Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Ancaq Yehovanın Şahidlərinin qurtulacağını düşünürsünüz?

Ancaq Yehovanın Şahidlərinin qurtulacağını düşünürsünüz?

Xeyr, bu belə deyil. Çünki əsrlər boyu yaşayan və Yehovanın Şahidi olmayan milyonlarla insanlar da Allahın rəğbətini qazanaraq Cənnət həyatına layiq görülə biləcəklər. Müqəddəs Yazılarda qeyd olunur ki, həm saleh, həm də qeyri-saleh insanların dirilməsi olacaq (İncil, Həvarilərin işləri 24:15). Bundan əlavə, hal-hazırda yaşayan və hələ də Allaha ibadət yolunu seçməyən insanların da xilasa yetişmək imkanı var. Hər halda, kimin xilas olub-olmayacağı mülahizəsini yürüdərək Allahın işinə qarışmaq ixtiyarımız yoxdur. Bu işi Allah son gündə zühur edəcək qulu və elçisi Məsih İsaya tapşırıb (İncil, Yəhya 5:22, 27).