Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Mən necə Yehovanın Şahidi ola bilərəm?

Mən necə Yehovanın Şahidi ola bilərəm?

Yehovanın Şahidi olmaq üçün hansı addımları atmalı olduğumuzu İsa Məsih təsvir etmişdi. Bu sözlər Mətta 28:19, 20 ayələrində yazılıb. Orada deyilir ki, İsa Məsihin şagirdi olmaq üçün insan Yehova Allah haqda danışmalı, yəni şahidlik etməlidir.

Addım 1. Müqəddəs Kitab təlimlərini öyrənmək. İsa davamçılarına şagird hazırlamağı və onları öyrətməyi tapşırmışdı (Mətta 28:19, 20). «Şagird» sözü hərfi mənada «öyrənci» deməkdir. Müqəddəs Kitabda xüsusilə İsa Məsihin öyrətdiyi təlimlər yer alıb. Bu təlimlər sizə xoşbəxt və mənalı həyat sürməyə kömək edə bilər (2 Timutiyə 3:16, 17). Sizə pulsuz Müqəddəs Kitab dərsləri vasitəsilə Müqəddəs Kitab təlimlərini öyrətməyə şad olarıq (Mətta 10:7, 8; 1 Salonikililərə 2:13).

Addım 2. Öyrəndiklərini tətbiq etmək. İsa Məsih demişdi ki, öyrənən insan onun əmr etdiyi hər şeyə riayət etməlidir (Mətta 28:20). Bu o deməkdir ki, Müqəddəs Kitab dərsləri sadəcə biliyinizi artırmayacaq, o həm də düşüncələrinizi və həyatınızı dəyişməyə kömək edəcək (Həvarilərin işləri 10:42; Efeslilərə 4:22—29; İbranilərə 10:24, 25). İsa Məsihin əmrlərini yerinə yetirən insan həyatını Yehovaya həsr edib Məsihin davamçısı olmaq qərarını verir (Mətta 16:24).

Addım 3. Vəftiz olmaq (Mətta 28:19). Müqəddəs Kitabda vəftiz dəfn edilməklə müqayisə edilir. (Romalılara 6:2—4 ayələri ilə müqayisə et.) Məcazi dillə desək, vəftiz keçmiş həyat tərzinə görə ölmək və yeni bir insan kimi həyata başlamaqdır. Sizin vəftiz olunmağınız göstərəcək ki, siz İsa Məsihin təsvir etdiyi ilk iki addımı atmısınız və Allahdan təmiz vicdan istəyirsiniz (İbranilərə 9:14; 1 Butrus 3:21).

Vəftizə hazır olduğumu necə anlaya bilərəm?

Yığıncağın ağsaqqalları ilə danışın. Onlar sizə bunun nə demək olduğunu başa düşdüyünüzü, öyrəndiklərinizi tətbiq etdiyinizi və öz istəyinizlə həyatınızı Yehovaya həsr etmək istədiyinizi anlamağa kömək edəcəklər (Həvarilərin işləri 20:28; 1 Butrus 5:1—3).

Bu addımlar valideynləri Yehovanın Şahidi olan uşaqlara da aiddir?

Bəli. Biz övladlarımızı «Yehovanın tərbiyəsi və öyüd-nəsihətilə», Müqəddəs Kitabda yazılan əmrlərə əsasən böyüdürük (Efeslilərə 6:4). Lakin böyüyəndən sonra onlar Müqəddəs Kitab təlimlərinə, öyrəndiklərinə, qəbul etdiklərinə və tətbiq etdiklərinə əsasən öz şəxsi qərarlarını verməli, sonra vəftiz olunmalıdırlar (Romalılara 12:2). Nəticə etibarı ilə, hansı ibadəti seçəcəyinə hər kəs özü qərar verməlidir (Romalılara 14:12; Qalatiyalılara 6:5).

Əlavə məlumat

Allaha məqbul ibadət

Bütün dinlər Allaha məqbuldurmu? Həqiqi ibadəti fərqləndirən 5 əlaməti öyrənin.

Yehovanın Şahidləri təkcə öz dinlərinin həqiqi olduğunu inanırmı?

İsa peyğəmbər bütün dinlərin xilasa apardığını demişdimi?