Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Yazıları öyrənmək nə deməkdir?

Müqəddəs Yazıları öyrənmək nə deməkdir?

Yehovanın Şahidləri insanlara Müqəddəs Yazıları — Tövrat, Zəbur, Peyğəmbərlərin kitabı və İncili — öyrənməyə təklif etməklə, aşağıdakı və digər həyati vacib suallara cavab tapmağa kömək edirlər:

  • Allahı daha yaxından necə tanıya bilərik?

  • Nədən görünür ki, Yaradan bizim qayğımıza qalır?

  • Ailə səadətinə necə yetişmək olar?

  • Həyatda necə xoşbəxt olmaq olar?

Aşağıda bu dərslər barədə tez-tez verilən suallara aydınlıq gətirilir.

Dərslər necə keçirilir? Məsələn, «Allah» və ya «nikah» kimi mövzuları götürüb Müqəddəs Yazılardan onlara aid müxtəlif ayələri nəzərdən keçiririk. Bu ayələri müqayisə etməklə bilavasitə Müqəddəs Yazıların mövzu haqqında nə dediyini öyrənirik.

Müqəddəs Yazıları öyrənmək üçün «Müqəddəs Kitab əslində nə öyrədir?» adlı vəsaitdən istifadə edirik. Vəsait sadə və aydın şəkildə müxtəlif mövzuları, məsələn, «Allah», «İsa peyğəmbər», «Gələcəyimiz» və digər mühüm mövzuları Müqəddəs Yazıların əsasında izah edir.

Dərslərin qiyməti neçəyədir? Dərslər, eləcə də bunun üçün təqdim edilən vəsaitlər pulsuzdur.

Bir dərsin keçirilmə müddəti nə qədərdir? Müqəddəs Yazıları bizimlə öyrənmək üçün bir çox insanlar həftədə təxminən bir saat vaxt ayırırlar. Lakin istəsəniz, siz öz vaxtınızı müəyyən edə bilərsiniz. Biz sizin imkanınızı nəzərə alacağıq.

Müqəddəs Yazıları öyrənmək xahişi ilə müraciət etsəm, sonra nə baş verəcək? Müqəddəs Yazıları öyrənmək xahişini göndərəndən sonra Yehovanın Şahidlərindən bir nəfər sizə münasib olan vaxtda və müvafiq yerdə baş çəkəcək. O, dərslərin necə keçirildiyini bir neçə dəqiqə ərzində əyani surətdə göstərəcək. Əgər xoşunuza gəlsə, Müqəddəs Yazıları öyrənməyə davam etdirə bilərsiniz.

Əgər Müqəddəs Yazıları öyrənməyi qəbul etsəm, gərək mütləq bundan sonra Yehovanın Şahidi olum? Xeyr, belə tələb yoxdur. Yehovanın Şahidləri Müqəddəs Yazıları başqalarına izah etməyi xoşlayırlar, lakin heç vaxt heç kimi dinlərini qəbul etməyə məcbur etmirlər. Bizim işimiz — Müqəddəs Yazılarda deyilənləri insanlara çatdırmaqdan ibarətdir. Nəyi qəbul edib-etməmək qərarını insan özü verməlidir. Bu, onun şəxsi işidir. Biz buna qarışa bilmərik. Verdiyi hər hansı qərara hörmətlə yanaşırıq (İncil, 1 Peter 3:15).

 

Əlavə məlumat

Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?

Müqəddəs Kitab milyonlarla insana həyatın ən vacib suallarına cavab tapmaqda kömək edib. Bəs siz suallarınıza cavab tapmaq istəyirsiniz?

Müqəddəs Kitab dərsləri necə keçirilir?

Dünyanın hər yerində Yehovanın Şahidləri pulsuz Müqəddəs Kitab dərsləri keçirlər. Bu dərslərin necə keçirildiyinə baxın.

Müqəddəs Yazıları təmənnasız öyrənmək istəyirsiniz?

Müqəddəs Yazıları sizə rahat olan yerdə və vaxtda təmənnasız öyrənmək haqda istəyinizi bizə göndərin.