Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Nəyə görə siz Pasxa bayramını qeyd etmirsiniz?

Nəyə görə siz Pasxa bayramını qeyd etmirsiniz?

Geniş yayılmış yanlış fikirlər:

Səhv.Yehovanın Şahidlərinin Pasxa bayramını keçirməmələrinin səbəbi məsihçi olmamalarıdır.

Doğru. Biz inanırıq ki, İsa Xilaskarımızdır və onun izləri ilə getmək üçün əlimizdən gələni edirik (1 Peter 2:21; Luka 2:11).

Səhv. Siz İsanın dirildiyinə inanmırsınız.

Doğru. Biz İsanın dirildiyinə inanırıq, bunu əsas məsihçi təlimlərindən biri hesab edirik və təbliğdə vurğulayırıq (1 Korinflilərə 15:3, 4, 12—15).

Səhv. Siz uşaqlarınızı Pasxa bayramının gətirdiyi sevincdən məhrum edirsiniz.

Doğru. Biz uşaqlarımızı sevirik, onlara öyüd-nəsihət verir və xoşbəxt olmaları üçün əlimizdən gələni əsirgəmirik (Titusa 2:4).

Nəyə görə Yehovanın Şahidləri Pasxa bayramını keçirmirlər?

  • Pasxa bayramı Müqəddəs Kitaba əsaslanmır.

  • İsa əmr etmişdi ki, biz onun dirilmə gününü yox, ölüm gününü qeyd edək. Biz hər il onun ölümünün ildönümündə Müqəddəs Kitabın ay təqviminə uyğun olaraq Xatirə gecəsini qeyd edirik (Luka 22:19, 20).

  • Biz bilirik ki, kökləri qədim məhsuldarlıq ayinlərinə gedib çıxan Pasxa adət-ənənələri Allaha məqbul deyil. Allah «qısqanc» olduğundan istəyir ki, biz yalnız Ona xidmət edək. O bəyənmədiyi adət-ənənələrlə dolu olan ibadəti Özünə qarşı təhqir hesab edir (Çıxış 20:5; 1 Padşahlar 18:21).

Biz inanırıq ki, Pasxa bayramını qeyd etməmək qərarımız tamamilə Müqəddəs Kitaba əsaslanıb. Müqəddəs Kitab isə bizi kor-koranə insan adət-ənənələrinə riayət etməyə yox, «sağlam şüura, dərrakəyə bağlan»mağa təşviq edir (Süleymanın məsəlləri 3:21; Matta 15:3). Fürsət düşəndə Pasxa ilə bağlı inancımızı başqaları ilə bölüşsək də, hər kəsin bu məsələ ilə bağlı verdiyi qərara hörmətlə yanaşırıq (1 Peter 3:15).

 

 

 

Əlavə məlumat

Müqəddəs Kitabda Pasxa barədə nə deyilir?

Pasxayla bağlı beş adət və onların mənşəyi haqda öyrən

Allaha məqbul ibadət

Bütün dinlər Allaha məqbuldurmu? Həqiqi ibadəti fərqləndirən 5 əlaməti öyrənin.