Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Sizin işiniz necə maliyyələşdirilir?

Sizin işiniz necə maliyyələşdirilir?

Bizim fəaliyyətimiz bilavasitə Yehovanın Şahidlərinin könüllü ianələrinin hesabına maliyyələşdirilir. İbadət görüşlərimizdə pul yığımı keçirilmir və yığıncağın heç bir üzvündən qazancının onda bir hissəsi (ondalıq) alınmır (İncil, Matta 10:7, 8). Əgər kimsə ianə etmək istəsə, bunun üçün görüşlərin keçirildiyi yerlərdə qoyulan ianə qutularından istifadə edə bilər. İanələr anonim şəkildə edilir.

Bəs ianə edilən vəsaitlərə necə qənaət edilir? Bizdə pulla işləyən ruhanilər sinfi yoxdur. Bundan əlavə, Yehovanın Şahidlərinə ev-ev təbliğ etmələrinə görə pul verilmir və bizim ibadət yerlərimiz öz sadəliyi ilə seçilir.

Yehovanın Şahidlərinin filiallarına göndərilən vəsaitlərdən təbii fəlakətdən zərər çəkənlərə kömək edilməsində, xüsusi təyinatlı müjdəçi və səyyar xidmətçiləri zəruri şeylərlə təmin edilməsində, inkişaf etməkdə olan ölkələrdə ibadət evlərinin tikintisində, eləcə də Müqəddəs Kitab və ona əsaslanan ədəbiyyatların çap olunmasında və daşınmasında istifadə olunur.

Hər kəs, əgər istəsə, ya yerli yığıncağın məsrəflərinin ödənilməsinə, ya ümumdünya işimizə, ya da ki hər ikisinə ianə edə bilər. Hər yığıncaq müntəzəm surətdə üzvlərinə maliyyə hesabatını verir.

Əlavə məlumat

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ)

«Əliaçıq adamın ruzisi bol olar»

Biz vaxtımızı, gücümüzü və digər imkanlarımızı Padşahlığın təbliğ işini dəstəkləmək üçün sərf edə bilərik.

TEZ-TEZ VERİLƏN SUALLAR

Videorolik: Yehovanın Şahidləri fəaliyyətlərini necə maliyyələşdirirlər?

Bütün dünyada fəaliyyətimizin necə dəstəkləndiyini və ianələrin necə edildiyini bilmək üçün sizi bu videorolikə baxmağa dəvət edirik.