Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında iştirak edirsinizmi?

Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında iştirak edirsinizmi?

Bəli, Yehovanın Şahidləri, adətən, təbii fəlakətlər zamanı öz köməklərini əsirgəmirlər. Qalatiyalılara 6:10 ayəsinə əsasən, biz həm öz iman bacı-qardaşlarımıza, həm də başqa adamlara yardım göstəririk. Həmin ayədə deyilir: «Hamıya, ələlxüsus iman qardaşlarımıza yaxşılıq edək». Üstəlik, biz çalışırıq ki, zərərçəkənlərə emosional və ruhani cəhətdən də dəstək olaq (2 Korinflilərə 1:3, 4).

Təşkilatçılıq

Fəlakətdən sonra həmin ərazidəki ağsaqqallar yığıncaqlarda iştirak edənlərin hər birinin vəziyyətini və ehtiyaclarını öyrənmək üçün onlarla əlaqə yaratmağa çalışırlar. Sonra ağsaqqallar bu, eləcə də göstərdikləri ilkin yardım barədə Yehovanın Şahidlərinin yerli filialına hesabat verirlər.

Əgər yığıncaqlar dəymiş zərərin nəticələrini özləri aradan qaldıra bilmirsə, onda Yehovanın Şahidlərinin Rəhbərlik Şurası lazımi köməklik göstərir. Belə etməklə onlar aclıq zamanı bir-birlərinə əl tutan Allahın qədim xidmətçilərinin nümunəsini təqlid edirlər (1 Korinflilərə 16:1—4). Yerli filial Təbii fəlakətdən zərər çəkənlərə yardım komitələri təyin edir. Bu komitələr yardım işlərini təşkil edir və onlara nəzarət edirlər. Başqa ərazilərdə yaşayan Yehovanın Şahidləri könüllü olaraq köməyə gəlirlər: onlar öz vaxtlarını və vəsaitlərini bu iş üçün əsirgəmirlər (Süleymanın məsəlləri 17:17).

Maliyyələşdirilmə

Yehovanın Şahidlərinin filiallarına göndərilən könüllü ianələr digər şeylərlə yanaşı, təbii fəlakətlərin qurbanlarının ehtiyaclarını ödəmək üçün də sərf olunur (Həvarilərin işləri 11:27—30; 2 Korinflilərə 8:13—15). Könüllülər məvacib almadıqları üçün bu vəsaitlər idarə heyətinin təminatına yox, birbaşa fəlakətin nəticələrinin aradan qaldırılmasına sərf edilir. Biz vəsaitlərdən qənaətlə istifadə etməyə çalışırıq (2 Korinflilərə 8:20).

 

Əlavə məlumat

Məhəbbət bizi təbii fəlakət zamanı hərəkətə təşviq edir

Bir çox ölkələrdə Yehovanın Şahidləri fəlakət zamanı zərərçəkənlərə yardım göstərirlər.