Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası nədir?

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası nədir?

Rəhbərlik Şurası yetkin məsihilərdən ibarət kiçik bir qrup olub, dünyadakı Yehovanın Şahidlərinə rəhbərlik verir. Onların işi 2 hissədən ibarətdir:

  • Yehovanın Şahidlərinin Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlarının hazırlanmasına, yığıncaqlarına və məktəblərinə nəzarət edirlər (Luka 12:42).

  • Təbliğ xidmətinə, məsul qardaşların təyin olunmasına və könüllü ianələrin istifadəsinə nəzarət etməklə Yehovanın Şahidlərinin ümumdünya işini idarə edirlər.

Rəhbərlik Şurası I əsrdə məsihi yığıncaqları üçün ciddi qərarlar verən Yerusəlimdəki həvarilərin və ağsaqqalların nümunəsini izləyir (Həvarilərin işləri 15:2). Həmin sadiq insanlar kimi, Rəhbərlik Şurasının üzvləri də təşkilatımızın başçıları deyil. Onlar Müqəddəs Kitabı əldə rəhbər tutur və Yehovanın İsa Məsihi yığıncağın Başı təyin etdiyini dərk edirlər (1 Korinflilərə 11:3; Efeslilərə 5:23).

Rəhbərlik Şurasının üzvləri kimlərdir?

2015-ci ilin yanvarından bəri Rəhbərlik Şurasının üzvləri bunlardır: Samuel Herd, Cefri Cekson, Stiven Let, Qerit Löş, Entoni Morris III, Mark Sanderson, Deyvid Spleyn. Onlar Bruklindəki (Nyu-York, ABŞ) baş idarədə xidmət edirlər.

Rəhbərlik Şurası necə təşkil olunub?

Rəhbərlik Şurası 6 komitədən ibarət olub, fəaliyyətimizin müxtəlif sahələrinə nəzarət edir. Hər bir üzv bir və ya bir neçə komitədə xidmət edir.

  • Koordinatorlar komitəsi. Hüquqi məsələlərə nəzarət edirlər. Həmçinin fəlakətlər, dini əqidəyə görə təqiblər və digər fövqəladə hallar zamanı zərər çəkən Yehovanın Şahidlərinə yardım göstərilməsinin qayğısına qalırlar.

  • Kadrlar komitəsi. Beytel ailəsinin üzvlərinin qayğısına qalır.

  • Nəşriyyat komitəsi. Ədəbiyyatların hazırlanması və çatdırılmasına, həmçinin ibadət evlərinin, tərcümə ofislərinin və filialların tikintisinə nəzarət edir.

  • Xidməti komitə. «Padşahlıq haqda xoş xəbər»in təbliğ işinə nəzarət edir (Mətta 24:14).

  • Təlim komitəsi. Yığıncaqlar, məktəblər, audio və video proqramlar vasitəsilə təmin edilmiş ruhani təlimin hazırlanmasına nəzarət edir.

  • Yazı komitəsi. Yazılı şəkildə və sayt vasitəsilə ruhani təlimin hazırlanmasına və tərcümə işinə nəzarət edir.

Rəhbərlik Şurasının üzvləri bu komitələrdə xidmət etməkdən savayı, təşkilatın ehtiyaclarını müzakirə etmək üçün hər həftə görüş keçirirlər. Bu görüşlərdə Rəhbərlik Şurasının üzvləri Müqəddəs Kitaba əsasən müzakirələr aparır və Allahın Müqəddəs ruhunun yönləndirməsi ilə yekdil qərar qəbul edirlər (Həvarilərin işləri 15:25).

Rəhbərlik Şurasının köməkçiləri kimlərdir?

Onlar Rəhbərlik Şurasının komitələrinə kömək edən sadiq məsihilərdir (1 Korinflilərə 4:2). Təyin olunduqları komitənin nəzarət etdiyi işi görmək üçün onlar müəyyən bacarıq və təcrübəyə malikdirlər. Həmçinin bu sadiq məsihilər komitənin həftəlik görüşlərində də iştirak edirlər. Qərarların verilməsində iştirak etməsələr də, köməkçilər dəyərli məsləhətlər və əlavə məlumatlar verir, həmçinin komitənin qərarlarını icra edir, bu qərarların nəticələrini və inkişafını yaxından izləyirlər. Rəhbərlik Şurası bu qardaşları dünyanın dörd bir yanındakı həmimanlılarımızı ziyarət etmək və illik görüşlərin, Gilad məktəbinin buraxılışı kimi tədbirlərdə çıxış etmək üçün təyin edilirlər.

KÖMƏKÇİLƏRİN SİYAHISI

Komitə

Ad

Koordinatorlar Komitəsi

  • Con Ekran

  • Robert Uollen

 

Kadrlar Komitəsi

  • Cerald Qrizzl

  • Patrik LaFranka

  • Daniel Molçan

  • Ralf Uols

 

Nəşriyyat Komitəsi

  • Don Adams

  • Robert Batler

  • Harold Korkern

  • Donald Qordon

  • Robert Lusioni

  • Aleks Reinmüller

  • Deyvid Sinkler

 

Xidməti Komitə

  • Qeri Brou

  • Coel Delinger

  • Set Hyat

  • Kristofer Maver

  • Baltasar Perla

  • Uilyam Törner

  • Robert Uollen

  • Leon Uiver

 

Təlim Komitəsi

  • Ronald Kurzan

  • Kennet Flöden

  • Uilyam Malenfant

  • Mark Nümar

  • Deyvid Şafr

 

Yazı Komitəsi

  • Robert Siranko

  • Ceyms Mantz

  • İsak Marays

  • Cin Smolli

  • Con Uisçuk

 

Əlavə məlumat

Allahın xalqı

Müqəddəs Kitabda həqiqi məsihilərin hansı məqsədlə və necə bir araya yığıldığı izah olunur.

Rəhbərlik Şurası

In the first century, a small group of older men and apostles served as a governing body for the Christian congregation. What about today?

Yehovanın Şahidlərində maaş alan din xadimləri var?

Yehovanın Şahidləri «ruhanilər» və «dünyəvilər» sinfinə bölünürlərmi? Din xadimi kimi kim xidmət edir?