Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İnsan Yehovanın Şahidi olmaqdan imtina edə bilər?

İnsan Yehovanın Şahidi olmaqdan imtina edə bilər?

Bəli. İnsan təşkilatımızdan iki yolla imtina edə bilər:

  • Rəsmi şəkildə. İnsan ya şifahi, ya da yazılı yolla artıq Yehovanın Şahidi olmaq istəmədiyini bildirə bilər.

  • Davranışı ilə. İnsan Yehovanın Şahidi olmaq istəmədiyini göstərən hərəkətlər edə bilər (1 Butrus 5:9). Misal üçün, başqa dinə qoşula bilər və o dinə xas hərəkətlər edə bilər (1 Yəhya 2:19).

Bəs əgər kimsə uzun müddət təbliğ işində və ya ibadət görüşlərində iştirak etmirsə, onda necə? Onu Yehovanın Şahidi hesab etmirsiniz?

Kiminsə Yehovanın Şahidi olmaqdan imtina etməsi və ya təşkilatdan çıxarılması ilə imanın zəifləməsi arasında fərq var. Çox vaxt ruhən zəifləyən və ya ibadətini dayandıran insan imandan dönmür, amma məyusluğa qapılır. Biz belə adamlardan uzaq gəzməyirik, əksinə, çalışırıq onlara təsəlli verək və dəstək olaq (1 Salonikililərə 5:14; Yəhuda 22). Əgər insan kömək istəyirsə, yığıncaq ağsaqqalları ona ruhani köməklik göstərmək üçün tədbir görürlər (Qalatiyalılara 6:1; 1 Butrus 5:1—3).

Ancaq ağsaqqallar heç kimi Yehovanın Şahidi kimi qalmağa məcbur etmir. Hər kəs dinlə bağlı öz şəxsi seçimini edir (Yuşə 24:15). Biz inanırıq ki, Allaha ibadət edən insan bunu canla-başla, ürəkdən etməlidir (Zəbur 110:3).

Əlavə məlumat

Yehovanın Şahidləri dinlərinin keçmiş üzvləri ilə bütün əlaqələri kəsirlərmi?

İnsana imanını bərpa etməyə və yığıncağa qayıtmağa kömək etmək üçün çox vaxt yığıncaqdan kənar edilmə tədbiri faydalı olur.

Yehovanın Şahidləri ilə tanışlıq

How many of Jehovah’s Witnesses do you know? What do you really know about us?

Yehovanın Şahidləri ailələri dağıdır, yoxsa birləşdirir?

Yehovanın Şahidlərini bəzən ailələri dağıtmaqda günahlandırırlar. Bəs bu, həqiqətən də belədir?