Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Siz kreasionistsiniz?

Siz kreasionistsiniz?

Yox. Yehovanın Şahidləri inanır ki, hər şeyi Allah yaradıb. Bununla belə, biz kreasionist deyilik. Nəyə görə? Çünki kreasionizm tərəfdarlarının bəzi inanc və fikirləri Müqəddəs Kitaba zidd gedir. Onlardan ikisinə nəzər salaq:

  1. Altı yaradılış gününün uzunluğu. Bəzi kreasionistlər iddia edirlər ki, 6 yaradılış gününün hər biri 24 saat davam edib. Ancaq Müqəddəs Kitabda «gün» dedikdə böyük vaxt kəsiyi də nəzərdə tutula bilər (Yaradılış 2:4, «Kitabı Mukaddes»; Məzmur 90:4).

  2. Yerin yaşı. Bəzi kreasionistlər öyrədir ki, Yer kürəsi cəmi bir neçə min ildir ki mövcuddur. Amma Müqəddəs Kitaba əsasən, bizim planet və kainat 6 yaradılış gününün başlamasından öncə artıq var idi (Yaradılış 1:1). Bəzi etibarlı elmi araşdırmalara görə, Yerin yaşı milyardlarla il ola bilər. Yehovanın Şahidləri alimlərin gəldiyi bu nəticəni təkzib etmirlər.

Biz hər şeyin Allah tərəfindən yaradıldığına inansaq da, elmə qarşı deyilik. Biz əminik ki, əsil elm və Müqəddəs Kitab bir-birinə zidd getmir.

 

Əlavə məlumat

Müqəddəs Kitabda yaradılış haqda nə deyilir?

Müqəddəs Kitabda altı yaradılış günündən söhbət açılır. Bu günlər 24 saatdan ibarət olub?

Müqəddəs Kitab elmə ziddir?

Müqəddəs Kitabda elmi səhvlər var?