən çox adamın adı sadalanır. Lakin orada onun Müəllifinin adı olan Yehova bircə dəfə də olsun çəkilmir!

    Belə tərcümələrdən fərqli olaraq, «Yeni Dünya tərcüməsi»ndə orijinal mətnin olduğu hər yerdə Allahın adı bərpa edilir, onun üzərində çalışan tərcüməçilərin adları isə anonim qalır.

  • Dəqiqlik. Tərcüməçilərin hamısı Müqəddəs Kitabın orijinal xəbərini dəqiq çatdırmır. Məsələn, bir tərcümədə Matta 7:13 ayəsi belə verilib: «Dar qapıdan girin, çünki cəhənnəmə aparan qapı geniş və yol enlidir». Orijinal mətndə isə bu ayədə «cəhənnəm» sözü yox, «məhv» sözü durur. Ola bilsin ki, tərcüməçilərin cəhənnəm sözünü əlavə etmələri pislərin əbədiyyən cəhənnəmdə yanacaqlarına inanmalarından irəli gəlir. Lakin Müqəddəs Kitabda belə bir fikir yoxdur. «Yeni Dünya tərcüməsi»ndə isə bu ayə dəqiq yazılıb: «Dar qapıdan girin, çünki məhvə aparan yol enli və genişdir».

  • Aydınlıq. Yaxşı tərcümə o tərcümədir ki, dəqiq olmaqla yanaşı, aydın və asan başadüşüləndir. Bir nümunəyə nəzər salaq. Matta 5:3 ayəsində İsa Məsih hərfi mənası «ruhən yoxsul» olan bir ifadə işlədir. Müasir Azərbaycan dilində bu ifadənin mənası o qədər də aydın olmadığı üçün «Yeni Dünya tərcüməsi»ndə bu ayə başadüşülən tərzdə verilib. Orada deyilir: «Ruhani nemətlərə susayanlar [yaxud «ruhani ehtiyaclarını dərk edənlər», haşiyə] nə xoşbəxtdirlər».

Allahın adının istifadə edilməsindən, dəqiq və aydın olmasından əlavə, «Yeni Dünya tərcüməsi»nin daha bir fərqləndirici cəhəti var — o, pulsuz paylanır. Bunun sayəsində milyonlarla insanlar, o cümlədən Müqəddəs Kitabı almağa imkanı olmayanlar onu doğma dillərində oxuya bilirlər.

Əlavə məlumat

Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»

Müqəddəs Kitabın bu tərcüməsini misilsiz edən nədir?

«Allahın müqəddəs sözləri»ni tərcümə etmək əmanəti (Romalılara 3:2)

Yehovanın Şahidləri son 100 il ərzində Müqəddəs Kitabın müxtəlif tərcümələrindən istifadə ediblər. Nəyə görə onlar Müqəddəs Kitabı müasir ingilis dilinə tərcümə etmək qərarına gəliblər?