Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidləri Müqəddəs Kitabı özlərinə sərf edən şəkildə dəyişiblər?

Yehovanın Şahidləri Müqəddəs Kitabı özlərinə sərf edən şəkildə dəyişiblər?

Xeyr. Əksinə, hansısa təlimimizin Müqəddəs Kitaba zidd olduğunu görəndə məhz həmin təlimi dəyişmişik.

«Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» 1950-ci ildə çıxmazdan xeyli əvvəl Müqəddəs Kitabı dərindən araşdırmışdıq. Bunun üçün isə o vaxtlar əlimizdə olan tərcümələrdən istifadə edirdik və etiqadlarımızı orada deyilənlərə görə formalaşdırırdıq. Gəlin Yehovanın Şahidlərinin uzun illərdir, inandıqları bəzi təlimlərə nəzər salaq. Bunların Müqəddəs Kitaba uyğun gəlib-gəlmədiyinə özünüz qərar verin.

  1. İnandığımız təlim: Allah Üç üqnum deyil. «Sion Gözətçi qülləsi» jurnalının 1882-ci il iyul sayında bu sözlər yer alıb: «Oxucularımız bilirlər ki, biz Yehovaya, İsaya və müqəddəs ruha inansaq da, Müqəddəs Kitaba tamamilə zidd olan bir şəxsdə üç Allah və ya bəzilərinin təbirincə desək, üç şəxsdə bir Allah təlimini rədd edirik».

    Müqəddəs Kitabda deyilir: «Allahımız Yehova yeganə Yehovadır» (Qanunun təkrarı 6:4, «The Holy Bible», Robert Yanq). «Bizim tək bir Ata Allahımız vardır. Hər şey Ondandır və biz Onun üçün mövcuduq; və bir Ağamız İsa Məsih vardır ki, hər şey Onun vasitəsi ilədir və biz Onun vasitəsi ilə varıq» (1 Korinflilərə 8:6, «American Bible Union Version»). İsa Məsih demişdi: «Ata Məndən böyükdür» (Yəhya 14:28, «Douay-Rheims Version»).

  2. İnandığımız təlim: odlu cəhənnəm yoxdur. «Sion Gözətçi qülləsi»nin 1882-ci il iyun sayı «Günahın əvəzi ölümdür» adı altında çıxmışdır. Bu ad «Kral Yakovun Müqəddəs Kitabı»nın Romalılara 6:23 ayəsinə əsaslanırdı. Həmin jurnalda yazılmışdı: «Bu ifadə necə də aydın və sadədir. Amma çox qəribədir ki, Müqəddəs Kitabın Allahın Kəlamı olduğuna inandıqlarını iddia edən bir çoxları bu müsbət sözlərə inadkarlıqla zidd gedirlər. Onlar iddia edirlər ki, günahın əvəzi əbədiyyən əzab çəkərək yaşamaqdır, hələ, üstəlik, Müqəddəs Kitabın da bunu öyrətdiyini deyirlər».

    Müqəddəs Kitabda deyilir: Allaha asi olanlara qarşı çıxarılan son hökm əbədi əzab yox, «əbədi həlak»dır (2 Saloniklilərə 1:9, «Kral Yakovun Müqəddəs Kitabı»).

  3. İnandığımız təlim: Allahın Padşahlığı real hökumətdir, ürəyimizin vəziyyəti deyil. «Sion Gözətçi qülləsi»nin 1881-ci il dekabr sayında Allahın Padşahlığı haqda yazılmışdı: «Bu Padşahlığın qurulması, əlbəttə ki, yer üzündəki digər padşahlıqların məhv edilməsi ilə nəticələnəcək».

    Müqəddəs Kitabda deyilir: «O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq: bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O, bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq» (Daniel 2:44, «Kral Yakovun Müqəddəs Kitabı»).

Yehovanın Şahidləri etiqadlarını əsaslandırmaq üçün «Yeni Dünya tərcüməsi»ndən asılıdırlar?

Xeyr. Şəhadət vermək işimizdə biz bir çox başqa tərcümələrdən istifadə etməyə davam edirik. Düzdür, biz Müqəddəs Kitab üzrə maarifləndirmə işi çərçivəsində insanlara «Yeni Dünya tərcüməsi»ni pulsuz təklif edirik. Amma kimsə araşdırma zamanı Müqəddəs Kitabın digər tərcümələrindən istifadə etmək istəyirsə, biz etiraz etmirik.

Əlavə məlumat

Üç üqnum təliminin Müqəddəs Yazılara hər hansı aidiyyəti varmı?

Bir çox xristian məzhəbləri Uç üqnum təlimini öyrədir. Müqəddəs Yazılarda bu təlim varmı?

İlahi biliklər aşkara çıxır

How can we be sure that we have a correct understanding of what the Bible teaches?